Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi Egey dənizindəki Arsura adası sahillərində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılan pilotun xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
F-16 Larissadakı hava bazasından havaya qalxıb.
Yunanıstan ümumilikdə Egeydə 4 döyüş təyyarəsi ilə təlim uçuşu həyata keçirib.
Müəllif: Mənsur Rəğbətoğlu