• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL
Orqanizmdə omeqa-3 çatışmazlığının əsas simptomları
Regionu qarışdıran xəbər: Orduya əmr verildi, bütün qoşun hücuma hazırdır
Ruslar Kupyanska bayraq sancmaq istədi, 50 hərbçi öldü
Tibdə ilk – 5-ci Tip Diabet növü rəsmən tanındı
Sərkisyan seçkilərdə kimin qalib gələcəyini açıqladı
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
Hamiləlikdə qarın qaşınması çat izlərinin əlamətidirmi?
BMT: 2025-ci ildə qanunsuz miqrasiya zamanı təxminən 8 min insan həlak olub
Sülh danışıqlarında ABŞ-ı o təmsil edəcək
Səhər oyananda 10 dəqiqə pəncərə qarşısında dayanın
Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
17 min hərbçi meydanda: 5 ölkə prosesə qoşuldu – İranla bağlı yeni vəziyyət
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Paşinyanı devirmək üçün “QANLI PLAN” işə salındı: Erməni diasporu İrəvana silahlı terrorçular GÖNDƏRİB

Xəbərlər

7-11-2021, 10:20

Paşinyanı devirmək üçün “QANLI PLAN” işə salındı: Erməni diasporu İrəvana silahlı terrorçular GÖNDƏRİB



Erməni silahlı terror qruplaşmaları artıq bir neçə gündür ki, xarici ölkələrdən Ermənistana gələrək, paytaxt İrəvanda cəmləşməkdədir; Rusiya kəşfiyyatı bu terrorçuların həlledici məqamda kütləvi iğtişaşlar və silahlı təxribatların törədilməsinə hazır vəziyyətdə əmr gözlədikləri barədə Paşinyan hakimiyyətini xəbərdar edib…
Azərbaycan və Ermənistan üçün tarixi gün yaxınlaşır. Sadəcə, bu tarixi gün hər iki ölkədə fərqli səbəblərlə qeyd olunacaq. Və heç şübhəsiz ki, əhval-ruhiyyə də bir-birindən tamamilə fərqlənəcək.

Noyabrın 8-də Azərbaycan Tarixi Zəfər Gününü qeyd edəcək. Elə həmin gün Ermənistan üçün də “əlamətdar” sayıla bilər. Çünki, məhz 8 noyabr Ermənistanın Azərbaycan qarşısında biabırçı hərbi məğlubiyyət günüdür.

Təbii ki, Azərbaycanda 8 noyabr böyük təmtəraqla və qürurla qeyd olunacaq. Azərbaycan ordusunun möhtəşəm hərbi qələbəsi bayram ediləcək. Və həmin tarixi gün artıq Azərbaycan üçün yeni perspektivlərin başlanğıcıdır.

Ermənistanda isə 8 noyabr uydurma “erməni xəyalları”nın puç olduğu günü simvolizə edir. Həm də bu, həmişə belə olacaq. Erməni toplumu bu məğlubiyyət tarixinin yükündən heç vaxt xilas ola bilməyəcək.

Maraqlıdır ki, Azərbaycanda olduğu kimi, Ermənistanda da 8 noyabr hazırlığı müşahidə olunur. Hətta Rusiya siyasi dairələrində Ermənistanın 8 noyabrda qarışa biləcəyi ehtimal olunur. Və bu barədə ilkin məlumatlar artıq gündəmə gətirilməyə, ictimailəşdirilməyə başlayıb.

Rusiya hərbi eksperti İqor Korotçenko bu mövzuda olduqca maraqlı məlumatlar paylaşıb. O, vurğulayıb ki, 8 noyabrda Ermənistanın radikal revanşist qüvvələri genişmiqyaslı etiraz aksiyaları keçirməyə hazırlaşırlar. Və planlaşdırılmış bir sıra təxribatların uğurlu olacağı təqdirdə, bu etiraz dalğası Ermənistanda dövlət çevrilişinə qədər inkişaf edə bilər.

Rus ekspert iddia edir ki, radikal revanşistlər baş nazir Nikol Paşinyanın zorakı metodlar ilə hakimiyyətdən uzaqlaşdırılması cəhdlərini növbəti dəfə sınaqdan çıxartmağa hazırlaşırlar. İqor Korotçenko kifayət qədər məlumatlı hərbi ekspert sayılır. O, doğruluğuna əmin olmadığı heç bir məlumatı gündəmə gətirmir. Yəni, rus hərbi ekspertin iddialarının reallığa çevrilmə ehtimalı tamamilə inandırıcı xarakter daşıyır.

Digər tərəfdən, Ermənistan mətbuatı da Köçəryan-Sarkisyan cütlüyünün liderlik etdiyi Qarabağ klanının 8 noyabrda paytaxt İrəvanda Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarına hazırlaşdığını vurğulayır. Paşinyan hakimiyyətinin istefasının tələb ediləcəyini bildirir. Və həmin gün Ermənistanda kəskin siyasi qarşıdurma və iğtişaşların ola biləcəyini istisna etmir.

Göründüyü kimi, Rusiyadan gələn iddialarla Ermənistan mətbuatının məlumatları müəyyən mənada, bir-birinə yaxındır. Belə anlaşılır ki, Paşinyan hakimiyyəti bir neçə gün sonra daha bir siyasi-ictimai sınaqdan çıxmalı olacaq. Və bu sınaq Paşinyan hakimiyyətinin siyasi rəqibləri üçün də taleyüklü xarakter daşıya bilər.

Məsələ ondadır ki, rus hərbi ekspert əldə etdiyi məlumatlara əsasən, 8 noyabrda paytaxt İrəvana bəzi erməni diaspor təşkilatlarını təmsil edən silahlı terror qruplaşmalarının yeridilə biləcəyini vurğulayıb. Onun iddiasına görə, həmin erməni silahlı terror qruplaşmaları artıq bir neçə gündür ki, xarici ölkələrdən Ermənistana gələrək, paytaxt İrəvanda cəmləşməkdədir. Və həlledici məqamda veriləcək silahlı təxribatların törədilməsi barədə əmrləri yerinə yetirmək üçün hazır vəziyyətdə gözləyirlər.

Təbii ki, Paşinyan hakimiyyətinin bütün bunlardan məlumatsız olduğunu düşünmək sadəlövhlük olardı. Böyük ehtimalla Rusiya kəşfiyyatı Ermənistanda dövlət çevrilişinə hazırlığın olması barədə Paşinyan hakimiyyətini artıq məlumatlandırıb. Hər halda, Paşinyan hakimiyyətinin Rusiyaya hələ lazım olduğu, Ermənistanda hakimiyyət dəyişikliyinin Kremlin maraqlarına cavab vermədiyi qətiyyən şübhə doğurmur.

Üstəlik, baş verə biləcək dövlət çevrilişinin Qərbdəki erməni diaspor təşkilatları tərəfindən ssenariləşdirilməsi də Kremli məmnun edə bilməz. Çünki, Kreml Ermənistanı Rusiyanın regional for-postu hesab edir. Ona görə də, Kremlin Ermənistanda Rusiyanın siyasi iradəsindən kənar hakimiyyət dəyişikliyinə imkan verəcəyi qətiyyən inandırıcı görünmür.

Bütün bunları nəzərə aldıqda, erməni diasporu və Qarabağ klanının birlikdə planlaşdırdığı dövlət çevrilişi ssenarisinə qarşı Rusiya kəşfiyyatının Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə ortaq hərəkət etdiyini də ehtimal etmək olar. Hər halda, Paşinyan hakimiyyətinin yaxınlaşan təhlükənin nə qədər ciddi olduğunu dərk edərək, ehtiyat tədbirləri görməyə başlaması belə düşünməyə əsas verir. Çünki, son vaxtlar baş nazir Nikol Paşinyanın şəxsi təhlükəsizliyinə yönəlik tədbirlər gücləndirilib.

Məsələ ondadır ki, hadisələrin nəzarətindən çıxma ehtimalı real görüntülər alarsa, baş nazir Nikol Paşinyanın gizlədilməsi üçün paytaxt İrəvan və şəhər ətrafında müvəqqəti sığınacaqların hazırlandığı bildirilir. Belə sığınacaqlardan biri olan Ermənistan Müdafiə Nazirliyinin binası altında olan bunkerin də erməni baş naziri qəbul etməyə hazır vəziyyətə gətirildiyi vurğulanır. Və bütün bunlar Paşinyan hakimiyyətinə qarşı təhlükənin kifayət qədər ciddi olduğunu təsdiqləyir.

Maraqlıdır ki, İqor Korotçenko baş nazir Nikol Paşinyanın və onun hakimiyyətinin qorunması üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin atdığı addımlar barədə bəzi məlumatları da açıqlayıb. Onun sözlərinə görə, Ermənistan kəşfiyyatı müxalifəti təmsil edən, ekstremist əhval-ruhiyyəli, eləcə də, baş nazir Nikol Paşinyanı və onun ailəsini hədələmiş şəxsləri fasiləsiz olaraq, izləməklə məşğuldur. Eyni zamanda, radikal revanşist düşərgənin liderləri və onların yaxın ətrafına aid şəxslərin çevrəsində xəfiyyələrin fəaliyyəti gücləndirilib.

Məlumata görə, Ermənistan MTX-nin xəfiyyələri İrəvanda mitinqlər və iğtişaşlar zamanı etirazçıların arasına qarışacaqlar. Onların əsas vəzifəsi baş verənlərin gizli şəkildə video və audio qeydini aparmaqdan ibarət olacaq. Və hakimiyyətin qorunmasına nail olduqdan sonra həmin videoçəkilişlər radikal revanşistlərin kütləvi həbsi, eləcə də bu düşərgənin tamamilə sıradan çıxarılması prosesində hüquqi sübutlara çevriləcək.

Göründüyü kimi, Ermənistanda 8 noyabra planlaşdırılan dövlət çevrilişi ətrafında ciddi hazırlıq prosesi başlayıb. Radikal revanşistlər Ermənistan üçün bu “qara təqvimi” Paşinyan hakimiyyətinin devrilmə gününə çevirməyə hazırlaşırlar. Paşinyan hakimiyyəti isə ölkədə iğtişaşlar və silahlı təxribatlar törədiləcəyi təqdirdə, dövlət çevrilişi planının müəllifləri ilə birdəfəlik haqq-hesab çəkmək niyyətindədir. Və Paşinyan hakimiyyətinin hazırda əsas üstünlüyü sadəcə, Ermənistanda hakimiyyət çevrilişinin baş verməsində maraqlı olmayan Rusiyanın dəstəyini arxasına ala bilməsi ilə bağlıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Oxunub: 852
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-11-2021, 17:28

Şuşada Zəfər Günü paradı olacaq?

Xəbərlər

5-05-2021, 17:22

ŞAD XƏBƏR: Azərbaycan Xocalıda nəzarəti TAM BƏRPA ETDİ

Xəbərlər

17-01-2021, 16:01

Türk Silahlı Qüvvələrindən və Azərbaycan ordusundan MÖHTƏŞƏM MESAJ

Xəbərlər

10-12-2020, 13:18

Azərbaycan Prezidenti: Bu gün tarixi bir gündür

Xəbərlər

24-11-2020, 00:19

SON DƏQİQƏ: Ermənilərin "özünümüdafiə" qoşunları Xankəndidə QALACAQ? - AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL
Orqanizmdə omeqa-3 çatışmazlığının əsas simptomları
Regionu qarışdıran xəbər: Orduya əmr verildi, bütün qoşun hücuma hazırdır
Son xəbərlər
  • Dünən, 22:27
    Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
  • Dünən, 21:53
    Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
  • Dünən, 20:49
    İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
  • Dünən, 19:05
    Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL
  • Dünən, 18:50
    Orqanizmdə omeqa-3 çatışmazlığının əsas simptomları
  • Dünən, 17:14
    Regionu qarışdıran xəbər: Orduya əmr verildi, bütün qoşun hücuma hazırdır
  • Dünən, 16:38
    Ruslar Kupyanska bayraq sancmaq istədi, 50 hərbçi öldü
  • Dünən, 15:33
    Tibdə ilk – 5-ci Tip Diabet növü rəsmən tanındı
  • Dünən, 14:54
    Sərkisyan seçkilərdə kimin qalib gələcəyini açıqladı
  • Dünən, 13:48
    İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
  • Dünən, 12:43
    Hamiləlikdə qarın qaşınması çat izlərinin əlamətidirmi?
  • Dünən, 11:26
    BMT: 2025-ci ildə qanunsuz miqrasiya zamanı təxminən 8 min insan həlak olub
  • Dünən, 10:18
    Sülh danışıqlarında ABŞ-ı o təmsil edəcək
  • Dünən, 09:01
    Səhər oyananda 10 dəqiqə pəncərə qarşısında dayanın
  • 22-04-2026, 22:45
    Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
  • 22-04-2026, 21:31
    Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
  • 22-04-2026, 20:34
    İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
  • 22-04-2026, 19:24
    ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
  • 22-04-2026, 18:43
    Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
  • 22-04-2026, 17:09
    17 min hərbçi meydanda: 5 ölkə prosesə qoşuldu – İranla bağlı yeni vəziyyət
  • 22-04-2026, 16:45
    Ukrayna sərhədə qoşun yığır: Belarusa hücum başlayır?
  • 22-04-2026, 15:45
    Qaraciyər yağlanmasını necə tərsinə çevirmək olar?
  • 22-04-2026, 14:52
    İrandakı müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsiri…
  • 22-04-2026, 13:35
    Paşinyanın Qarabağ planının detalları: Hədəf müəyyənləşdi, “kart” işləməyəcək
  • 22-04-2026, 12:37
    Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər
  • 22-04-2026, 11:54
    Əlilliyin təyini ilə bağlı imtina alan şəxslərə xəbər var
  • 22-04-2026, 10:23
    ABŞ-ın blokadası nə vaxta qədər davam edəcək?
  • 22-04-2026, 09:09
    Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr
  • 21-04-2026, 22:40
    Bu yuxu pozası bel və ürəyə zərər verir
  • 21-04-2026, 21:48
    Revmatizm hansı xəstəliklərlə qarışdırılır? Həkimdən vacib izah
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə