• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İran körfəz ölkəsini raket atəşinə tutur
MRT xərçəngi daha tez tapır
Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
Ödem atan bitki çayları hansılardır?
Stressdən azad olmağın sadə və sürətli yolu
Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Qırmızı turp bu qadınlar üçün zərərlidir
Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
Bu bürcün insanlarında İQ səviyyəsi yüksək olur - 5 BÜRC
Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib
SEPAH-dan şübhəli anons: “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qərb Ukraynanı qurban verir: Kiyevi daha çətin günlər gözləyir

Xəbərlər

20-11-2023, 19:42

Qərb Ukraynanı qurban verir: Kiyevi daha çətin günlər gözləyir


Aidiyyəti olan və olmayan az qala hər kəs Ukraynada dünyanın gələcəyinin həll olunduğunu iddia edir. Ancaq iki ilə yaxındır ərazinin işğal və ilhaqdan azad edilməsində elə də böyük və əsaslı uğur əldə olunmayıb.

Son günlər Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları da bu təsdiqləyir. O, sonuncu videomüraciətində bildirib ki, əsaslı dəyişikliklərə ehtiyac var. Dövlət başçısı Ukrayna ordusundan sürətli dəyişiklikləri tələb edib. V.Zelenski hətta yaralı hərbçilərə tibbi yardımın göstərilməsində əsaslı dəyişikliklərə ehtiyac olduğunu da vurğulayıb.

Bir neçə gün əvvəl Volodimir Zelenski “Bloomberg”ə müsahibəsində Qərbin dəstəyi olmazsa, geri çəkiləcəklərini bildirmişdi: “Hazırda diqqətimizi Qərbdən kömək almağa yönəltmişik. Yaxın Şərqdəki duruma və digər səbəblərə görə onların fikri dəyişir. Dəstək olmasa, geri çəkiləcəyik”.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujni bu ay ölkəsinin Rusiya ordusu ilə mübarizə aparmaq üçün daha təkmil texnologiyaya ehtiyacı olduğunu vurğulamışdı. O, müharibənin dalana dirəndiyini də qeyd etmişdi.

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı hadisəsi, habelə Ukraynanın Qara dənizdəki hərbi qüvvələrinin qısa müddətə təslim olması elə təəssürat yaradırdı ki, Moskva müharibənin taleyini tez bir zamanda həll edəcək. Rusiya əvvəlcədən bəyan edirdi ki, rəsmi Kiyev Qərbə meyillənərsə, Ukraynanın şərq vilayətlərini “geri qaytaracaq”. O, Ukraynanın Xarkov, Zaporojye, Xerson, Krım, Luqansk, Donetsk bölgələrini ilhaq etməklə bu planı, demək olar ki, yerinə yetirib.

Bu vəziyyətdə Kreml danışığa gedib, nəticələrə uyğun olaraq böyük bir ərazidə beynəlxalq səviyyədə suverenliyini təsdiqləyə bilər.

Deməli, Moskva bu müharibədə uğur əldə edib. Ölənlərin, yaralananların sayına, hərbi texnika itkilərinin miqyasına baxmayaraq, Rusiya Ukraynadan daha üstün görünür. Federasiyanın beynəlxalq səviyyədə tanınan ərazisində isə elə ciddi sosial, siyasi və iqtisadi etiraz aksiyaları müşahidə olunmur, yaxud genişmiqyaslı deyil.

RF-ni bu müharibədə daha çox Çin, Şimali Koreya, İran, Belarus müdafiə edirlər.

Rəsmi Kiyevi 50-dən artıq ölkə müdafiə edir. Bura Avropa İttifaqı və NATO üzvləri, habelə İsrail, Qətər, Cənubi Koreya, Yeni Zelandiya, Mərakeş, İordaniya, Avstraliya, Yaponiya da daxildir.

Belə güclü siyasi, mənəvi və hərbi dəstəklə Ukraynanın bu ilin yayında əks-hücumu ya zəif olub, ya da uğur əldə edə bilməyib.

Qərb üçün Ukrayna cəbhəsində uğur olmadığı halda oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə şərqdə yeni cəbhə açıldı.
ABŞ-nin ciddi və etibarlı informasiya resurslarından olan, faktiki Ağ Evin əhvali-ruhiyyəsini ifadə edən “Foreign Affairs” nəşri “Ukraynada uğurun yeni tərifi” başlıqlı yazıda bildirilib ki, ABŞ qaynar müharibəyə cəlb edilən iki tərəfdaşı dəstəkləmək üçün mübarizə aparır.

Nəşr ABŞ-də və Avropada Ukraynaya hərbi, iqtisadi dəstək sahəsində siyasi iradənin azalmağa başladığını vurğulayaraq bildirib:

“Bu hallar Ukraynanın və onun tərəfdaşlarının həyata keçirdiyi hazırkı strategiyanın hərtərəfli yenidən qiymətləndirilməsinin zəruriliyini diktə edir”.

Bildirilib ki, Ukraynanın əks-hücum etməsinə baxmayaraq, Rusiya faktiki olaraq 2023-cü ildə Ukraynadan daha çox ərazi əldə edib.

Jurnal Ukraynaya Rusiyanı məğlub etmək üçün çoxlu silah və hərbi texnika verilməsinin zəruri olduğunu qeyd edib. “Foreign Affairs” iddia edir ki, Kiyevi və tərəfdarlarını dalana aparan, Qərbin Ukraynaya dəstəyinin azalmasına gətirib çıxara biləcək kursu davam etdirməkdənsə, məqsəd və vasitələri tarazlaşdıracaq yeni strategiya qəbul etmək daha üstündür. Məqalədə Vaşinqtonun Ukrayna və Qərbdən olan müttəfiqlərlə Kiyevi hücumdan müdafiə strategiyasına keçmək, atəşkəs təklif etməyə inandırmaq məqsədi ilə məsləhətləşmələrin başlanmasını vurğulayıb.

Məqaləyə əsasən, ABŞ-nin beynəlxalq ictimai rəyi Ukraynanın maraqlarının satılmasına hazırladığını ehtimal etmək olar. Halbuki, bu müharibənin nəticəsi həm də Qərb blokunun perspektivinə təsir edə bilər. O, maraqlarının təmin olunmasından geri çəkilir? Beynəlxalq aləmdə baş vermiş bir sıra hadisələr sübut edir ki, o, keçmişdə SSRİ ilə mübarizədə geri çəkilib. Bu baxımdan yeni oxşar hadisələrin də baş verə biləcəyi ehtimalı yox deyil.

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeronun ilk xarici səfərini Ukraynaya etməsi və ABŞ müdafiə naziri Lloyd Ostinin Kiyevə ziyarəti vəziyyəti dəyişəcək? Bu iki səfəri Qərbin Ukrayna rəhbərliyi ilə hərbi-diplomatik müzakirəsi kimi də dəyərləndirmək olar. Volodimir Zelenski isə müharibənin istədikləri qədər tez bitməyəcəyini deyir.

Qeyd edək ki, müharibə nəticəsində Ukraynanın 48 milyon 240 min 902 nəfər daimi əhalisindən 5,6-6,7 milyonu, yaxud 10 faizdən çoxu xarici ölkəyə sığınıb.

Beləliklə, qərbin Vyetnam, Əfqanıstan, Myanma kimi yarımçıq qalmış, İraq, Suriya, Liviya, Yəmən kimi bitməmiş layihələrinə Ukrayna macərası da əlavə olunur...

“Report” İnformasiya Agentliyi

Oxunub: 275
Paylaş:
Digər xəbərlər

Manşet / Xəbərlər

17-11-2023, 17:40

Zelenski ELAN ETDİ: Ukrayna ordusu GERİ ÇƏKİLƏCƏK

Manşet / Xəbərlər

13-11-2023, 17:40

Zelenski ELAN ETDİ: Ukrayna ordusu GERİ ÇƏKİLƏCƏK

Xəbərlər

25-05-2022, 08:31

Zelenski Rusiya ilə danışıqların bərpası üçün ŞƏRTİNİ AÇIQLADI

Xəbərlər

2-05-2022, 12:56

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəni ITTIHAM ETDI

Xəbərlər

15-04-2022, 11:39

"Əgər mən getsəydim..." - Zelenski Ukraynanı tərk etməməsinin ƏSL SƏBƏBİNİ AÇIQLADI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İran körfəz ölkəsini raket atəşinə tutur
MRT xərçəngi daha tez tapır
Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
Ödem atan bitki çayları hansılardır?
Son xəbərlər
  • Bu gün, 19:29
    İran körfəz ölkəsini raket atəşinə tutur
  • Bu gün, 18:44
    MRT xərçəngi daha tez tapır
  • Bu gün, 15:28
    Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
  • Bu gün, 12:22
    Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
  • Bu gün, 11:58
    Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
  • Bu gün, 09:05
    Ödem atan bitki çayları hansılardır?
  • Dünən, 22:43
    Stressdən azad olmağın sadə və sürətli yolu
  • Dünən, 18:28
    Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
  • Dünən, 17:33
    ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
  • Dünən, 16:15
    Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
  • Dünən, 15:23
    Qırmızı turp bu qadınlar üçün zərərlidir
  • Dünən, 14:12
    Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
  • Dünən, 13:39
    Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
  • Dünən, 12:06
    Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
  • Dünən, 11:46
    Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
  • Dünən, 10:32
    ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
  • Dünən, 09:21
    Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
  • 3-05-2026, 22:20
    Bu bürcün insanlarında İQ səviyyəsi yüksək olur - 5 BÜRC
  • 3-05-2026, 21:30
    Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib
  • 3-05-2026, 20:09
    SEPAH-dan şübhəli anons: “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
  • 3-05-2026, 19:33
    Bu işdə çalışanlar diqqətli olsun – əməkhaqqı düzgün hesablanmaya bilər
  • 3-05-2026, 18:34
    İnsanı iynə-dərmana möhtac edən məhsullar
  • 3-05-2026, 17:18
    Arakçı Tayani ilə danışdı: Müharibənin nəticələri...
  • 3-05-2026, 16:27
    Çin qadağan etdi: ABŞ-ın sanksiyalarına əməl etməyin!
  • 3-05-2026, 15:48
    Qadınları narahat edən problem – Zamana buraxmayın
  • 3-05-2026, 14:22
    NATO-nun “gizli silahı” ifşa edildi – Çoxunun ağlına belə gəlməz
  • 3-05-2026, 13:45
    Erməni hüquq müdafiəçisi: "Azərbaycan müharibə edəcək, bizim üçün fəlakətli olacaq"
  • 3-05-2026, 12:17
    Böyrəkdəki urat daşlarını parçalayan - Möcüzəvi bitki
  • 3-05-2026, 11:04
    Kiyevlə Afina arasındakı saziş dalana dirənib: Türkiyə amili
  • 3-05-2026, 10:21
    Rusiya sərhədində aktivlik: iki ölkədən hücum anonsu gəldi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə