İsrail Müdafiə Qüvvələri tərəfindən HƏMAS-ın yüksək rütbəli nümayəndəsi Hossam Mənsur zərərsizləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
O, hava zərbələri nəticəsində məhv edilib.
Mansur HƏMAS-ın daxili təhlükəsizlik şöbəsinə rəhbərlik edib. Bundan başqa, H.Mənsur humanitar fəaliyyət adı altında terrorizmi maliyyələşdirən “Əl-Xeyr” təşkilatının direktorlarından biri olub.