İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş oktyabrda BRİKS-in Kazanda keçiriləcək sammitində və ya daha sonra prezidentlərin ayrıca görüşündə imzalana bilər.
Axar.az xəbər verir ki, bunu TASS-a İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali deyib.
Səfir ölkələr arasında böyük sazişin hazırlanması prosesinin başa çatdığını da vurğulayıb.