Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 12-də Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin səfirləri ilə görüşəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri yola saldığımız ildə birlik ölkələri ilə qarşılıqlı fəaliyyətin nəticələrini yekunlaşdıracaq və gələcəkdə Rusiya üçün prioritet istiqamətləri təqdim edəcək.