• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
"İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
Sinir problemlərinin arxasında bu 3 xəstəlik gizlənə bilər
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
Diş ərpi və daşlarına qarşı bal çeynəyin
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dünənki atışmada DƏHŞƏTLİ FAKT: erməniləri kim hazırlayıb?

Xəbərlər

6-03-2023, 18:17

Dünənki atışmada DƏHŞƏTLİ FAKT: erməniləri kim hazırlayıb?


Hələ yanvar ayında qazi, ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olan Azay Kərimov Ermənistanla Qarabağı birləşdirən daha iki torpaq yol olduğunu bildirmişdi.

O demişdi ki, o yollardan biri Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib Laçının Arduclu kəndinə çıxır. Digəri, sanki təbiətin özünün yaratdığı, qışda-yazda belə palçıq olmayan daş avtomobil yolu isə Xankəndidən əvvəlcə Kərkicahan kəndinə, sonra Xəlfəli və Şırlana çıxır: Şirlan kəndindən sağa - Laçının Arduşlu kəndinə, oradan da Laçına getmək olar, sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə - asfalt yola çıxmaq mümkündür. Bu marşrut heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir.

Milli.Az Axar.az-a istinadən bildirir ki, A.Kərimov çağırış edərək, bu yolun keçdiyi kəndlərimizdə hazırda yaşayışın olmamasından ermənilərin istifadə edə biləcəyini demiş və nəzarətə götürülməsi vacibliyini bildirmişdi. Onun sözlərinə görə, həmin yollarla TIR-lar hərəkət edə bilməsə də, "Kamaz", "Zil" yük maşınları hərəkət edə, UAZ-lar isə kifayət qədər yüksək sürətlə o yolla şütüyə bilərlər: bu yolla silah və ya hərbçi daşınması mümkündür.

Dünən bəlli oldu ki, ermənilər bu yollardan maksimum istifadə edirlər: 70 gündən çoxdur ekofəalların keçirdiyi aksiya sadəcə erməni separatçıların silah-sursat və digər hərbi təchizatında ləngimə yaradır, onu qətiyyən tam dayandırmayıbmış.

***

Rəsmi açıqlamaya görə, Azərbaycan Ordusu dünən erməni separatçıların sözügedən yollardan istifadə ilə silah-sursat daşıdığı haqda məlumat alır və bunun yoxlanılması üçün əraziyə bir qrup əsgər göndərilir. Əsgərlər UAZ markalı maşını saxlayırlar və bu zaman ermənilər atəş açır, iki əsgərimiz şəhid olur; UAZ-da olan 3 erməni zabit məhv edilir, biri isə yaralanır.

Erməni tərəfinin iddiasına görə, məhv edilən zabitlər - polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan, leytenant Ararat Qasparyan və yaralanan David Ovsepyan "artsax" polisinin "pasport-qeydiyyat şöbəsi"nin əməkdaşlarıdır.

Bu "pasport şöbəsinin" əməkdaşları niyə gizli yoldan istifadə edirlər və hara gedirlər? Ermənistana pasport paylamağa?

Ermənilərin iddiasına görə, onlar silah daşımırmış - üzərlərində yalnız tabel silahları olub.

Əvvəla, "pasport-qeydiyyat şöbəsinin" işçiləri niyə "tabel silahı" gəzdirirlər? İkincisi, tapançalı 4 separatçı Azərbaycan Ordusunun təpədən dırnağa silahlanmış əsgərlərinə müqavimət göstərir? Onlara bu cəsarəti kim və ya nə verir?

Bu erməni yalanları üzdə görünəndir. Daha dəhşətlisi var.

***

Toqquşmadan dərhal sonra ermənilər hadisənin yeri, Azərbaycan Ordusunun əsgərlərinin hərəkət istiqaməti, hətta yanlarında itin də olduğunu, əraziyə necə yaxınlaşmasını, daha sonra ora rus sülhməramlıların gəldiyini və s. əks etdirən PUA çəkilişləri və müşahidə kameralarının yaddaşından video-yazıları təqdim etdilər.

Kifayət qədər montaj var: Azərbaycan Ordusu UAZ-ı məhv etmək istəsəydi, saxlatmaz və yaxınlaşmazdı - elə dərhal gülləbaran edərdi. Ancaq əsgərlərimizin maşına yaxınlaşması bir daha təsdiqləyir ki, Ordumuz məhz yoxlamaq istəyib, məqsəd də Şuşanın arxasından - Qaybalıdan keçən UAZ-ın məqsəd və təyinatını aydınlaşdırmaq olub.

Ermənilərin yaydığı videoda kimin birinci atəş açdığı görünmür, əlbəttə ki, həmin hissəni kəsiblər və özlərinə uyğun düzəldiblər.

Ancaq maraqlıdır: Şuşanın düz arxasında erməni separatçıları Azərbaycan Ordusunun az qala addım-addım hərəkət istiqamətini necə müşahidə edir? Onlar hansı PUA-lardan, kameralardan istifadə edirlər? Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların nəzarəti altında olan hissəsində erməni separatçıların hər yeri yüksək dəqiqliklə dron müşahidəsində saxlaya bilməsinin sirri nədir?

Əsl dəhşətli fakt budur: belə çıxır ki, əsgərlərimizin UAZ markalı maşına yaxınlaşması, məqsədi və məramı haqda ermənilər artıq əvvəlcədən bilgiyə sahib olublar və hazırlaşıblar. Əsgərlərimiz yaxınlaşarkən erməni separatçı-terrorçu silahlıları "mövqe" seçiblər və ona görə də bu qədər arxayın davrana biliblər.

Separatçılar bu müşahidə qurğularını, ərazini tam nəzarətdə saxlaya bilən PUA-ları hardan və necə alıb?
Ətraflı

***

Erməni separatçıları təxribata əl atır, atəş açır, ardınca isə separatçı-terrorçuların "dövlət naziri" elan edir: "orduya (Qarabağdakı erməni silahlı terrorçular nəzərdə tutulur, əslində isə Ermənistan ordusunun hərbi birlikləri də Qarabağ ərazisində qalmaqdadır - red.) istənilən hücuma layiqli cavab vermək və amansızlıqla cəzalandırmaq əmri verilib".

Adətən ermənilər daha fərqli təbliğat üsullarından istifadə edirlər; onlar indi Azərbaycanın aqressorluğundan cəfəngiyyat danışmalı idilər. Ancaq meydanoxuma görünür.

Səbəbləri var: 2022-ci lin sentyabrında İrandan Xankəndiyə PUA-lar və raketlər ərməğan edildiyi haqda ilk dəfə məlumat yayıldı və əlbəttə ki, bu, ilk deyildi. Bundan öncə İranın Xankəndiyə yanacaq daşıyan onlarla sistern göndərdiyi üzə çıxmışdı. Belə məlum olur ki, 10 noyabr 20020-ci il bəyanatından dərhal sonra İran hərəkətə keçmiş və həm Ermənistanı, həm də Qarabağdakı separatçıları silahlandırmağa, onlara ən müasir PUA və raketlərini verməyə başlamışdı - həm də pulsuz!

2022-ci ilin oktyabr-noyabr aylarında iki dəstə olmaqla, 27 iranlı mütəxəssisin Xankəndiyə gələrək, separatçı-terrorçulara təlim keçdiyi haqda səhih məlumat yayıldı. Hətta o iranlıların pasportlarına qədər tirajlandı. Çox güman ki, bu da ilk fakt deyildi - bundan öncə də iranlı mütəxəssislər Xankəndidə separatçıları öyrətməklə məşğul olmuşdular.

Dünənki hadisənin görüntüləri altında şərh yazan ermənilər də açıq şəkildə meydan oxuyurlar: "Biz artıq 2020-ci ildəki deyilik", "ordumuz ən müasir texnikadan istifadə edir" və s.

Bu arxayınlığı Ermənistana və Qarabağdakı separatçı-terrorçulara verən qüvvələr var və birmənalı olaraq bu qüvvələrin başında İran dayanır! İran erməni terrorçulara müasir silah-sursat, PUA-lar da verib, təlim də keçib!

Erməni separatçı-terrorçuları isə hazırda daha ciddi təxribatlarda maraqlıdır:

1. Azərbaycan Qarabağın erməni icması ilə danışıqlara başlayıb və Qarabağdakı erməni icmasının Azərbaycana inteqrasiyası gözlənilir;

2. Sülh sazişi hazırlanır və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti belə deyil.

Prosesi Qərb də dəstəkləyir. Bundan narahat olan əsas qüvvə isə Qarabağdakı separatçı-terrorçular və onları himayə edənlər və əlbəttə ki, İrandır!

İran təkcə Ermənistanı iqtisadi-siyasi baxımdan dəstəkləmir; yalnız "Ermənistanın ərazi bütövlüyünü qırmızı xətti" sayıb, barmaq silkələmir, həm də 2020-ci ildə yaranmış yeni reallığı dəyişmək üçün növbəti savaşı qızışdırır.

Azərbaycanın addımlarının sərt olması və antiterror əməliyyatına başlaması, hesab edirik ki, doğru yanaşma olmazdı - çünki bütün məkrli qüvvələr elə məhz bunu istəyir və Azərbaycanı savaşa çəkməyə cəhd göstərirlər.

İndi əsas hədəf erməni separatçıların müşahidə kameraları və PUA-larını tədricən, səs-küysüz sıradan çıxarmaq, bütün ərazidə alternativsiz müşahidəni tam təmin etmək, separatçılara silah-sursat təminatını sonuna qədər kəsmək, sərhəddən bir quşun belə səkməsinə imkan verməməklə paralel danışıqları sürətləndirməkdir.

Deyəsən, Ordumuz elə bununla da məşğuldur: təsadüfi deyil ki, bir neçə gün öncə erməni separatçıların müşahidə kamerası hədəf alınmışdı.

Qarabağdakı separatçılar və onların arxasında duranlar da məhz bundan narahatdır, yaxşı bilirlər ki, kameraların və dronların sıradan çıxarılması ilə paralel, separatçı-terrorçulara hərbi təminatın tam kəsilməsi nəticəsində qısa müddətdə Xankəndidəki terrorçular tükənəcək.

Buna görə də mümkün olduqca təminatı saxlamaq, bu olmadıqda isə toqquşmanın bacardıqca tez baş verməsinə çalışırlar...

Oxunub: 391
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-01-2023, 19:38

Xankəndidən İrəvana iki gizli yol varmış

Xəbərlər

16-07-2022, 18:12

Tanınmış jurnalist 29 ildən sonra doğma kəndinə gedib

Xəbərlər

12-11-2021, 13:29

“Azərbaycan Naxçıvana yol istəyirsə…” – Ermənistan TŞ-nın katibi əvəzində bu ərazini istədi

Xəbərlər

18-05-2021, 23:09

Laçının deputatı arağını şəhidin adına yaradılmış bulaqda soyudur - KEF MƏCLİSİNDƏN FOTOLAR

Manşet / Gündəm / Xəbərlər

18-05-2018, 08:43

Laçının işğalından 26 il ötür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
"İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
Sinir problemlərinin arxasında bu 3 xəstəlik gizlənə bilər
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Son xəbərlər
  • Bu gün, 11:35
    Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
  • Bu gün, 10:16
    "İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
  • Bu gün, 09:07
    Sinir problemlərinin arxasında bu 3 xəstəlik gizlənə bilər
  • Dünən, 22:13
    “Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
  • Dünən, 21:51
    Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
  • Dünən, 20:32
    Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
  • Dünən, 19:02
    Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
  • Dünən, 18:25
    Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
  • Dünən, 17:17
    Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • Dünən, 16:14
    ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
  • Dünən, 15:34
    Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
  • Dünən, 14:40
    ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • Dünən, 13:11
    Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
  • Dünən, 12:33
    Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
  • Dünən, 11:26
    Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
  • Dünən, 10:19
    Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
  • Dünən, 09:02
    Diş ərpi və daşlarına qarşı bal çeynəyin
  • 20-06-2026, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • 20-06-2026, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • 20-06-2026, 20:34
    Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
  • 20-06-2026, 19:23
    Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
  • 20-06-2026, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • 20-06-2026, 17:00
    Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
  • 20-06-2026, 16:06
    Bu, Rusiyanın növbəti tələsidir - Tsaxkna
  • 20-06-2026, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • 20-06-2026, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • 20-06-2026, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • 20-06-2026, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • 20-06-2026, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • 20-06-2026, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə