• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Ermənistan Azərbaycandan qaz almaq istəyir
İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Əl titrəməsinin 5 səbəbi
İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bu il ölkə siyasəti nələrlə yadda qaldı?

Xəbərlər

28-12-2022, 17:19

Bu il ölkə siyasəti nələrlə yadda qaldı?


Yola salmağa hazırlaşdığımız 2022-ci il Azərbaycanın xarici və daxili siyasəti üçün bir sıra mühüm hadisələrlə yadda qaldı.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan olunub. Şuşa ili çərçivəsində paytaxt Bakı və bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə silsilə tədbirlər həyata keçirildi.

2022-ci il həm də bir sıra kadr islahatları, o cümlədən təyinatlar və vəzifədən azad edilmələrlə də yadda qaldı.

İlin ən mühüm hadisələrindən biri Azərbaycanla Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin təsdiqlənməsi oldu. Belə ki, bu ilin fevral ayında əvvəlcə Azərbaycan parlamenti Şuşa Bəyannaməsini ratifikasiya etdi. İki gün sonra Türkiyə parlamenti - Türkiyə Böyük Millət Məclisi (TBMM) də eyni addım atdı. Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, fevralın 12-də Azərbaycan lideri İlham Əliyev bu sənədi təsdiqlədi. Beləliklə, tərəflər arasındakı müttəfiqlik əlaqələri rəsmən təsdiqləndi. Qeyd etmək yerinə düşər ki, bu sənəd gələcək əlaqələrdə, həmçinin regionda yeni reallıqların formalaşmasında mühüm rol oynadı və oynamaqda davam edir.

Azərbaycanın mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində antiteror əməliyyatı keçirdi.

Avqust ayında isə Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. “Qisas” adlı cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Ermənistanın təxribatı səbəbindən sentyabrın 13-14-də baş vermiş toqquşmalar nəticəsində isə qarşı tərəf yüzlərlə canlı itki verdi, texnikaları məhv edildi. Bu döyüşlər Ermənistanın geri oturdulması ilə nəticələndi.

Digər mühüm hadisələrdən biri Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurası liderlərinin Çexiyanın paytaxtı Praqada baş tutmuş görüşü idi. Həmin görüş İrəvanla Bakı arasında ehtimal edilən sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addım oldu. Bir çox ekspertin Praqada qəbul edilən bəyanatı Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirməsi əsassız deyildi. Belə ki, bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

İrəvanın destruktiv siyasəti nəticəsində bu il sülh müqaviləsi imzalanmadı. Amma əminliklə demək olar ki, Azərbaycan hərbi və diplomatik səyləri nəticəsində ərazi bütövlüyünü təmin etdiyi kimi, regionda sülh və sabitliyi formalaşdırmaq üçün qalib dövlət kimi Ermənistanla sülh müqaviləsini imzalamağa da nail ola biləcək.

Bu il həm də Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olması (avqustun 26-da) ilə tarixə düşdü.

Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birinci üçtərəfli zirvə görüşü də yaddaqalan siyasi hadisələrdən idi. Türkmənistanda baş tutmuş görüşdə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş üç ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olundu. Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalandı. Nəticədə həm ikitərəfli və çoxtərəfli əlaqələrin, həm də Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlığın inkişafı istiqamətində daha bir addım atıldı.

Əvvəlki illərdə olduğu kimi, Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər bu il də davam etdi. İki qardaş dövlət 20-yə yaxın birgə hərbi təlim keçirdi. Bunlardan biri də ilin sonuna yaxın, dekabrın ayında ölkəmizdə keçirilmiş “Qardaş yumruğu” təlimi idi ki, bu da həm dostlara, həm də düşmənlərə ciddi mesaj oldu.

İlin yaddaqalan hadisələrindən biri də Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun istefaya getməsi oldu. Bundan əvvəl isə Naxçıvandakı rəsmi qurumlarla bağlı struktur islahatları başladı. Nəhayət Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəliyi təsis edildi. Bu vəzifəyə isə Fuad Nəcəfli təyin edildi. Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada beynəlxalq tədbirlər keçirildi. Bunlardan ən əhəmiyyətlilərindən biri Türk Dövlətləri Təşkilatının (TDT) Bakı - Şuşa forumu idi. Həmin tədbir çərçivəsində Bakıda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan diaspor qurumları arasında anlaşma memorandumları imzalandı. Həmin sənədlər TDT daxilində əməkdaşlığımızın güclənməsinə növbəti töhfə oldu.

2022-ci ildə Prezident “Media haqqında” qanunu təsdiqlədi və qanun bu il qüvvəyə mindi. Daha sonra Media Reyestri yaradıldı. Yazılı KİV-lər və jurnalistlər Media Reyestrində qeydiyyatdan keçməyə başladı.

İlin ən yaddaqalan hadisələrindən biri azərbaycanlı ekofəalların Şuşa-Laçın yolunda keçirdikləri aksiyalardır. Dekabrın 12-dən başlayan dinc etirazlar davam edir. Xatırladaq ki, dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Ekofəalların mitinqinin əsas səbəbi də budur.

Türkiyəli general Bəxtiyarın Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin edilməsi mühüm xəbərlərdən oldu. Bu, Azərbaycan ordusunun Türkiyə modelində formalaşması istiqamətində mühüm addımdır.

Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

2022-ci ilin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündə - dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında səsləndirdiyi fikirlər oldu. Artıq elan edildi ki, dövlət başçısının Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb.

“Report” İnformasiya Agentliyi

Oxunub: 452
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-03-2022, 10:05

Ərdoğan Azərbaycanla bağlı MÜHÜM QƏRAR İMZALADI

Xəbərlər

11-02-2022, 20:38

Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi

Xəbərlər

22-04-2021, 10:27

Ərdoğan Azərbaycanla bağlı MÜHÜM SƏNƏDİ TƏSDİQ ETDİ

Xəbərlər

20-03-2021, 14:45

Ərdoğan Azərbaycanla bağlı mühüm sənədi TƏSDİQLƏDİ

Xəbərlər

8-11-2020, 13:13

İlham Əliyev: Şuşa işğaldan azad edildi!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Son xəbərlər
  • Bu gün, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • Bu gün, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • Bu gün, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • Bu gün, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • Bu gün, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • Bu gün, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • Bu gün, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • Bu gün, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • Dünən, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • Dünən, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • Dünən, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • Dünən, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • Dünən, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
  • 11-08-2026, 18:52
    Əl titrəməsinin 5 səbəbi
  • 11-08-2026, 17:20
    İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
  • 11-08-2026, 16:16
    Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
  • 11-08-2026, 15:29
    Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı
  • 11-08-2026, 14:11
    “Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
  • 11-08-2026, 13:35
    ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
  • 11-08-2026, 12:15
    Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
  • 11-08-2026, 11:43
    Fövqəladə vəziyyət elan edildi, ordu səfərbər oldu – Mayorkada nə baş verir?
  • 11-08-2026, 10:48
    Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
  • 11-08-2026, 09:06
    Səhər yeməyində protein çatışmazlığı aclıq hissini artıra bilər
  • 10-08-2026, 22:23
    Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
  • 10-08-2026, 21:38
    Bağırsaq xərçənginin ağızda görünən 4 əlaməti
  • 10-08-2026, 20:31
    Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə