Bu gün Rusiya ordusunun hərbçiləri Donetsk vilayətinin Nyu-York yaşayış məntəqəsinə hava zərbəsi endirib.
Lent.az-ın məlumatına görə, bu barədə Donetsk rəhbəri Pavel Kirilenko mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, raket zərbələri nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb:
“Rusiya hava zərbələri ilə sənaye müəssisəsini və yaşayış məntəqələrini vurub. Ən azı 9 fərdi evə ziyan dəyib, lakin dəymiş ziyanın dəqiq məbləği hələ müəyyən edilməyib”.