Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin siyasi-diplomatik vasitələrlə həllinin lehinə çıxış edib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü KTMT-nin saytında təşkilatın növbədənkənar sessiyasının yekunlarına dair dərc olunmuş məlumatda deyilir.
"Kollektiv Təhlükəsizlik Şurasının üzvləri təşkilatın sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, KTMT-yə üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin kollektiv əsasda qorunmasına sadiqliyini bir daha təsdiq edərək, regiondakı mövcud vəziyyəti və Ermənistan Respublikasına yardım göstərmək üçün birgə tədbirləri müzakirə edib", - mesajda deyilir.
“Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub”, - KTMT-dən bildiriblər.