Pentaqon hazırda Rusiya hərbçilərinin Mariupolda kimyəvi silahdan istifadə etdiyini təsdiqləyə bilmir, lakin Rusiya tərəfindən istifadə oluna biləcəyindən narahatdır.
Publika.azCNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.
“Bu xəbərlər təsdiqlənərsə, dərin narahatlıq doğurar və Rusiyanın Ukraynada iğtişaşları yatırtmaq üçün müxtəlif vasitələrdən, o cümlədən kimyəvi maddələrlə qarışdırılmış gözyaşardıcı qazdan istifadə etmək qabiliyyətinə dair narahatlığımızı əks etdirir.”, - Kirbi bildirib.
Pentaqonun nümayəndəsinin sözlərinə görə, ABŞ vəziyyəti diqqətlə izləyəcək.
"Azov" alayının döyüşçüləri Mariupolda rus işğalçılarının PUA-dan atılan mənşəyi naməlum zəhərli maddədən istifadə etdiyini bildiriblər. Nəticədə 3 nəfər yaralanıb.