Türkiyənin Ermənistanı müstəqillik əldə etdikdən sonra təhdid etdiyini sübut edən heç bir faktımız yoxdur.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın hakim "Mülki müqavilə" partiyasından olan deputat Qurgen Arsenyan deyib.
"Rusiya ordusunun Türkiyə ilə sərhəddə mövcudluğu isə Türkiyəyə qarşı yönəlmiş hərbi təhdiddir", - deyə Arsenyan əlavə edib.