• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Xəstə bağırsaqların 6 əlaməti
Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

GÜNÜN QOROSKOPU: HARADA OLMAĞINIZA RƏĞMƏN ÖZÜNÜZÜ RAHAT HİSS EDİN

Xəbərlər

22-01-2023, 17:21

GÜNÜN QOROSKOPU: HARADA OLMAĞINIZA RƏĞMƏN ÖZÜNÜZÜ RAHAT HİSS EDİN


Qoç – günün ilk yarısında məntiqli davransanız, sizə kimsə mane ola bilməz. Heç bir real səbəb olmadan problemlər yaratmayın. Bədxahların öhdəsindən gəlmək, onların planlarına mane olmaq çətin deyil. Şayiə yayanlara inanmayın.

Günün ikinci yarısında tərəfdaş və həmkarlarla təmaslarda diqqətli olun. Müzakirələrin məhsuldar olmasına çalışın.

Sevdiyiniz insanla, yaxınlarınızla dil tapın. Xoş ünsiyyət qarşılıqlı münasibətlərə harmoniya bəxş etməklə yanaşı, əlaqələri möhkəmləndirəcək. Müalicəyə başlamaq olar. Çox və yağlı yeməyin.

Buğa – peşəkar fəaliyyət prosesindəki qəfil dəyişikliklər yenilikləri ehtiva edir. Əlavə öhdəliklər götürməli, müxtəlif işlər görməlisiniz. Adi günlərdən fərqli olaraq daha gərgin intellektual fəaliyyət tələb olunur. Aktiv mövqeyiniz bu gün bir sıra problemləri həll etməyə imkan verəcək.

Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərin aydınlaşdırılması və qarşılıqlı iradlar istisna deyil. Emosional olmayın, hisslərə qapılmayın. Səbrli olsanız, dil tapmaq və barışmaq mümkündür.

Axşam saatlarında normal istirahət etməyə çalışın.


Əkizlər – nigaran və təlaşlı olmayın. İndiyədək əsla fikir vermədiyiniz xırdalıqlar səbr kasanızı daşdıra bilər. Təbdən çıxmayın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdə qıcıq yarada bilər. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil.

Günün ikinci yarısında ailə həyatında sakitlik və rahatlıq mühitinin yaradılmasına çalışın. Yaxınlarınızdan biri ilə münasibətlərdə problemlər yaranıbsa, mübahisə istisna deyil. Ötənlərdə baş verən, ən müxtəlif versiyalarda yozumlara səbəb olan məsələni yenidən dartışmağa dəyməz.


Xərçəng – qarışıq, hadisələrin laübəli olduğu zamandır. Yaşam enerjinizin səviyyəsi artacaq. Amma bununla belə, həmin enerjini qəribə, ekstravaqant şəkildə reallaşdırmayın.

Texnika və alətlərlə çalışanda ehtiyatlı olun.

Günün ikinci yarısında yardım gözləyən insana kömək edin. Məsləhətlə yanaşı, maddi dəstək də pis olmaz. Sevdiyiniz insana qayğı göstərin. Bütün şərtləri araşdırmadan, situasiyaya bələd olmadan irad söyləməyin.

Axşam saatlarında normal istirahət edin.


Şir – peşəkar fəaliyyət müstəvisindəki uğurlar çalışdığınız kollektivdə həmkarlarınız və ya şəriklərinizlə münasibətlərin durumundan asılıdır. Yalınz öz karyeranız, əlavə gəlir mənbələri barədə düşünməyin.

Praqmat olun, vəziyyəti normal dəyərləndirin.

Ailə üzvləri ilə münasibətləri normal səviyyədə saxlayın. Hətta bu təmasları yaxşılaşdırmağın yollarını arayın. Rasionunuza fikir verin. Tamahkarlıq etməyin, qarınqulu insan təsiri bağışlamayın.

Qız – məqsədləriniz bitkin formada olmalıdır. Hədəfə çatmağın yollarını müəyyənləşdirin. Maraqlı ideyalar olacaq. Problemlərin həllində yeni yanaşma nümayiş etdirin.

Günün ikinci yarısında əhvalınız korlana bilər. İstirahətə, relaksa ehtiyac duyacaqsınız. Orqanizminizə əziyyət verməyin. İfrat yorğunluq əsəb gərginliyinə və emosiyaların tarıma çəkilməsinə səbəb ola bilər.

Axşam saatlarında gəzintiyə çıxın.


Tərəzi – maliyyə işlərində uğurlara nail olmaq istəyirsinizsə, əməkdaşlıq qaçılmazdır. İrəliləyişinizdə maraqlı olan şəxslərdən yaxşı məlumatlar ala bilərsiniz. Gəlirləri artırmaq üçün yardım və dəstəyə ehtiyacınız var. İşlərin gedişatı əhvalınızdan asılıdır.

Günün ikinci yarısında tək qalmaq, təkbaşına çalışmaq istəyəcəksiniz. Bədbinliyə qapılmayın. Dostlar və yaxınlarınızın yanında olun. Səmimi rəğbət bəslədiyiniz insanla təmasları aktivləşdirin. Sərvaxt olun.


Əqrəb – fürsətdən tam yararlanmağa cəhd göstərin. Yaradıcılıq enerjisi və orijinal həllər indiyədək təxirə salınan işlərə təkan verəcək. Humanitar fəaliyyətlə məşğulsunuzsa, təxəyyülü işə salın. Şəraiti dəyərəndirin. Situasiya xeyrinizədir. Qəfil hədiyyə və ya əlavə gəlir mənbəyinin aşkarlanması istisna deyil.

Günün ikinci yarısında dostların dediklərinə qulaq asın. Sevdiyiniz insanla münasibətlər pis olmayacaq. Birgə müzakirələr, yaxşı ünsiyyət üçün normal vəziyyətdir. Axşam saatları əyləncə üçün yaxşıdır.


Oxatan – yalnız öz mənfəətinizi düşünməyin. Köməyə ehtiyacı olana yardım edin. Yaxınlarınıza fayda verin. Etibarlı tərəfdaş və ya şərik tapa bilərsiniz. Ağır işə başlayıbsınızsa, birgə fəaliyyətə üstünlük verin.

Günün ikinci yarısında işlərdə irəliləyişlər olacaq. Sərfəli işgüzar təklif ala bilərsiniz.

Yaxınlarınızla təmaslarda onların iradlarını nəzərə alın, maraqlarını qulaqardına vurmayın. Belədə fəaliyyətiniz yüksək qiymətləndiriləcək. Rasionunuza fikir verin. Allergiyanız varsa, ehtiyatlı olun.

Oğlaq – uzun müddətdən bəri planlaşdırdığınız işə başlamaq üçün yaxşı zamandır. İşlərinizdə yalnız öz xeyrinizi düşünməyin. Yaxın ətrafınızdakı insanların ehtiyaclarını da nəzərə alın. Gərəkli insanlarla münasibətləri korlamaq istəmirsinizsə, onların mövqelərini də anlamağa çalışın.

Günün ikinci yarısında fəaliyyətinizin leytmotivini münasibətlərin qorunması təşkil etməlidir. Ailə üzvlərinə qayğı ilə yanaşın. Sevdiyiniz insanın dediklərinə qulaq asın.

Dolça – harada olmağınıza rəğmən özünüzü rahat hiss edin. Qətiyyətli və əzmkar olun. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə aqressiv davranmayın. Qıcıqlı olmayın. Emosiyalarınızın izharı üçün normal vasitələr, yollar seçin.

Günün ikinci yarısında yaxınlarınız sizi anlamağa çalışacaqlar. Sükan arxasında sayıq olun. İstifadə etdiyiniz texnika və məhsullara fikir verin.

Axşam saatlarında rasionunuzda ciddi dəyişikliklər etməyin.


Balıqlar – bir çox işlərdə intuisiyanız dadınıza çatacaq. Günü sakit keçirmək, aramla çalışmaq istəyəcəksiniz. Amma sizə mane olmaq istəyənlər var. İzafi, gərəksiz iş görməyin. Əlavə vədlər verməyin.

Günün ikinci yarısında narahatlıqla təlaş qısa müddətdə aradan qalxacaq.

Yaxın dost və ya dəyər verdiyiniz insanla qarşılıqlı fəaliyyətdə xeyir var. Tələskənliyə yol verməyin.

Axşam saatları birgə istirahət üçün münasibdir.

Oxunub: 838
Paylaş:
Digər xəbərlər

Maraqlı

15-01-2023, 00:48

Günün qoroskopu: Maliyyə məsələlərində SAYIQ OLUN

Maraqlı

6-12-2022, 09:48

2023-cü il bu bürclər üçün uğursuz olacaq - SİYAHI

Maraqlı

26-09-2022, 16:19

Günün qoroskopu: Görüləsi işlərin miqyası sizi çəkindirməsin

Maraqlı

9-07-2019, 09:00

Bürclər - 9 iyul

Maraqlı

3-06-2019, 09:00

Bürclər - 3 iyun

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Son xəbərlər
  • Bu gün, 20:54
    Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
  • Bu gün, 19:17
    DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
  • Bu gün, 18:24
    Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
  • Bu gün, 17:35
    Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
  • Bu gün, 16:22
    Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
  • Bu gün, 15:44
    Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
  • Bu gün, 14:24
    Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
  • Bu gün, 13:06
    Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
  • Bu gün, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Bu gün, 11:17
    Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
  • Bu gün, 10:31
    İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
  • Bu gün, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • Dünən, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • Dünən, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • Dünən, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • Dünən, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • Dünən, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • Dünən, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • Dünən, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • Dünən, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • Dünən, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • Dünən, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • Dünən, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • Dünən, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • 8-09-2026, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • 8-09-2026, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə