• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiyanın son variantı: Paşinyan belə aradan götürülə bilər

Xəbərlər

2-03-2024, 16:51

Rusiyanın son variantı: Paşinyan belə aradan götürülə bilər



Paşinyanı devirmək üçün dəfələrlə Rusiya tərəfindən cəhdlər edilib. Bu, əvvəlcə ictimai etirazlar səviyyəsində sınaqdan keçirildi. Ancaq artıq Rusiya da əmindir ki, onun müdafiə etdiyi 5-ci kolon, xüsusilə də revanşist qüvvələr, Qarabağ klanının rəhbərlik etdiyi siyasi güc mərkəzləri Ermənistanda ictimai nüfuzlarını çox ciddi şəkildə itiriblər. Çünki etiraz mitinqinə əgər 1500 nəfərdən artıq insan çıxarılmırsa, bu o deməkdir ki, yalnız həmin siyasi güc mərkəzlərinin üzvləri çərçivəsində bu etiraz mitinqi baş tutur. Yəni xalq prosesdə yoxdur. Bu da o deməkdir ki, bu yolla hökuməti devirmək mümkün olmayacaq.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə Rusiya müəyyən iqtisadi məhdudiyyətlər yarada bilər:

“Əlbəttə, Ermənistana ciddi təsir edə bilərlər. Çünki erməni iqtisadiyyatının 70 faizə qədər Rusiya ilə əlaqəlidir. Bütün məhsulları Rusiya bazarında satılır. Ona görə də Kreml bu yöndə addımlar ata bilər. Ancaq bu da problemdir. Çünki Rusiya-Ukrayna müharibəsi kontekstində bu gün Moskvaya hava su kimi lazım olan bəzi cihazlar, çiplər var ki, bu çiplərin yerləşdiyi avadanlıqları Avropa Birliyi dövlətləri, ABŞ və digər ölkələrdən alıb, ikili ixrac vasitəsi ilə Rusiya ötürən əsas ölkələrdən biri Ermənistandır. Buna görə də iqtisadi, enerji həm də qaz təchizatı baxımından hələ ki, Rusiya Ermənistana məhdudiyyətlər yaratmır. Çünki əl əli yuyar, əl də üzü. Dolayısı ilə ortada görünməyən anlaşma var. Bu prinsipdən istifadə edərək qarşılıqlı maraqlar çərçivəsində fəaliyyət göstərirlər.

Ermənistan öz büdcəsini qanunsuz yolla doldurur, ümumi daxili məhsulun artması erməni iqtisadiyyatının güclənməsi anlamına gəlməməlidir. Bunlar hamısı ikili ixrac vasitəsi ilə ortalığa çıxmış süni rəqəmlərdir. Bu məsələ aradan qaldırıldığı təqdirdə Ermənistan yenə də acınacaqlı iqtisadi durumuna geri qayıdacaq. İndiki vəziyyətdə Rusiya yalnız ənənəvi üsulla, sui-qəsd vasitəsilə Nikol Paşinyanı aradan qaldırmağa çalışa bilər. Bu xüsusda da hələlik çətinliklər var. Çünki Paşinyan sadəcə erməni polisi və xüsusi xidmət orqanları tərəfindən qorunmur. Qərbin xüsusi xidmət orqanları, eyni zamanda ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları da Nikolu qoruyur. Həm kəşfiyyat informasiyası, həm də fiziki qoruma ilə Nikol Paşinyanı ciddi şəkildə mühafizə edirlər. Ona görə də hələlik Rusiya-Ermənistan dueli yalnız sözdə baş verir.

Natiq Miri bildirib ki, Fransanın isə Ermənistanla durumu tam fərqlidir:

"Fransa Ermənistanı silahlandırmaqla ciddi şəkildə orda yerləşmək istəyir. Hətta gələcək perspektivdə Fransanın hərbi bazasının Ermənistanda yaradılması da mümkün ola bilər. Bu gediş gəlişlər müəyyən mənada Fransanın hazırlıq xarakterini daşıyır. Hərbi baza yaradılması və güc vasitəsilə Ermənistanda öz varlığını sürdürmək istəyən Fransa region üçün müəyyən təhlükələr vəd edir. Fransa regional ölkə deyil. Rusiya, İran, Türkiyədən fərqli olaraq Fransa regiondan çox uzaqda yerləşən dövlətdir. Buna görə istənilən bir çaxnaşma, toqquşmalar, yeni müharibə Fransaya o qədər təsir etməyəcək. Bu, Fransanın düşmənçilik siyasətidir. Fransanın varlığı, bütün regional dövlətlər üçün təhlükə vəd etməklə bərabər, bütövlükdə stabilliyi pozan, sülhə təhlükə törədən bir amilə çevrilib.

Almaniyanın isə mövqeyi tam ayrıdır. Azərbaycan Almaniyanın təşəbbüsü ilə görüşlərə ona görə razılıq verdi ki, Berlin tərəfsiz yanaşma modelini qəbul etdi. Ayrıca olaraq Berlin moderator rolunda çıxış etmədi. Almaniya biznes, maliyyə institutları vasitəsilə Cənubi Qafqazda fəaliyyət göstərmək istəyir. Bu da Cənubi Qafqaz ölkələrinin, həmçinin Azərbaycanın da maraqlarını ifadə edir. Azərbaycana alman biznesmenlərinin son gəlişi, prezident səviyyəsində qəbul olunması da bunu ortaya qoyur".

Müəllif: Əsəd Məmmədəliyev

Oxunub: 737
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-02-2024, 11:15

Rusiya məni devirmək istəyir - Nikol Parisdə Moskvanı HƏDƏLƏDİ

Xəbərlər

22-09-2023, 21:38

Paşinyan devrilir: Rusiya xüsusi təyinatlıları İrəvanda

Xəbərlər

20-06-2023, 09:11

Müharibə Rusiyanı bitirir - “Çin artıq qərarını verib, Putinin yerinə...”

Xəbərlər

30-09-2022, 19:14

Rusiya ordusu Ermənistanın içindədir - Artıq İrəvanın ÇIXIŞ YOLU BAĞLANIB

Xəbərlər

7-11-2021, 10:20

Paşinyanı devirmək üçün “QANLI PLAN” işə salındı: Erməni diasporu İrəvana silahlı terrorçular GÖNDƏRİB

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Son xəbərlər
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • 6-09-2026, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 6-09-2026, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • 6-09-2026, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • 6-09-2026, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə