• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON DƏQİQƏ: Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı BAHALAŞACAQ? - AÇIQLAMA

Xəbərlər

8-04-2022, 00:12

SON DƏQİQƏ: Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı BAHALAŞACAQ? - AÇIQLAMA


Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan bir qrup şirkət işçisi bu sahədə yaranmış vəziyyət və qiymətlərlə bağlı hökumətə müraciət edib.
Sahibkarlar müraciətdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflərin qəbul edilməsini və müvafiq qurumların dəstək göstərməsini istəyiblər.

Onlar avtobusları ölkəyə yüksək qiymətə (orta 120-150 min avro) gətirdiklərini, digər xidmətlər üzrə qiymət artımının olmasını və bunun da şirkətə əlavə xərclər yaratdığını söyləyiblər.

Müraciətdə bildirilir ki, dünyada gedən qlobal proseslər, məhsul və xidmətlərin dəyərinin durmadan yüksəlməsi nəticəsində Azərbaycanda və region ölkələrində son aylar qiymətlər ciddi şəkildə artmaqdadır. Hazırkı şəraitdə Azərbaycanda qiymət artımsız nadir sahələrdən biri müntəzəm sərnişindaşıma xidmətidir.

Şirkətlər Azərbaycanda dövlətin nəzarət etdiyi və Tarif Şurası tərəfindən müəyyənləşdirilən ictimai nəqliyyatda gediş haqqı artırılmadığını vurğulayır:

"İctimai nəqliyyat sahəsindəki qurumların xərcləri kifayət qədər artıb. Ümumi qiymət artımı, xarici ölkələrdən alınan mal və xidmətlər, həmçinin işçilərin sosial təminatı, sığortası və sairlə bağlı xərclərin son 2-3 ildə kifayət qədər qalxması ictimai nəqliyyat fəaliyyəti göstərən dövlət və özəl şirkətləri çətin duruma salıb".

"Sherg.az"a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, daşıyıcı şirkətlər sivil formada haqlarının bərpasına çalışırlar:

"Əslində bugünkü reallıqlara, dünyada gedən proseslərə baxsaq , həqiqətən də enerji daşıyıcılarının qiyməti yüksəlir. Avtobusların alınıb ölkəyə gətirilməsi bahadır. 5-10 il əvvəl alınan avtobusla indikinin qiymət fərqi çoxdur. İstismar xərcləri, ehtiyat hissələri, işçilərin əməkhaqqı artır. Kart sisteminə keçirik, yeni texnologiya, GPS, kamera sistemi quraşdırırıq. Avtobusun məxsus olduğu şirkətdən hər şey tələb edirik. Lakin gediş haqqı 30-40 qəpikdə qalır".

E.Muradlı bildirib ki, onlar da sahibkardırlar, qazanclarını fikirləşirlər, anlayışla qarşılamaq lazımdır:

"Ya gediş haqqında artım baş verəcək, ya da dövlət bunun qarşısını almaq üçün şirkətlərə pul ödəməlidir. Dünən İstanbulda ictimai nəqliyyatda gediş haqqı bahalaşıb. Türkiyə avtobus istehsal etməsinə baxmayaraq, Azərbaycan pulu ilə müqayisədə 90-95 qəpikdir. Biz avtobusu Türkiyədən gətiririk. Nəqliyyat, gömrük xərcləri, aksiz əlavə dəyər vergisi mövcuddur. Görün, toplayanda neçəyə başa gəlir?
Əhalinin güzəranı kimi məsələlər nəzərə alınmalıdır. Dövlət tərəfindən gediş haqqı tənzimlənməlidir. Dövlətin əhalinin durumunu diqqətdə saxlayıb qiymət artımına getmədən şirkətlərə öz dəstəyini geniş formada göstərməsini çox istərdim. Artımı isə kütləvi deyil, cüzi yüksəlişlə problemi çözmək mümkündür".

İqtisadçı ekspert Xalid Kərimli isə Tarif Şurasının fəaliyyətinin izahını verib:

"Bu, hökumətin müxtəlif qollarının, xüsusən iqtisadi və kommunal servis xidmətləri göstərən aidiyyəti dövlət sahibkarlığıyla məşğul olan qurumların rəsmi nümayəndələrinin birləşdiyi Şuradır. Hakimiyətin iqtisadi, sosial, siyasi maraqlarına uyğun Tarif Şurasının tənzimlədiyi xidmətlərə qiymət qoyulur. Qiymətləri maya dəyərindən aşağı və ya yuxarı qoyması Şuranın səlahiyyətindədir.

Xərc normal iqtisadi qanunlarla müsahibat qaydaları ilə hesablanıb müəyyənləşməməsi də mümkündür. Müraciət ünvanlayanlar metropoliten deyil ki, dövlətdən subsidiya alıb fərqi qapadacağını deyərdik. Nəqliyyat sahəsində “BakuBus” fəaliyyət göstərir. Dövlət onun nizamnamə kapitalına investisiya qoyub, avtobusların alnmasını reallaşdırır".

X.Kərimlinin qənaətincə , əgər doğrudan da, sahibkarların əlavə xərcləri yaranıbsa, ya qiymətləri qaldırmalı, ya da subsidiya verməlidir:

"Hökumət hazırda qiymət artımına getməyəcək. Yəqin gələcəkdə yüksəlişi görəcəyik. Məncə, mayın-iyunun 1-dən ictimai nəqliyyatda qiymətləri qaldırmaq addımını atmayacaq. Biznesdə qalıb fəaliyyət göstərmək üçün mütəmadi şəkildə müraciətlərə baxılmalıdır.

Sahibkarlar sıradan çıxa, avtoparkı yeniləyə bilməyəcəklər. Yaxud dövlət büdcədən pul ayıraraq “BakuBus”a xətlər verirsə, bunun eynisini həyata keçirəcək. Ehtimal, müraciətə cavab verilməyəcək, çünki bu, inflyasiyanı tətikləyən addımdır. Ancaq növbəti ildə ictimai nəqliyyatda gediş haqqı bahalaşacaq.

Həyat səviyyəsi dəyişir, avtomobillərin, dizelin, yanacağın qiyməti yüksəlib. Sürücülərin də maaşının qaldırılmasına gərək duyulacaq. Gələcəkdə qiymət artımı qaçılmazdır".

Oxunub: 1 004
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-01-2022, 19:04

Azərbaycanda bu qiymətlər BAHALAŞDI - Tarif Şurasından YENİ QƏRAR

Xəbərlər

19-10-2021, 13:24

Metro və avtobuslarda gediş haqqı 1 manat olacaq? - AÇIQLAMA

Xəbərlər

5-01-2021, 12:23

Marketlərdə kəskin bahalaşma - YENİ QİYMƏTLƏR / SİYAHI

Xəbərlər

5-09-2020, 12:31

"Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq" - ŞOK AÇIQLAMA

Manşet / Gündəm / Xəbərlər

31-07-2018, 10:08

Metro və avtobuslarda gediş haqqı artırıldı - Rəsmi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
Son xəbərlər
  • Bu gün, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • Bu gün, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • Bu gün, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • Bu gün, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • Bu gün, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • Bu gün, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • Bu gün, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • Bu gün, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Bu gün, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Bu gün, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Bu gün, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Bu gün, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Bu gün, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Bu gün, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə