Qəzzada savaşı dayandırsaq belə, “Hizbullah” terror təşkilatına qarşı hücumumuzu dayandırmayacağıq.
Teleqraf.com xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant deyib.
“İsrail Qəzzaya hücumlarını dayandırsa belə, şimalda “Hizbullah”a qarşı hücumlarını dayandırmayacaq. Əgər Hizbullah düşünürsə ki, müharibə cənubda (Qəzza) dayananda şimalda (İsrail) da dayanacaq, yanılır.
Açıq şəkildə bildirirəm ki, şimalda insanların təhlükəsiz yaşaya biləcəyi şərait yaradılmayana qədər hücumlar bitməyəcək”, - müdafiə naziri vurğulayıb.
Müəllif: Mənsur Rəğbətoğlu