2024-cü ildə Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsi 14-16 milyard ABŞ dolları arasında dəyişə bilər. Bu da 2020-ci ilin analoji göstəricisindən (2,3 milyard ABŞ dolları) altı dəfə çoxdur.
Axar.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Rəqəmlər və faktlar bütün səs-küylü açıqlamalardan daha yaxşıdır. 2023-cü ildə Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 55,8% artaraq 7,4 milyard dollara çatıb. Bu il artım sürətlənib", - Overçuk qeyd edib.
Xatırladaq ki, Qərbin Rusiyaya sanksiyalarının dəlinməsində Ermənistan müstəsna rol oynayır. Bu səbəbdən də Ermənistanın Rusiyaya "ixracı" kəskin artıb.