• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Pay torpaqları vətəndaşlardan alınacaq?
Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycan da daxil olmaqla regionda böyük güc mərkəzi YARADILIR

Xəbərlər

11-03-2022, 08:00

Azərbaycan da daxil olmaqla regionda böyük güc mərkəzi YARADILIR


Türkiyə və İsrail arasında uzun müddətdir davam edən soyuqluq, nəhayət, aradan qaldırılır. Martın 9-da 15 illik fasilədən sonra İsrail prezidenti İsaak Hersoq Türkiyəyə rəsmi səfər edərək Ankarada prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Türkiyə İsrailin dövlət başçısını yüksək səviyyədə qarşıladı.

İki ölkə prezidentləri 2,5 saat davam edən danışıqlardan sonra keçirdikləri birgə mətbuat konfransında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivindən danışıblar.

Qeyd edək ki, Türkiyə və İsrail arasında münasibətlər xüsusən də ötən əsrin 90-cı illərində yüksək səviyyədə olub. Lakin 2000-ci illərin əvvəllərində iki ölkə münasibətlərində Fələstin münaqişəsi mövzusunda soyuqluq yaranıb. Davosda məlum “ona minute” və 2010-cu il “Mavi Marmara” hadisələri Ankara və Təl-Əviv əlaqələrinə zərbə olub. İki ölkə qarşılıqlı olaraq səfirləri geri çağırıb, diplomatik əlaqələr minimuma enib. Doğrudur, 2013-cü ildə ABŞ-ın o zamankı prezidenti Barak Obamanın vasitəçiliyi ilə Türkiyə və İsrail baş nazirləri Ərdoğan və Netanyahu barışıb. İsrail isə sonrakı illərdə “Mavi Marmara” gəmisində öldürülən Türkiyə vətəndaşlarına görə 20 milyon təzminat ödəməyi öhdəsinə götürüb. Lakin bununla belə rəsmi Ankaranın Fələstin məsələsindəki mövqeyi münasibətlərdə əsas əngəl olaraq qalıb.

Lakin son illərdə regionda siyasi və iqtisadi vəziyyət hər iki ölkəni yaxınlaşdırıb. Türkiyənin Şərqi Aralıq dənizində təklənməsi, İsrailin isə regionda ABŞ-dan müstəqil siyasət yürütməyə başlaması iki ölkənin bir-birinə ehtiyacının artmasına səbəb olub. Ərəb ölkələri ilə əlaqələrini yaxşılaşdıran İsrail üçün Fələstin münaqişəsini həll etmək və regionda yeni hərbi-siyasi əməkdaşlıq qurmaq planında əsas yerlərdən birini də Türkiyə tutur. Bu mənada indi hər iki ölkənin bir-birinə ehtiyacı var. Yeri gəlmişkən, siyasi əlaqələrdə soyuqluğa baxmayaraq İsrail və Türkiyə arasında iqtisadi, ticarət əlaqələri güclü olaraq qalıb. Bunu Ankara görüşündə də prezidentlər xüsusi vurğulayıblar.

Ankarada Prezident sarayında keçirilən brifinqdə hər iki ölkə lideri bu səfərin Türkiyə-İsrail münasibətlərində yeni dönüm nöqtəsi olduğunu vurğulayıb.

Türkiyənin dövlət başçısı R.T.Ərdoğan bildirib ki, iki ölkə hakimiyyətlərinin birgə hədəfi ölkələr arasında birgə maraqlara qarşılıqlı həssas məqamlara hörmət əsasında dialoqun yenidən canlandırılmasıdır.

Regionumuzda sülh, əmin-amanlıq və birgəyaşayış mədəniyyətinin yenidən bərqərar olmasına töhfə vermək bizim əlimizdədir. Nə qədər ki, ikitərəfli əməkdaşlığımızı və regional dialoqumuzu müsbət gündəm vasitəsilə inkişaf etdirə bilsək, fikir ayrılıqları olan mövzuları müzakirə etmək daha da asanlaşacaq.

Eyni zamanda elan olunub ki, yaxın günlərdə Türkiyənin xarici işlər və enerji və təbii ehtiyatlar naziri İsrailə səfər edəcək.

Brifinqdə bəyan edilib ki, pandemiya dövründə İsrail və Türkiyə arasında ticarət həcmi 36 faiz artaraq keçən il 8,5 milyard dollara yüksəlib. 2022-ci ildə bu rəqəmin 10 milyarda qədər artması proqnozlaşdırılır.

Prezident R.T.Ərdoğan bildirib ki, İsrail prezidenti ilə görüş zamanı Fələstin məsələsinə diqqət çəkib. Ankara Fələstində gərginliyin azaldılması və iki dövlətli həll variantını dəstəkləyir.

İsrail prezidenti isə qısa çıxış edərək deyib ki, keçmişdə olan anlaşılmazlıqlar bir anda aradan qalxmasa da, iki ölkə rəhbərliyi qarşılıqlı hörmət və etimad yolçuluğuna çıxaraq birlikdə irəli baxır. Prezident Hersoq arada olan anlaşmazlıqların aradan qaldırılacağına ümid etdiyini deyib.

Səfərdən əvvəl verdiyi açıqlamada prezident İsaak Hersoq Türkiyə və İsrail əlaqələrinin hər iki ölkə ilə yanaşı region üçün əhəmiyyətli olduğunu bildirib.

Gələn məlumatlara görə, artıq İsrail rəsmiləri Ankaranın təklif etdiyi İsrail qazının Türkiyə ərazisindən Avropa bazarına çıxarılması təklifini müzakirə edir. Məsələ ondadır ki, Şərqi Aralıq dənizindən hasil olunacaq qazın bazara çıxarılması məqsədi ilə Yunanıstan, Kipr Respublikası (Yunan Kipri – K.R.), İsrail, Misir, Fələstin, İordaniya, Fransa və İtaliyanın da təmsil olunduğu forum təşkil edilib. Forumda Türkiyə təmsil olunmayıb.

Bundan başqa, İsrail-Yunanıstan-Cənubi Kipr elektrik xəttinin Aralıq dənizinin altı ilə çəkiləcək 1208 kilometr uzunluqda HVDC kabeli vasitəsilə birləşdiriləcəyi layihədə də Türkiyə yoxdur. Ancaq yuxarıda da qeyd etdiyim kimi, bu mövzuda həm də İsrailin Türkiyəyə ehtiyacı var. İsrail qazının Kipr üzərindən Avropaya çıxarılması layihəsinin həddən artıq baha başa gəlməsi, eləcə də ABŞ-ın layihədən çəkilməsi İsrail üçün Türkiyənin əhəmiyyətini artırır. Çünki Türkiyə İsrail qazının Avropa bazarına çıxarılması üçün ən uyğun xətt hesab olunur.

Eyni zamanda Türkiyə özü də faktiki olaraq sahil ölkələri, eləcə də ABŞ, BƏƏ, Fransa kimi ölkələrin dəstəklədiyi qaz istehsalı layihəsindən kənarda qalmaması üçün regional əməkdaşlığı gücləndirməyə başladı. Son bir ildə Ankara həm Yunanıstan, BƏƏ, həm də İsraillə əlaqələri düzəltmək üçün cəhdləri artırdı.

Hazırda Rusiya ilə münaqişənin dərinləşdiyi bir vaxtda İsrail qazının Avropa bazarına çıxarılması xeyli əhəmiyyət kəsb edən mövzuya çevrilib.

Əlbəttə, İsrail prezidentinin qeyd elədiyi kimi, münasibətlərdəki boşluqları aradan qaldırmaq elə də asan olmayacaq. Çünki ortada həll olunmayan Fələstin məsələsi var. Türkiyə xüsusən də prezident Ərdoğan dövründə ümmətin ümumi problemləri mövzusunda, xüsusən də Fələstin mövzusunda dövlət səviyyəsində həssaslıq nümayiş etdirir. Rəsmi Ankara Türkiyənin keçmiş Osmanlı ərazisi olaraq Fələstin məsələsində ümum islam ümməti maraqlarından çıxış edir və daha çox himayəçi rolunu öz üzərinə götürüb. İndi isə birdən-birə bu maraqlardan geri addım atmaq elə də asan olmayacaq. Təsadüfi deyil ki, İ.Hersoqun səfərindən əvvəl Ərdoğan sözçüsü və siyasi proseslərdə xüsusi çəkisi olan İbrahim Kalını və xarici işlər nazirinin müavini Sedat Önalı heyətlə birgə Fələstin və İsrailə göndərdi. Bu səfərin məqsədi həm də İsraillə barışıqda Fələstinin maraqlarının dilə gətirilməsi, Türkiyənin Fələstin və Qüds mövzusunda mövqeyini Fələstin tərəfinə çatdırmaq idi.

İsrail isə enerji layihələri ilə yanaşı Yaxın Şərqdə start verilmiş barışıq mərhələsi, 2020-ci ilin sentyabrında əsası qoyulmuş və “İbrahim sazişi” adı verilmiş ərəb ölkələri ilə barışıq prosesini sürətləndirmək, Həmas kimi radikal qruplara Ankaranın dəstəyini dayandırmağa çalışır. Bu proses isə Hersoqun dediyi kimi, tez baş verməyəcək, onun üçün zaman lazım olacaq.

Lakin indi atılan barışıq addımı və hər iki tərəfin reaksiyası göstərir ki, Türkiyə və İsrail hakimiyyətləri münasibətlərin düzəlməsində maraqlıdır. Bunun üçün lazımı addımları atacaq.

İsrail və Türkiyə arasında gərginliyin götürülməsi Azərbaycan üçün faydalıdır. Hər nə qədər Bakı və Təl-Əviv arasında münasibətlər yaxşı vəziyyətdə olsa da, Türkiyə-İsrail əlaqələrinin soyuqluğu Bakı üçün çətinlik yaradır. İlk növbədə müsəlman ölkələrində, xüsusən də Türkiyə hakimiyyətinin radikal dairələrində Azərbaycanın İsraillə əlaqələrinə görə olan soyuq münasibət aradan qalxacaq. //musavat.com

Oxunub: 960
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-03-2022, 10:33

İsrail prezidentinin təyyarəsinin üzərində yazılan sözlər diqqət çəkdi: Türkiyəyə inanılmaz MESAJ - FOTOLAR

Xəbərlər

4-12-2020, 10:39

İsrail kəşfiyyatından ŞOK İDDİA - İran Türkiyəni vurmağa hazırlaşır

Xəbərlər

14-03-2020, 19:24

SON DƏQİQƏ: Azərbaycanla Türkiyə sərhəddi BAĞLADI

---

19-09-2018, 00:50

İsrailə BÖYÜK ZƏRBƏ: 21 ölkə... - Tarixdə görülməmiş HADİSƏ (FOTO)

Manşet / Gündəm / Xəbərlər

25-04-2018, 08:55

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Son xəbərlər
  • Dünən, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • Dünən, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • Dünən, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • Dünən, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • Dünən, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • Dünən, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • Dünən, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • Dünən, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • Dünən, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 4-09-2026, 20:42
    Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
  • 4-09-2026, 19:24
    Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
  • 4-09-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 4-09-2026, 17:08
    Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
  • 4-09-2026, 16:22
    Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
  • 4-09-2026, 15:07
    Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
  • 4-09-2026, 14:53
    Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
  • 4-09-2026, 13:27
    Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
  • 4-09-2026, 12:50
    Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
  • 4-09-2026, 11:32
    Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu
  • 4-09-2026, 10:19
    İranda silahlı qarşıdurma: ölənlər var
  • 4-09-2026, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • 3-09-2026, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • 3-09-2026, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • 3-09-2026, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • 3-09-2026, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • 3-09-2026, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • 3-09-2026, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • 3-09-2026, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə