Ukrayna hakimiyyəti “Kinjal” raketlərini daşıya bilən Rusiyanın MiQ-31K təyyarəsinin havaya qalxması ilə əlaqədar bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Teleqram kanalında məlumat verib.
"Ukraynanın bütün ərazisində raket təhlükəsi. MiQ-31K Mozdok aerodromundan qalxdı", - məlumatda deyilir.
İnsanlara sığınacaqlara getmək tövsiyə olunub.
Qeyd edək ki, bu gün Belqorod vilayətində Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi vurulub. Təyyarədə ukraynalı əsirlərin olduğu bildirilir. İl-76-ın Ukrayna tərəfindən vurulduğu da iddia edilir. Qəza nəticəsində 74 nəfər ölüb.
Tural