• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Əl titrəməsinin 5 səbəbi
İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı
“Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
Fövqəladə vəziyyət elan edildi, ordu səfərbər oldu – Mayorkada nə baş verir?
Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
Səhər yeməyində protein çatışmazlığı aclıq hissini artıra bilər
Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
Bağırsaq xərçənginin ağızda görünən 4 əlaməti
Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
Dünya yeni müharibənin astanasındadır – Çinə qarşı “cəhənnəm ssenarisi”
Dişləri qıcamaq - Ekspert qorxulu xəstəliyin əlamətindən DANIŞDI
Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“İstedad həm də imtina məqamıdır”

Xəbərlər

11-09-2022, 19:10

“İstedad həm də imtina məqamıdır”


Yaradıcı insanlar arasında spirtli içkilərə meyil həmişə güclü olur. Bu, dünyada da belədir. Hətta dünya ədəbiyyatının bir çox tanınmış nümayəndələri spirtli içkilər səbəbindən həyatları ilə vidalaşıblar. Bu mənfi tendensiya Azərbaycanda da müşahidə olunur.

Müasir yazarlarımızın spirtli içkilərə meyilli olduqları sosial şəbəkə paylaşımlarında müşahidə olunur. Belə fikir səsləndirirlər ki, insan içməyəndə yaza bilmir. Bəziləri sırf yaradıcı imkanlarını genişləndirmək üçün alkoqoldan istifadə etdiklərini bildirirlər.

Bəs görəsən, həqiqətənmi spirtli içkilər yaradıcılıq imkanlarını genişləndirir? Bu, vərdişdir, yoxsa aludəçilik?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən yazıçı Varis Yolçuyev bu fikirlərin absurd olduğunu söyləyib:

“Spirtli içkinin yaradıcılığa heç bir aidiyyəti yoxdur. Əksinə, spirtli içki insanın beynini pozur, normal düşüncəsini əlindən alır. O necə ola bilər ki, spirtli içki müsbət təsir etsin? Siqaret çəkənlər də deyirlər ki, “dərddən çəkirəm”. Guya dərddən çəkəndə nə olur? Spirtli içki də elədir. Sırf ağlabatan olmadığı üçün inandırıcı deyil. Özlərini təmizə çıxartmaq üçün belə deyirlər”.

V.Yolçuyev qeyd edib ki, yaradıcılıq imkanları pis vərdişlərin üzərində qurulmayıb:

“Bu əsla düzgün deyil. Əksinə, yaradıcılıq üçün insanın beyni o qədər dürüst, təmiz olmalıdır ki, gözəl iş ortaya qoya bilsin. Mən özüm səhər saat 07:00-da hiss edirəm ki, rahat işləyə bilərəm. Çünki beyin təmiz olur. O zaman yaradıcılıq imkanları genişlənir. Mənasız söhbətdir. Gənclər bunun bəhanə olduğunu bilsinlər”.

Terapevt Abbas Bağırov isə əlavə edib ki, etil spirti beyni “sevən” bir maddədir:

“Etil spirti suda həll olunan birləşmədir. Onun ən çox “sevdiyi” toxuma beyindir. Bu səbəbdən də ən çox beyin toxumasında yığışıb qalır. Ən yüksək konsentrasiya beyində olur”.

A.Bağırovun sözlərinə görə, spirtli içki yaradıcı insanların dominant üstünlüklərini üzə çıxarır:

“Beyində qabıqaltı mərkəzlər var. Spirtli içki beyin qabığı ilə qabıqaltı mərkəzlərin əlaqəsini ləngidir. Orada su kanalı var, spirt mayeni özü hopdurur, əlaqələr zəifləyir. İnsan yaxşı danışa bilmir, hərəkət pozğunluğu yaradır və yaddaşda qarışıqlıq meydana gəlir. Bu zaman beyində motivasiya sistemi dəyişir. Hansısa toxuma daha çox oyanmış olur. İnstinkt yaddaşlarda dəyişikliklər baş verir. Belə hallarda yaradıcı insanların dominant üstünlükləri üzə çıxır. Digər sistemlər zəifləyir, xüsusi istedadı olan sistem oyaq və potensiallı olduğu üçün bütün yükü öz üzərinə götürür, bütün aktivliklə işləməyə başlayır”.

Həkim əlavə edib ki, spirtin beyinə vurduğu ziyanı ancaq kəllə-beyin travmasının miqyası ilə ölçmək mümkündür:

“Spirt yaddaşı zəiflədir. Beyinlə birlikdə qaraciyərə ziyan vurur. Spirtin davranışa, rəftara, həyat normalarına müsbət təsiri yoxdur. Kimsə beynin sakitləşdiyi üçün içdiyini deyir, bəziləri də -yaradıcılıq qabiliyyətini gücləndirmək üçün. Alkoqolun xüsusi fitri istedadları artırdığını da deyirlər... Ancaq yaddaş da, davranış da sonra pis hala düşür.

Beynin ölçüsü, diapazonu var. Adamlar bəzən o qədər içirlər ki, beyin artıq tab gətirə bilmir. Özləri də bilmədən aludəçiyə çevrilirlər. Şairlər, yazıçılar, rəssamlar içəndə daha yaxşı işlədiklərini deyirlər. Lakin beynin imkanlarını spirt qədər məhdudlaşdıran ikinci vərdiş yoxdur”.

Gənc yazar Ömər Xəyyam isə bu fikirlərin sadəcə təsəlli olduğunu deyib:

“Dünyada xeyli içməyən, ruhani həyat tərzi sürən yazıçılar da var. Ümumiyyətlə, istedad həm də imtina məqamıdır. Bəzən nəfsdən, hedonist istəklərdən imtina etməli olursan. Yazıçı da, şair də birinci özündən, nəfsindən qurtulmalıdır. İlahi əmanətə xəyanət mənəviyyatı məhv edir”.

Oxunub: 433
Paylaş:
Digər xəbərlər

Araşdırma

2-09-2021, 12:59

Spirtli içkilər koronavirusun qarşısını alır? - HƏKİMDƏN AÇIQLAMA

Araşdırma

6-04-2020, 20:25

Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur

Araşdırma

11-01-2020, 23:44

Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur

Araşdırma

15-11-2019, 20:10

Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur

Araşdırma

24-05-2019, 14:27

Spirtli içkilərin insan beyninə ŞOK TƏSİRİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Əl titrəməsinin 5 səbəbi
İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
Son xəbərlər
  • Dünən, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • Dünən, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • Dünən, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • Dünən, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
  • Dünən, 18:52
    Əl titrəməsinin 5 səbəbi
  • Dünən, 17:20
    İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
  • Dünən, 16:16
    Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
  • Dünən, 15:29
    Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı
  • Dünən, 14:11
    “Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
  • Dünən, 13:35
    ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
  • Dünən, 12:15
    Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
  • Dünən, 11:43
    Fövqəladə vəziyyət elan edildi, ordu səfərbər oldu – Mayorkada nə baş verir?
  • Dünən, 10:48
    Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
  • Dünən, 09:06
    Səhər yeməyində protein çatışmazlığı aclıq hissini artıra bilər
  • 10-08-2026, 22:23
    Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
  • 10-08-2026, 21:38
    Bağırsaq xərçənginin ağızda görünən 4 əlaməti
  • 10-08-2026, 20:31
    Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
  • 10-08-2026, 19:08
    Dünya yeni müharibənin astanasındadır – Çinə qarşı “cəhənnəm ssenarisi”
  • 10-08-2026, 18:41
    Dişləri qıcamaq - Ekspert qorxulu xəstəliyin əlamətindən DANIŞDI
  • 10-08-2026, 17:54
    Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
  • 10-08-2026, 16:22
    Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası
  • 10-08-2026, 15:39
    Niyə hemofiliya kişilərdə daha çox olur?
  • 10-08-2026, 14:43
    Vuçiç NATO ilə müharibədən imtina etdi
  • 10-08-2026, 13:11
    “Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
  • 10-08-2026, 12:45
    Ayaqlardakı ağrının 7 əsas səbəbi
  • 10-08-2026, 11:05
    Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
  • 10-08-2026, 10:23
    Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
  • 9-08-2026, 22:48
    İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
  • 9-08-2026, 21:24
    Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
  • 9-08-2026, 20:32
    Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə