"Yaxın Şərqdə münaqişənin şiddətlənəcəyi təqdirdə ABŞ tədbir görəcək".
Publika.az xəbər verir ki, bunu Tentaqon rəhbəri Lloyd Ostin “ABC” telekanalına müsahibəsində bildirib.
O deyib ki, kimsə Yaxın Şərqdə münaqişəni qızışdırmağa cəhd edərsə, Birləşmiş Ştatlar “müvafiq tədbir” görməkdən çəkinməyəcək:
"Əgər hər hansı bir qrup və ya ölkə bu münaqişəni genişləndirməyi və müşahidə etdiyimiz xoşagəlməz vəziyyətdən istifadə etməyi planlaşdırırsa, mənim sizə məsləhətim - dəyməz. Bizim özümüzü müdafiə etmək hüququmuz var və biz müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik”.
Hüseyn İbadlı