• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
Çiy kələm bu şəxslərə olmaz
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
Qətər 3 iranlı pilotu əsir götürüb
Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Molla rejimini qorxudan "Xalq mücahidləri” hara köçür?

Xəbərlər

6-07-2023, 12:42

Molla rejimini qorxudan "Xalq mücahidləri” hara köçür?



Xəbər verdiyimiz kimi, İranın dini rəhbərinin təşəbbüsü ilə kəşfiyyat xidmətləri rəhbərlərinin Məşhəddə keçirilən görüşündə təhlükəsizlik naziri İsmayil Xətib “Xalq Mücahidləri” təşkilatının fəaliyyəti haqda danışıb. O deyib ki, təşkilatın Avropada nəzərdə tutduğu işlər barədə məlumatı Avropa təhlükəsizlik xidmətlərinə çatdırıb. Guya bundan sonra iranlı mühacir müxaliflərə aid təşkilatların Parisdə əlaqələndirici görüşününü qarşısı alınıb, mücahidlərin Albaniya paytaxtındakı qərargahına hücum edilib. Avropa təhlükəsizlik xidmətlərini xüsusi qıcıqlandıran məlumat o olub ki, “xalq mücahidləri” öz kiber ordusu vasitəsilə Avropa seçkilərinə müdaxilə edir, İran rejiminə qarşı çıxmamaqda şübhəli bilinən hər hansı avropalı namizəd əleyhinə kampaniya aparır. O bildirib ki, Albaniya sığınacaq verdiyi minlərlə xalq mücahid tərəfdarını ölkədən çıxarmağa meyllidir (aljarida).

Amma onun bu məlumatı yalan çıxdı. Xəbər verilir ki, onun iddialarının əksinə olaraq, bu günlər Parisdə İran müqavimət şurası adlı təşkilatın yaradılması üçün böyük toplantı keçirilib. Donald Tramp dövründə ABŞ-ın vitse-prezidenti olmuş Mayk Pens və Böyük Britaniyanın keçmiş baş naziri Liz Truss Mücahid Xalq Təşkilatının Parisdən kənarda keçirilən toplantısına qatılaraq İslam Respublikası müxalif qruplaşmasına dəstək veriblər (BBC). M.Pens mücahidlərin iclasında İrandakı son etirazlardan danışıb: “Bu, sadəcə olaraq növbəti etiraz deyil, azadlıq uğrunda inqilabın başlanğıcıdır. Rejimin dünyaya tab gətirə bildiyi ən böyük yalanlardan biri alternativin olmamasıdır. Heç bir repressiv rejim əbədi qalmayacaq” .

Britaniyanın keçmiş baş naziri Liz Trass, avtokrat hökumətlərin “ürək aldığını” və “azad dünyanın onlara qarşı kifayət qədər hərəkət etmədiyini” söyləyib.

Təhlükəsizlik naziri İsmayil Xətib yuxarıda xatırlatdığımız çıxışında ölkəmizin də adını çəkmişdi. Onun iddiasına görə, Azərbaycan təşkilatın üzvlərini qəbul etmək istəyini rədd edərək, onları qəbul edə biləcək yeganə ölkənin İsrail ola biləcəyinə işarə edib. Xatırladaq ki, uzun müddətdir ki, Azərbaycana qarşı kampaniyada ölkəmizin guya bu qrupla əməkdaşlıq etməsi iddia olunurdu, hətta TAP layihəsi çərçivəsində rəsmi Bakı və rəsmi Tirana arasında əməkdaşlıq, keçirilən görüşlərin də “münafiqlərlə” (xalq mücahidləri İran təbliğatı tərəfindən belə təqdim olunur-red) bağlı olduğu haqda absurd yalanlar dövriyyəyə buraxılırdı.

İran rəsmi kəşfiyyat qurumlarının bu sızıntısından sonra güman etmək olardı ki, Tehran təbliğat maşını mücahidləri Azərbaycanla bağlamaq üçün uydurmalarını dayandıracaq. Lakin görünən budur ki, bu istiqamətdə dezinformasiya yaradıcılığı “uğurla davam etdirilir”.

Məsələn, qafqazşünas analitik kimi təqdim olunan Şüeyb Bəhmən yazır ki, İlham Əliyev münafiqlərin qalıqlarını Albaniyadan Bakıya köçürmək istəyir. “Arsheh” saytının məlumatına görə, 2013-cü ildə İraqdan çıxarılanda İsrail hökuməti “münafiqlərin bir hissəsini” Azərbaycana köçürmək istəyib. Guya həmin vaxt İsrail lobbisi Bakıda bəzi rəsmilərə təzyiq edirmiş ki, qruplaşmanı tərk edilmiş hərbi bazalarda yerləşdirsinlər.

Tarixçi araşdırmaçı Məcid Təfərşi isə xatırladır ki, 1986-cı ildə xalq mücahidləri İraqa əvvəl gizli, sonra açıq razılaşma əsasında getmişdilər (fararu.com ). Bundan sonra Səddam Hüseynin hakimiyyətdə olduğu 17 il ərzində təşkilat varlanır, indi onun 50 milyard dollar kapitalı var və dünyanın heç bir ölkəsində müxalif təşkilatın bu qədər vəsaiti olmayıb.

Təfərşininn iddiasına görə, bu pulların çoxu İraq neftinin satışından əldə edilib. Ona görə də 2003-cü ildən ta 2024-cü ilədək təşkilat İraqda qalmaq üçün mübarizə aparıb. Yeni İraq hökuməti onları qovduqdan sonra başqa Aİ ölkələri onları qəbul etmək istəmədiklərindən, yoxsul və korrupsiya ilə çiçəklənən Albaniyadakı “Əşrəf 2” düşərgəsində yerləşiblər. Albaniyanın onlara ev sahibliyi etmək üçün yaxşı səbəbləri var idi. Birincisi, albanlara pul lazım idi. Mücahidlər özləri Albaniya hakimiyyətinə külli miqdarda pul veriblər və ABŞ Dövlət Departamenti Hillari Klintonun dövründə Albaniya ilə onlara sığınacaq vermək üçün milyon dollarlıq müqavilə bağlayıb.

Təşkilatın rəhbəri Məryəm Rəcəvinin Fransaya səfəri qadağan edildiyindən, qısamüddətli viza ilə Fransaya cəmi bir neçə dəfə gedib, qrupun maliyyə imkanları da Məryəm Qacar Azdanluya verilib. Təfərşinin fikrincə, mücahidlər öz pulları, lobbiçilikləri və nüfuzları ilə son bir ildə İranda gərginliyin artmasında böyük rol oynayıblar. Böyük sərvəti olan təşkilat Avropanın yaşlı siyasətçilərini satın alır, lobbiçilik edirlər.

Müsahibəsinin sonunda o da “xalq mücahidləri”nin Azərbaycan gəlmək ehtimalından bəhs edir: “ Azərbaycan İranla qonşudur və bu ölkənin hazırkı lideri İranla düşmən münasibətdədir. İranı vurmağın onlara daha asan olduğunu düşünə bilərlər, amma bu, illüziyadır. Səbəblərdən biri də odur ki, İranın Azərbaycanda çox azarkeşi yoxdur. Amma dünyada dörd şiə ölkəsi var, yəni İran, Azərbaycan, Bəhreyn və İraq və bu, çox şeydir. Azərbaycan şiələri də İranı sevirlər “. Belə dolaşıq cümlələrlə ifadə olunan fikrin mənası odur ki, “xalq mücahidləri” Azərbaycana köçsələr, İran təsir edə bildiyi yerli şiə fəalları onlara qarşı qaldıracaq.

Fransa polisi təhlükəsizlik səbəbilə toplantını yasaq etsə də, məhkəmə bu yasağı qanunsuz və azadlığa qəsd kimi dəyərləndirmişdi .

“Xalq mücahidləri” təşkilatı özünü İrandan kənarda ən mühüm siyasi təşkilat hesab edir. Bu təşkilat İslam Respublikasına qarşı çıxan əksər digər siyasi cərəyanlar tərəfindən şübhə altına alınır, lakin onların bir çoxu ilə müqayisədə daha çox üzvlərə və daha böyük təşkilati fəaliyyətə malikdir və İrandakı gizli nüvə fəaliyyətlərini üzə çıxarmaq da onların xidməti sayılır. Bu qrup Məhəmməd Rza Şah Pəhləviyə qarşı partizan təşkilatı kimi başlasa da və siyasi baxışları islamçı və solçu doktrinalardan təsirlənsə də, son illərdə Amerikanın tanınmış sağçıları tərəfindən dəstəklənir.

Görünür, təşkilatla bağlı qəbul olunan qərarlarda xaricdə İran müxalifətini kimin təmsil etməsi uğurunda mübarizə, bu mübarizədə Qərb dövlətləri və təsisatlarının hansısa tərəfi tutması amili də rol oynayır. Belə ki, İranda hicab aksiyaları antidini xarakter daşıdığından, islamçı ritorikadan imtina etməmiş mücahidlər önə çıxa bilmirdi, nəticədə səltənətçilər və onların lideri Reza Pəhləvi önə çıxdı, beynəlxalq birlik tərəfindən indiki rejimin əsas alternativi kimi qəbul olunmağa başladı. Mücahidlərin indiki fəallığı bu rola özünü təsdiqləmək, royalistləri küncə sıxışdırmaqdır.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 358
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-06-2023, 22:27

İranda xaos: Xamenei bacarmır - SEPAH-la Təhlükəsizlik Nazirliyi arasında QARŞIDURMA

Xəbərlər

30-05-2023, 12:58

İran kəşfiyyatının Azərbaycana qarşı hazırladığı plan hakerlərin əlinə keçdi - ŞOK FAKTLAR

Xəbərlər

27-05-2023, 15:04

Belçika Əsədi İrana verdi - Etiraz başladı

Xəbərlər

10-09-2022, 21:24

ABŞ İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etdi

Xəbərlər

9-05-2019, 13:30

Avropa da İrana QARŞI: Ruhaninin açıqlaması ETİRAZ DOĞURDU

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
Çiy kələm bu şəxslərə olmaz
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Son xəbərlər
  • Bu gün, 11:23
    Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
  • Bu gün, 09:06
    Çiy kələm bu şəxslərə olmaz
  • Dünən, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • Dünən, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • Dünən, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
  • Dünən, 18:38
    Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
  • Dünən, 16:26
    Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
  • Dünən, 14:57
    Qətər 3 iranlı pilotu əsir götürüb
  • Dünən, 13:16
    Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
  • Dünən, 11:33
    BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
  • Dünən, 10:31
    Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
  • Dünən, 10:11
    Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
  • 14-08-2026, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • 14-08-2026, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • 14-08-2026, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • 14-08-2026, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • 14-08-2026, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • 14-08-2026, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • 14-08-2026, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • 14-08-2026, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • 14-08-2026, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • 14-08-2026, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə