Azərbaycan Mərkəzi Bankı (AMB) 1 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
"Margin.az" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar sentyabrın 21-də "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, könüllü müraciət əsasında Hənəfiyev Seymur Natiq oğluna verilmiş sığorta agenti lisenziyası ləğv olunub.