• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Əl titrəməsinin 5 səbəbi
İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı
“Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
Fövqəladə vəziyyət elan edildi, ordu səfərbər oldu – Mayorkada nə baş verir?
Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
Səhər yeməyində protein çatışmazlığı aclıq hissini artıra bilər
Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İrəvan Dehlidən silah alıb, Rusiyaya göndərir - Sensasiya

Xəbərlər

23-12-2023, 11:24

İrəvan Dehlidən silah alıb, Rusiyaya göndərir - Sensasiya


Qərbin Rusiyaya qarşı tədbiq etdiyi sanksiyalardan yan keçmək üçün (yalnız silah-sursat məsələsinə ciddi nəzarət edirlər, ölkələr də Şimali Koreyadan başqa, Kremlə silah satmır) elə Qərb şirkətləri onlarla mexanizm tapıblar, həmin şirkətlər bir neçə ölkədən, o cümlədən Ermənistandan gen-bol istifadə edirlər. İrəvan Kreml üçün “nəfəslik”lərdən biri rolunu oynayır, ona görə də sözdə “dalaşsalar” da, əməldə ciddi əməkdaşlıqları davam edir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, son 2 ildə Ermənistandan Rusiyaya ixrac 3 dəfəyə yaxın artıb, illik qarşılıqlı ticarət dövriyyələri 5 mlrd. dolları keçib:

“Belə “düşmənçilik” olmur. Son 2 ildə Ermənistan Rusiyaya 3,7 mlrd. dollarlıq ikili təyinatlı mal ixrac edib - yarımkeçiricilər, mikrosxemlər, elektron avadanlıqlar. Ermənistan bu məhsulları istehsal edirmi - təbii ki, yox, Rusiya Ermənistanda yerli şirkətlər yaradıb rahatlıqla işləyir. İrəvan da babat pul qazanır, ona görə ÜDM artımı onlarda tarixi rekordlar vurur”.

Ekspert bildirib ki, Qərb Rusiyaya neft və neft məhsullarını almağı qadağan edib, amma ehtiyacları var, hələ Sovet dövründən bəzi zavodlar məhz Rusiya neftinə uyğun emal texnologiyaları ilə təhciz edilib, çünki rus nefti daha ağır neftdir, emalı bir az fərqlidir:

“Buna görə də maraqlı bir sxem düşündülər - Hindistan Rusiyadan neft alır, başqa tankerə boşaldır və ya emal edir və Avropaya satır. Formal olaraq bu artıq rus nefti olmur, Qərbin vicdanı “təmiz” qalır, amma ehtiyacını da ödəmiş olur.

2023-cü ilin ilk yarısında Hindistan Rusiyadan 2022-ci ilin eyni dövrünə nisbətən 11 dəfə (!!!) çox neft alıb! Rusiya bu ilin ilk 6 ayında Hindistana 31,6 mlrd. dollarlıq mal (neft/neft məhsulları) satıb, həmin ölkədən isə cəmi 1,7 mlrd. dollarlıq mal alıb - beləliklə, 30 mlrd. dollara yaxın Rusiyanın lehinə müsbət saldo yaranıb və bu vəsait Hindistan rupisində bu ölkənin banklarına yığılıb. Çünki Hindistan Mərkəzi Bankı onları konvertasiya edib Rusiyaya ötürməyə mane olacaq qərar verib. Yəni rəsmi Dehli də gördü ki, gəlib-gedən rusun pulunu yeyir, dedilər, biz kimdən əskiyik, müəyyən maneələr icad etdilər, bilirlər ki, Kremlin başqa yolu yoxdur, nefti satmaqda davam edəcək. Hindistan qərar verdi ki, Rusiya o rupilərə ölkədən nə istəsə, alıb apara bilər.

Son aylar Hindistan, nədənsə, Ermənistanı yaman sevməyə başlayıb, ard-ardına silah anlaşmaları imzalayır, silah göndərirlər. Bəyəm İrəvanın indi Hindistandan silah almağa ildə 1 mlrd. dollar artıq pulu var?! Məncə, sxem belədir - Rusiya Hindistan banklarında ilişən 30 mlrd. dollarlıq rupiyə arada silah alıb Ermənistan alırmış kimi rəsmiləşdirib, İrəvana göndərir, sonra da həmin silahlar Rusiyaya gedir, bəzi silah növləri, raketlər Rusiyanın istehsal etdiyi ölçüdə və kalibrdədir, hətta Rusiya üzərindəki yazıları, nömrələri asanlıqla dəyişib öz malı kimi istifadə edə bilər.

Beləliklə, bu “hind filmini” ciddi araşdırmaq lazımdır, Azərbaycanın rəsmi orqanları məsələni beynəlxalq gündəmə çıxarmalıdırlar, çox güman, əsl “Bollivud” stilindədir, birinə zərbə dəyir, 15 metr o yanda o birisi yıxılır...”

Oxunub: 263
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-08-2023, 15:31

İrəvan Rusiyaya mina göndərir? - Kovalenko təkzib etdi

Araşdırma

10-06-2023, 17:24

Qərb susur: Ermənistan Rusiyanı sanksiyalardan necə xilas edir? - FAKTLAR

Xəbərlər

19-04-2023, 22:46

İrəvandan Qərbə zərbə: Rusiyaya belə kömək edir

Xəbərlər

26-03-2023, 19:30

İrəvan ifşa oldu: Ukrayna şok faktlar yaydı

Xəbərlər

3-03-2023, 22:17

Sanksiyalardan yayınmaq üçün Rusiya və Belarusun Ermənistandan istifadə etdiyi üzə çıxdı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
Son xəbərlər
  • Dünən, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • Dünən, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • Dünən, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • Dünən, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • Dünən, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
  • 11-08-2026, 18:52
    Əl titrəməsinin 5 səbəbi
  • 11-08-2026, 17:20
    İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
  • 11-08-2026, 16:16
    Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
  • 11-08-2026, 15:29
    Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı
  • 11-08-2026, 14:11
    “Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
  • 11-08-2026, 13:35
    ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
  • 11-08-2026, 12:15
    Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
  • 11-08-2026, 11:43
    Fövqəladə vəziyyət elan edildi, ordu səfərbər oldu – Mayorkada nə baş verir?
  • 11-08-2026, 10:48
    Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
  • 11-08-2026, 09:06
    Səhər yeməyində protein çatışmazlığı aclıq hissini artıra bilər
  • 10-08-2026, 22:23
    Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
  • 10-08-2026, 21:38
    Bağırsaq xərçənginin ağızda görünən 4 əlaməti
  • 10-08-2026, 20:31
    Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
  • 10-08-2026, 19:08
    Dünya yeni müharibənin astanasındadır – Çinə qarşı “cəhənnəm ssenarisi”
  • 10-08-2026, 18:41
    Dişləri qıcamaq - Ekspert qorxulu xəstəliyin əlamətindən DANIŞDI
  • 10-08-2026, 17:54
    Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
  • 10-08-2026, 16:22
    Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası
  • 10-08-2026, 15:39
    Niyə hemofiliya kişilərdə daha çox olur?
  • 10-08-2026, 14:43
    Vuçiç NATO ilə müharibədən imtina etdi
  • 10-08-2026, 13:11
    “Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
  • 10-08-2026, 12:45
    Ayaqlardakı ağrının 7 əsas səbəbi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə