• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Nevrit - sinirlərin iltihabı
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Avropa İttifaqının yeni “qrant oyunu” - “Fake news”u maliyyələşdirəcəklər

Xəbərlər

20-06-2023, 15:58

Avropa İttifaqının yeni “qrant oyunu” - “Fake news”u maliyyələşdirəcəklər


Son dövrlər “Qrant oyunları”nın yeni mərhələsinin başlandığı müşahidə edilir: Qərb ölkələri və strukturları müxtəlif qrant layihələri elan edir, bu layihələri “tərəfdaş” hesab etdikləri, əslində onların tapşırığını yerinə yetirən təşkilatlara verir və “demokratiya” adı altında siyasi oyunlarını oynayırlar.

İstiqamətlərə nəzər yetirdikdə qrantların məqsədi cəlbedici və məsum görünür və hədəf seçilən ölkələrin ictimai rəyində “Avropanın məqsədi bizə xeyir verməkdir” fikirlərinə yol açır. Lakin hədəf burada cəmiyyətlərə, xalqlara, fərdlərə xeyir vermək yox, siyasi müdaxilələr etmək, ölkələrə qarşı təzyiq rıçaqları formalaşdırmaqdır. Bu, təcrübə ilə sabitlənib.

Bu təcrübə fonunda Avropa İttifaqının Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusda “demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi” adı altında yeni elan etdiyi yüksək məbləğli qrant layihələri şübhələrə yol açır. Məlumatlara görə, korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələr üzrə jurnalist araşdırmalarının həyata keçirilməsi üçün 100 min avro məbləğində qrant ayrılacaq. Layihə təkcə hədəf qrupuna dair ölkələrdə fəaliyyət göstərən media resurslarını yox, həm də xaricdə həmin ölkə ilə bağlı fəaliyyət göstərən media resurslarını da əhatə edir.

Və bütün bunlar kifayət qədər açıq suallar yaradır:

Birincisi, nə üçün məhz “Şərq tərəfdaşlığı”na daxil olan ölkələr seçilib, Aİ siyasi müdaxilə planlarında yeni addımlar atmağa hazırlaşır?

İkincisi, nə üçün hədəf seçilən ölkələrin milli problemlər - misal üçün, işğal dövründə Azərbaycanın maddi-mədəni irsinə vurulan zərər, yaxud turizm, mədəni müxtəliflik kimi həm fərdi, həm ictimai dividentlər vəd edən istiqamətlər yox, məhz hədəf qrupuna daxil olan ölkələrin hakimiyyətlərinə qarşı rıçaq olaraq istifadə edilə biləcək sahələr prioritet olaraq seçilir?

Üçüncüsü, nə üçün hədəf qrupuna daxil olan ölkələrlə bağlı məhz xaricdə fəaliyyət göstərən media resurslarına geniş meydan verilir və bunun nəticəsi necə olacaq?

Bu sualların ümumi cavabı birdir: hədəf qrupua daxil olan ölkələrin daxili məsələlərinə müdaxilə etmək, həmin ölkələrin hakimiyyətlərinə təzyiq üçün rıçaqlar formalaşdırmaq;

Və bunun məhz deziformasiya müstəvisində ediləcəyi də aydın görünür. Xaricdə fəaliyyət göstərən media resurslarının qrant layihələrindən yararlana biləcəyi buna əminlik yaradır, xüsusilə Azərbaycanın təcrübəsində bunu deyə bilərik.

Azərbaycanla bağlı xaricdə “media” adı altında fəaliyyət göstərən iki cür resurs var.

1. Anti-Azərbaycan dairələrə bağlı olan və müəyyən qədər “samballı” imicə malik olanlar;
2. Avropa paytaxtlarında məskunlaşan və sosial platformalar üzərindən fəaliyyət göstərən “söyüş müxalifəti”;

Hər iki şəbəkənin hədəfi Azərbaycan, vasitəsi dezinformasiyadır. Bununla bağlı konkret nümunələr var. Son nümunələrdən biri İranın Azərbaycana qarşı terror hücumlarında ortaya çıxdı. “Söyüş müxalifəti” və “media” olaraq fəaliyyət göstərən şəbəkə baş verən hücumlarla bağlı İran rejiminin tezislərini tirajladılar. Bu fakt təsdiq etdi ki, bu şəbəkələrdən təkcə onları maliyyələşdirənlər yox, həm də digər maraqlı qruplar istifadə edir. Azərbaycan-Ermənistan münasibətləri və rəsmi Bakının Qarabağda atdığı addımlarla bağlı da bu şəbəkələr erməni diasporu/lobbisinin əlində ictimai rəyi dezinformasiyalar üzərindən yönləndirən platformalardır. Ümumilikdə hədəfi Azərbaycan olan bütün tərəflər – bura maraqlı qruplar da, ölkələr də daxildir – onlardan – “söyüş müxalifəti” və “media resursu” olaraq fəaliyyət göstərən şəbəkədən öz məqsədləri üçün istifadə edirlər. Əgər gündəmdə Ermənistan-Azərbaycan məsələsidirsə, ermənilərin maraqlarını müdafiə edir, əgər İran-Azərbaycan məsələdirsə, molla rejimini “haqlı göstərir”, əgər Avropa ölkələri, yaxud Avropadakı maraqlı qrupların Azərbaycanla bağlı planları aktualdırsa, bu qrupların tapşırıq və istəklərinin “piyadalığını” edirlər.

- Cəbhədə Azərbaycan ordusu çoxsaylı itkilər verib;
- Azərbaycan Ermənistan ərazisinə “təcavüz” edib;
- Azərbaycan dövləti ölkədə “hücumlar” təşkil edərək, İranı günahkar göstərir;
- Azərbaycanda “insan hüquqları” pozulur, “yüzlərlə siyasi məhbus var”;
- Bakıda “itləri güllələyirlər”;
- Hökumət ətraf mühiti çirkləndirir və s;

Bu və bunun kimi onlarla iddia “söyüş müxalifəti” və “media resursu” adı ilə fəaliyyət göstərən şəbəkələr tərəfindən tirajlanan dezinformasiyalardır. Və Avropa strukturları Azərbaycanla bağlı hesabatlarında reallığı araşdırmadan, qarşı tərəfin mövqeyni öyrənmədən əksər vaxt bu dezinformasiyaları “həqiqət” kimi əsas götürürlər.

Avropa İttifaqının elan etdiyi qrant layihəsinin məğzi deməyə əsas verir ki, rəsmi Brüssel bu dezinformasiyaları – “fake news”u maliyyələşdirəcək. Avropa paytaxtlarında məskunlaşan, hər biri əlinə bir smartfon alan və Azərbaycanı söyən “söyüş müxalifəti” də Aİ-nin Avropa vergi ödəyicilərinin pulu ilə verilən 100 min avroluq qrant layihələrindən yararlanmaq imkanı qazanacaq.

Burada əsas diqqətçəkən məqamlardan biri də Avropa İttifaqının öz daxilində mübarizə apardığı dezinformasiyanı digər ölkələrdə stimullaşdırmasıdır. Bir neçə il öncə Aİ dezinformasiya adı altında xaricdən “idxal olunan” təbliğatı neytrallaşdırmaq məqsədilə 30 milyard avro məbləğində xüsusi proqram qəbul etmişdi. Məqsəd xüsusilə Rusiyanın informasiya sahəsində fəaliyyətini neytrallaşdırmaq, əks-təbliğat fəaliyyətini təşkil etmək idi. Dezinformasiya ilə mübarizə adı altında bütün xarici maliyyələşməyə qadağa qoyur. Hərçənd, digər regionlarda dezinformasiyanı maliyyələşdirirlər. Avropa İtttifaqının son qrant layihəsi məhz buna hesablanıb.

Asif Nərimanlı

Oxunub: 304
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-12-2022, 09:03

Aİ Ermənistanla bağlı QƏRAR VERDİ: "Yeni mərhələyə keçid üçün..."

Xəbərlər

10-10-2022, 16:51

Avropa Komissiyasından Rusiyaya qarşı yeni SANKSİYALAR

Xəbərlər

29-08-2022, 19:52

Şolzdan Makrona dəstək – Gürcüstana MESAJ

Xəbərlər

15-11-2021, 23:57

ABŞ-ın “Demokratiya zirvəsi”nin əsl mahiyyəti: Əmri eşit və icra et!

Səhiyyə

7-07-2021, 21:23

Avropa İttifaqının 27 ölkəsində vaksinasiya sertifikatı sistemi qüvvəyə minib

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Nevrit - sinirlərin iltihabı
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Son xəbərlər
  • Bu gün, 15:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • Bu gün, 15:08
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • Bu gün, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • Bu gün, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • Bu gün, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • Bu gün, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • Dünən, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • Dünən, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • Dünən, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • Dünən, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • Dünən, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • Dünən, 17:04
    Asiyada yeni müharibə başlayır
  • Dünən, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • Dünən, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • Dünən, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • Dünən, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • Dünən, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Dünən, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • Dünən, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • Dünən, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • 31-07-2026, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • 31-07-2026, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • 31-07-2026, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • 31-07-2026, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • 31-07-2026, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • 31-07-2026, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • 31-07-2026, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • 31-07-2026, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • 31-07-2026, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • 31-07-2026, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə