• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
Uşaqlarda burun axıntısı nə zaman təhlükəlidir?
İrana qoşun göndərməyəcəyik - Tusk
Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...
Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
Müctəba Rusiyadadır? - Səfir açıqladı
Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
Zəngəzur dəhlizinə yeni təhlükə: Paşinyan xəbərdarlıq etdi, təxirə düşməyəcək lakin…
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

44 gündən əvvəlki 4 gün: Böyük Zəfərin başlanğıc tarixi

Xəbərlər

30-03-2023, 21:11

44 gündən əvvəlki 4 gün: Böyük Zəfərin başlanğıc tarixi


Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. Bu parlaq qələbə bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünü nümayiş etdirdi. Bu qələbənin tarixi əhəmiyyəti ondadır ki, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Əks-həmlə əməliyyatının məqsədi

Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.

Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gətirən döyüşlər

Ermənistan ordusunun təxribatlarına cavab olaraq 2016-cı il aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans bu ölkənin siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu. Bunun nəticələrini biz bu gün də Ermənistan cəmiyyətində müşahidə edirik. Nəticədə bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Aprel zəfərində illərlə yaradılan "məğlubedilməz erməni ordusu" mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən "separatçı cəlladların" könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və sair faktlar buna əyani sübutdur.

"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir"

Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".

Həqiqətən də dövlətimizin başçısının dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin Ordumuz və xalqımız üçün əhəmiyyətini açıq şəkildə ifadə edir: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir".
Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Qürurverici hal ondan ibarətdir ki, Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur. Bu gün hər bir azərbaycanlı yeddi il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır.

Oxunub: 507
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-03-2023, 15:18

Ordumuzdan ÖNƏMLİ HƏMLƏ: ermənilər bundan sonra...

Manşet / Xəbərlər

27-09-2021, 00:00

Vətən müharibəsinin başlamasından bir il ötür

Xəbərlər

7-03-2021, 17:15

SON DƏQİQƏ: Bu ərazilər Azərbaycan Ordusunun NƏZARƏTİNƏ KEÇDİ

Xəbərlər

24-08-2019, 18:51

Aprel döyüşləri zamanı Bakıda polislər GÖRÜN NƏ EDİBMİŞ

Manşet / Gündəm / Xəbərlər

2-04-2018, 10:28

Azərbaycan Ordusunun şanlı zəfərinin ildönümüdür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
Son xəbərlər
  • Dünən, 22:27
    Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
  • Dünən, 21:09
    Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?
  • Dünən, 18:37
    Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
  • Dünən, 17:33
    İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
  • Dünən, 16:49
    Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
  • Dünən, 15:46
    Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
  • Dünən, 14:04
    5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
  • Dünən, 13:46
    Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
  • Dünən, 12:31
    Uşaqlarda burun axıntısı nə zaman təhlükəlidir?
  • Dünən, 11:51
    İrana qoşun göndərməyəcəyik - Tusk
  • Dünən, 10:57
    Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...
  • Dünən, 09:15
    Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
  • 17-03-2026, 22:24
    Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
  • 17-03-2026, 21:21
    Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
  • 17-03-2026, 20:48
    Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
  • 17-03-2026, 19:20
    Müctəba Rusiyadadır? - Səfir açıqladı
  • 17-03-2026, 18:18
    Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
  • 17-03-2026, 17:53
    Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
  • 17-03-2026, 16:28
    Zəngəzur dəhlizinə yeni təhlükə: Paşinyan xəbərdarlıq etdi, təxirə düşməyəcək lakin…
  • 17-03-2026, 15:27
    Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
  • 17-03-2026, 14:16
    Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?
  • 17-03-2026, 13:05
    İranın ən kritik siması öldürüldü: Laricani əslində kim idi? – DOSYE
  • 17-03-2026, 12:52
    Miqren tutmasında - 5 təcili yardım
  • 17-03-2026, 11:21
    Şoyqu etiraf etdi: Rusiyanın heç bir regionu təhlükəsiz deyil
  • 17-03-2026, 10:24
    Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...
  • 17-03-2026, 09:04
    Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər
  • 16-03-2026, 22:38
    Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var: Alimlər niyə bu mövzudan çəkinirlər?
  • 16-03-2026, 21:34
    Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
  • 16-03-2026, 20:30
    İran ABŞ-dan atəşkəs istəyib? - Açıqlama
  • 16-03-2026, 19:04
    ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir - Quru əməliyyatı baş tuta bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə