Təbrizin "Şuniz" (Dadaş bəradər) zavodunun işçiləri etiraz aksiyası keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Onlar əmək haqlarının ödənilməməsinə, işçi və qanunla nəzərdə tutulmuş hüquqlarının pozulmasına etiraz ediblər.
Zavod rəhbərliyinin bundan əvvəl problemlərin həlli ilə bağlı vədlərinin özünü doğrultmadığını deyən işçilər aksiyanı davam etdirəcəklərini bildiriblər.