• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kadri Simson: “Cənub Qaz Dəhlizi Aİ-yə misli görünməmiş enerji böhranı zamanı kömək etdi”

Xəbərlər

3-02-2023, 14:28

Kadri Simson: “Cənub Qaz Dəhlizi Aİ-yə misli görünməmiş enerji böhranı zamanı kömək etdi”


“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bu gün Bakıda keçirilən iclası keçmişə nəzər salmaq və bu layihənin misli görünməmiş enerji böhranı zamanı Avropa İttifaqına (Aİ) necə kömək etdiyini xatırlamaq, eyni zamanda enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün növbəti addımları birlikdə nəzərdən keçirmək üçün əla imkan verir”.

Bunu cümə günü “Trend”ə müsahibəsində Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

“Müzakirələrimizin əsas mövzusu Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Bildiyiniz kimi, bu, bizim “REPowerEU” planımız və Azərbaycanla yeni enerji sahəsində strateji tərəfdaşlıq barədə anlaşma memorandumumuz tərəfindən dəstəklənən layihədir. Biz 2027-ci ilə qədər onun gücünü ildə 20 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Siyasi dəstəyə əlavə olaraq, biz hazırda AYİB ilə onun genişləndirilməsini asanlaşdırmaq üçün maliyyə dəstəyinin təmin edilməsi imkanlarını da araşdırırıq”, - deyə K.Simson bildirib.

Kadri Simson gözləyir ki, builki görüşlərdə əsas diqqət “yaşıl” enerji və ekoloji təmiz enerjiyə keçidə yönəldiləcək.

“Bu, bizim son memorandumda qeyd olunduğu kimi, həm Azərbaycan, həm də Aİ üçün qarşılıqlı maraq doğuran mühüm sahədir. Aİ Azərbaycana “yaşıl” iqtisadiyyata keçiddə, o cümlədən İqtisadi İnvestisiya Planı vasitəsilə dəstəyi davam etdirməyə hazırdır”, - deyə Aİ komissarı bildirib.

Azərbaycandan Avropaya qaz nəqlinin artırılması haqqında

Kadri Simson qeyd edib ki, bazar marağının mövcudluğu şəraitində Avropa Komissiyası, şübhəsiz ki, regiona qaz tədarükünü daha da şaxələndirə biləcək layihələri dəstəkləyir.

“Biz bilirik ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları mövcud və yeni infrastrukturdan Azərbaycandan təbii qaz idxalı üçün yeni dəhliz kimi istifadə etməyi düşünürlər. Tək mənbədən qaz idxalına gəldikdə Mərkəzi-Şərqi və Cənub-Şərqi Avropa regionun ən həssas zonaları sayılırlar. Eyni zamanda, son bir neçə ildə Aİ-nin infrastruktur siyasəti, ümumi maraq kəsb edən layihələrin həyata keçirilməsi, TEN-E (Trans-Avropa Enerji Şəbəkələri) siyasəti çərçivəsində, bəzi hallarda isə “Connecting Fund Europe Facility” və digər alətlər vasitəsilə maliyyə dəstəyi sayəsində təchizatın, marşrutların və mənbələrin şaxələndirilməsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bununla belə, bazar maraqlarını nəzərə alaraq, Komissiya, şübhəsiz ki, regionda qaz tədarükünü daha da şaxələndirə biləcək layihələri dəstəkləyir”, - deyə K.Simson bildirib.

Aİ komissarı qeyd edib ki, keçən il enerji böhranı şəraitində Cənub Qaz Dəhlizi (CQD) Avropanın ən mühüm boru kəməri ilə qaz təchizatı mənbəyinə çevrildi.

“2022-ci ildə CQD vasitəsilə Aİ-yə verilən qazın həcmi təqribən 8 milyard kubmetrdən 11,4 milyard kubmetrə, yəni 2021-ci illə müqayisədə 40 faizdən çox artıb. Son illər Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Buna görə də məmnuniyyətlə qeyd etmək istəyirəm ki, CQD-nin genişləndirilməsi Aİ və üzv dövlətlər tərəfindən güclü siyasi dəstək alır. Avropa Komissiyası bu prosesi asanlaşdırmağa çalışır. Biz bütün maraqlı tərəflərlə (tranzit və təyinat ölkələrinin hökumətləri, beynəlxalq maliyyə institutları, şirkətlər) daimi əlaqə saxlayırıq”, - deyə K.Simson bildirib.

K.Simson qeyd edib ki, layihənin təşviqi üçün Aİ Trans-Adriatik Boru Kəmərinin uğurlu bazar sınaqlarını da gözləyir.

“Paralel olaraq, Komissiya birgə qaz alışını reallaşdırmaq üçün üzv dövlətlərlə də sıx əməkdaşlıq edir. Tələbin toplanması bu prosesdə ilk addım olacaq və ümid edirik ki, bu, etibarlı təchizatçı ölkələrimiz üçün optimal tələb şərtlərini təmin etməyə kömək edəcək”, - deyə o əlavə edib.

Alternativ enerji sahəsində əməkdaşlıq

K.Simson bildirib ki, Aİ Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin ixracı üzrə işçi qrupuna qoşulacağına ümid edir.

O qeyd edib ki, Aİ uzun müddətdir ki, “EU4Energy” proqramı vasitəsilə Azərbaycanın təmiz enerjiyə keçid səylərini dəstəkləyib və enerji səmərəliliyinə texniki yardım və investisiyalar ayırıb.

“Azərbaycanın 2021-ci ildə qəbul edilmiş bərpa olunan enerji və enerji səmərəliliyi haqqında iki qanunu ölkənin bu prosesə sadiqliyinin bariz nümunəsidir və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə enerjiyə qənaət edən küçə işıqlarının modernləşdirilməsi isə Aİ tərəfindən dəstəklənən proqramların praktikada necə işləyə biləcəyinə yaxşı nümunədir. Lakin mən inanıram ki, bu il biz Anlaşma Memorandumunda qeyd olunduğu kimi, uzunmüddətli davamlı enerji tərəfdaşlığımızı daha da irəli aparacağıq. Azərbaycan bərpa olunan enerji mənbələrinin tətbiqinin sürətləndirilməsində və iqtisadiyyatının karbonsuzlaşdırılmasında çox maraqlıdır”, - deyə K.Simson bildirib.

Aİ komissarı qeyd edib ki, Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və təmiz enerjiyə keçidə töhfə verən islahatları və “yaşıl” investisiyaları dəstəkləməyə davam edəcək.

“Bu məqsədlə biz Azərbaycanın qoşulacağına ümid etdiyimiz “EU4Energy” proqramı çərçivəsində bərpa olunan mənbələrdən elektrik enerjisinin ixracı üzrə çoxölkəli işçi qrupunun yaradılmasını təklif etdik. Bu, sözügedən mühüm məsələ üzrə texniki əməkdaşlığı inkişaf etdirmək və Aİ İqtisadi və İnvestisiya Planı da daxil olmaqla, bərpa olunan enerjiyə gələcəkdə mümkün investisiyalar üçün yol açmaq üçün əsas addımdır. Biz həmçinin bu il Paris Sazişinin qlobal inventarizasiyasına qədər iddialı Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyasını qəbul etmək üçün Azərbaycanla işi davam etdirəcəyik. Bu, Azərbaycanın karbonsuzlaşdırılmasının sürətləndirilməsinə zəmin yaradacaq, həmçinin investisiyaların proqnozlaşdırıla bilməsini təmin edəcək. Aİ-də biz göstərdik ki, iqlim neytrallığı hədəfinin müəyyən edilməsi korbonsuzlaşdırmanı təşviq edir, investorlar üçün çox ehtiyac duyulan təhlükəsizliyi təmin edir”, - deyə K.Simson bildirib.

Transxəzər qaz layihələri

K.Simson bildirib ki, Aİ mümkün Transxəzər qaz əməkdaşlığı layihələrinə böyük maraq göstərir və regiondakı bütün müvafiq maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət yaratmaq niyyətindədir.

Aİ komissarı qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər səviyyəsində iclasları bunun üçün yaxşı imkan yaradacaq.

“Cənub Qaz Dəhlizinin planlaşdırılan genişləndirilməsinin 2027-ci ilə qədər, vaxtında başa çatdırılması üçün hər cür şərait yaradılmalıdır və bu, hasilat perspektivlərindən başlayır”, - deyə K.Simson əlavə edib.

Oxunub: 722
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-10-2022, 16:41

Çexiyanın Baş naziri: “Azərbaycan Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcək”

Xəbərlər

9-06-2022, 16:53

Rumıniyalı nazir: “Azərbaycanla CQD kimi bir sıra layihələrdə birlikdə işləyə bilərik”

Xəbərlər

4-02-2022, 18:08

Prezident: "Biz öz məsuliyyətimizi başa düşürük"

Xəbərlər

24-05-2019, 20:14

Tramp: Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlıq mövcuddur

Manşet / Xəbərlər

13-07-2018, 10:57

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Son xəbərlər
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • 6-09-2026, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 6-09-2026, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • 6-09-2026, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • 6-09-2026, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə