İŞİD İranın Kirman şəhərində baş verən 2 partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Terror Alarm" X hesabı məlumat yayıb.
İranın "Həmşəhri" qəzeti partlayışlardan birinin kamikadze tərəfindən törədildiyini, ikinci partlayış barədə araşdırmaların davam etdiyini yazıb.
Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimində iki partlayış baş verib, nəticədə 95 nəfər ölüb, 211 nəfər yaralanıb.