• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat
Qoz və qaragiləni birlikdə yeməyin faydaları
Yeni qanun gəlir: İsrailliləri öldürənlərə ölüm cəzası veriləcək
Sülh olmayacaq – genişmiqyaslı müharibə başlaya bilər
Hər gün mixək çubuğu çeynəsək, NƏ OLAR?
Paşinyan o müqavilənin bərpasını istədi – Britaniyalı tarixçi
Gedişhaqqı artır: “Bakı Metropoliteni” yenə də zərərlə işləyir
Ağciyərlərimizi çirkli havadan necə qoruyaq?
Kişilər üçün bir fincan kakaonun inanılmaz FAYDASI
Sərhəddə gərginlik: Livan ordusu yüksək hazırlıq vəziyyəti elan etdi
Azərbaycanda icra başçılarına limit qoyula bilər? – Deputatlar danışdı
Rusiya “Wagner”in bayrağını YENİDƏN UCALTDI - “Sistemdə çatlar yaranmasının əlamətidir”
Avropanın mövqeyi yoxdur, ABŞ-dan idarə olunur - İrandan iddia
Cəmi iki məhsulla təzyiqi salan möcüzə salat
Kitablarla sağalmaq mümkündürmü?
Bu cür qidalanma yoğun bağırsaq şişləri yaradır
NATO-da Kremli qəzəbləndirəcək müzakirə başladı: inanılmaz təkliflər
İsrail və Cənubi Kipr razılığa gəldi: Bundan sonra...
Sonsuzluq və qidalanma arasındakı əlaqə - MƏSLƏHƏTLƏR
Bakıda yağışlı günlər başlayır – Xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Fransa Ermənistanı Azərbaycana qarşı hücuma hazırlaşdırır - Afrika ssenarisi

Xəbərlər

8-10-2023, 16:11

Fransa Ermənistanı Azərbaycana qarşı hücuma hazırlaşdırır - Afrika ssenarisi


Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında bildirdi ki, "Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.

Bununla Azərbaycan lideri Aİ rəhbərliyinə Fransanın Cənubi Qafqazda nəyə xidmət etdiyini çatdırdı və bu, həm də bölgədəki hadisələrin sabitliyin pozulması istiqamətində inkişaf edəcəyi təqdirdə əsas səbəbkarın da Fransa olduğu haqda öncədən xəbərdarlığın edilməsidir.

Fransanın Ermənistanın maraqlarını açıq şəkildə müdafiə etdiyi sirr deyil. Bu, Azərbaycan torpaqları işğalda olduğu müddətdə də belə idi, 44 günlük müharibədə də, ondan sonra da. Vətən müharibəsində Makronun özünü "Baqramyan 33”-ün mətbuat xidmətinin rəhbəri kimi aparmasını təkcə biz yox, bütün dünya gördü. Müharibədən sonra aparılan sülh danışıqlarında Fransa prezidenti nəinki ermənipərəst kimi çıxış edir, hətta bir çox hallarda Paşinyanın demədiklərini də səsləndirir, onun etmədiklərini edirdi. Qarabağda artıq məhv edilmiş erməni separatizminin əsas dəstəkçilərindən biri də məhz Fransa idi. Bunun nəticəsi olaraq, Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdi. Lakin Qarabağda istədiyinə nail ola bilməyən Makron Cənubi Qafqazı eskalasiya ocağına çevirməkdə israrlı görünür. Və hələ ötən ilin sentyabrından başlayaraq, hərbi müstəvidə Ermənistanla əməkdaşlığın genişləndirilməsinin yekun hədəfi də məlumdur:

- Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının qarşısını almaq;
- Ermənistan üzərindən bölgədə yeni hərbi toqquşmalar yaratmaq;

Bu hədəfə çatmaq üçün bütün imkanlarından istifadə edən Fransanın birdən çox siyasi məqsədi var.

Birincisi, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq;
İkincisi, Rusiyanın Ermənistanın təhlükəsizliyində boşalan yerini tutmaq;
Üçüncüsü, Avrasiyanın nəqliyyat şəbəkələrində əsas hablardan birinə çevrilən Cənubi Qafqazı hərbi eskalasiyaya sürükləməklə bu layihələri pozmaq;

Fransa Ermənistanı bölgədə özünün plasdarmı kimi görür. Burada Fransadakı erməni diasporunun qisasçılıq siyasəti də təsirsiz deyil və aydındır ki, terrorizmi dəstəkləyən Papazyan kimi daşnaklara hesabat verəcək qədər zəif olan Makronun ermənilər qarşısında öhdəlikləri də var. Bunu onun özü də gizlətmir. Digər tərəfdən, Ermənistan Fransaya Afrikadakı məğlubiyyətin kompensiyası üçün lazımdır. Makron hakimiyyəti fransızlara ölkənin təsir imkanlarını uzaq coğrafiyalara qədər yaydığını isbatlmaq istəyir.

Və "paket” olaraq əldə etmək istədiyi bu məqsədlər üçün Afrikadakı zəngin təcrübəsindən istifadə edərək, Cənubi Qafqazı "qan çanağına” çevirməyə hazırlaşır.

Ermənistana səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna bunu açıq şəkildə bəyan etdi. O bildirib ki, "Fransa Ermənistanın özünü müdafiə edə bilməsi üçün hərbi texnikanın tədarükü ilə bağlı müqavilələr imzalayacaq”.

Sual yaranır, kimə qarşı? Azərbaycana, Türkiyəyə, yoxsa Rusiyaya qarşı?

Torpaqlarını erməni işğalından azad edən Azərbaycan Ermənistan ərazisinə iddiasının olmadığını ən yüksək səviyyədə bəyan edib və bundan sonra əsas prioriteti bölgədə sülhə nail olmaqdır. Bu məqsədlə Ermənistanla sülh müqaviləsini imzalamaq niyyətindədir. Lakin rəsmi İrəvan müxtəlif iddialar və bəhanələrlə sülh sazişindən yayınır və aydındır ki, onu buna sövq edən əsas qüvvə məhz Fransadır. Cənubi Qafqazda Ermənistan üzərindən "yuva qurmaq” istəyən Makron hakimiyyətinin tətbiq edəcəyi ssenari də aydın görünür:

- Ermənistan sərhəddə Azərbaycana hücum edəcək və yeni eskalasiya yaranacaq;
- Beynəlxalq müstəvidə "Azərbaycan Ermənistana hücum edir” kampaniyası başlanacaq və rəsmi Bakıya təzyiq cəhdləri ediləcək;
- İrəvan KTMT-nin "Azərbaycana qarşı çıxmadığını” əsas gətirərək, təşkilatdan ayrılmağı gündəmə gətirəcək;
- Rusiyanın erməniləri müdafiə etmədiyini əsas götürərək, Ermənistanın təhlükəsizliyini Fransaya həvalə edəcək, hətta Gümrüdəki 102-ci bazanın ölkədən çıxarılması tələbini irəli sürəcəkləri də gözləniləndir;
- Türkiyəyə qarşı ərazi iddialarının yenidən aktuallaşması da istisna deyil: Fransa xarici işlər nazirinin Ermənistana səfəri zamanı Ağrı dağının fotosunu "biz qayıtdıq” qeydi ilə paylaşması da bu kontekstdə təsadüfi deyil;

Fransanın "müdafiə olunmaq” adı altında Ermənistanı silahlandırması, İrəvana hərbi attaşşe təyin etmək və Zəngzurda, məhz Azərbaycanla sərhəddə konsulluq açmaq istəyi də tətbiq ediləcəyi gözlənilən bu ssenarinin tərkib hissəsidir.

Fransa artıq Ermənistanda hərbi missiya açıb. Bu ölkənin müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, "missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”. Eyni zamanda, o bəyan edib ki, "Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezidert (Makron – red) şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, (Makron – red) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”.

Göründüyü kimi, Fransa Ermənistanı "müdafiə olunmaq” məqsədilə silahlandırır və Azərbaycana qarşı hücuma hazırlaşdırır. Bunun nəticəsi Ermənistan üçün ağır olacaq, çünki Azərbaycan istənilən təxribata "dəmir yumruq”la cavab verəcək. 44 günlük müharibə və ondan sonra baş verənlər Ermənistanın Azərbaycanla bacarmasının mümkünsüz olduğunu təsdiq edir. Bunu Parisdə də anlayırlar, lakin Makronun məqsədi Ermənistanı qorumaq, yaxud gücləndirməkdən daha çox, ondan Cənubi Qafqazı qan çanağına çevirmək üçün istifadə etməkdir. Afrikada da maraqlarını təmin etmək üçün məhz bu ssenridən - bir ölkəni digər ölkəyə qarşı hücuma təhrik etmək - yararlanıb. İndi Cənubi Qafqazda Afrika ssenarisini tətbiq etməyə hazırlaşır.

Asif Nərimanlı

Oxunub: 331
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-10-2023, 16:55

İlham Əliyev görüşdən niyə imtina etdi? - Şok təfərrüat

Xəbərlər

25-08-2023, 15:23

Fransa BMT TŞ-də Azərbaycana qarşı qətnamə hazırlayır - Makronun son həmləsi

Xəbərlər

15-03-2023, 19:28

Fransanın Azərbaycana qarşı riyakar münasibətinin kökündə nə dayanır?

Xəbərlər

5-10-2022, 19:23

Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü olacaq

Xəbərlər

16-12-2021, 13:54

Makronun hiyləgər Brüssel gedişi – O, Əliyevlə Paşinyanı görüşdürməklə nəyə nail olmaq istəyir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat
Qoz və qaragiləni birlikdə yeməyin faydaları
Yeni qanun gəlir: İsrailliləri öldürənlərə ölüm cəzası veriləcək
Sülh olmayacaq – genişmiqyaslı müharibə başlaya bilər
Hər gün mixək çubuğu çeynəsək, NƏ OLAR?
Paşinyan o müqavilənin bərpasını istədi – Britaniyalı tarixçi
Son xəbərlər
  • Bu gün, 22:26
    İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat
  • Bu gün, 21:18
    Qoz və qaragiləni birlikdə yeməyin faydaları
  • Bu gün, 20:13
    Yeni qanun gəlir: İsrailliləri öldürənlərə ölüm cəzası veriləcək
  • Bu gün, 19:37
    Sülh olmayacaq – genişmiqyaslı müharibə başlaya bilər
  • Bu gün, 18:11
    Hər gün mixək çubuğu çeynəsək, NƏ OLAR?
  • Bu gün, 17:21
    Paşinyan o müqavilənin bərpasını istədi – Britaniyalı tarixçi
  • Bu gün, 16:03
    Gedişhaqqı artır: “Bakı Metropoliteni” yenə də zərərlə işləyir
  • Bu gün, 15:52
    Ağciyərlərimizi çirkli havadan necə qoruyaq?
  • Bu gün, 15:27
    Kişilər üçün bir fincan kakaonun inanılmaz FAYDASI
  • Bu gün, 14:49
    Sərhəddə gərginlik: Livan ordusu yüksək hazırlıq vəziyyəti elan etdi
  • Bu gün, 13:02
    Azərbaycanda icra başçılarına limit qoyula bilər? – Deputatlar danışdı
  • Bu gün, 11:53
    Rusiya “Wagner”in bayrağını YENİDƏN UCALTDI - “Sistemdə çatlar yaranmasının əlamətidir”
  • Bu gün, 10:12
    Avropanın mövqeyi yoxdur, ABŞ-dan idarə olunur - İrandan iddia
  • Bu gün, 09:08
    Cəmi iki məhsulla təzyiqi salan möcüzə salat
  • Dünən, 22:54
    Kitablarla sağalmaq mümkündürmü?
  • Dünən, 21:03
    Bu cür qidalanma yoğun bağırsaq şişləri yaradır
  • Dünən, 20:21
    NATO-da Kremli qəzəbləndirəcək müzakirə başladı: inanılmaz təkliflər
  • Dünən, 19:40
    İsrail və Cənubi Kipr razılığa gəldi: Bundan sonra...
  • Dünən, 18:22
    Sonsuzluq və qidalanma arasındakı əlaqə - MƏSLƏHƏTLƏR
  • Dünən, 17:09
    Bakıda yağışlı günlər başlayır – Xəbərdarlıq
  • Dünən, 16:47
    Paşinyandan Ermənistanı silkələyən qərar: Bakıya görə düyməyə basdı
  • Dünən, 15:16
    Yaddaşı gücləndirən 8 əsas vitamin: Beynin qocalmasının qarşısını alırlar
  • Dünən, 14:39
    Tarixi ləkə təmizləndi: Ermənistan ən böyük “dağı”nı itirdi
  • Dünən, 13:24
    Azərbaycan dili sıradan çıxarılır, lazımı tədbir görəcəm!
  • Dünən, 12:00
    İnsultlar daha çox 55 yaşdan aşağı qruplarda olur
  • Dünən, 11:12
    Dünyanı 150 dəfə partlatmağa qadirik - Tramp
  • Dünən, 10:28
    Əfqanıstanda güclü zəlzələ: 20 ölü, 140 yaralı
  • Dünən, 09:03
    Günün bu vaxtında şokoladı qəti YEMƏYİN
  • 2-11-2025, 22:37
    ChatGPT-yə bu iki sualı vermək qadağan edildi
  • 2-11-2025, 21:11
    Qara, yaşıl və ya adaçayı deyil: Ən sağlam çay bu imiş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə