• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Ağciyər rezeksiyası nədir?
İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
İsrail bu şəhərdə əməliyyatları genişləndirir
Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Qəfil çəki artımı xəstəlik əlaməti ola bilər
İrəvan və Tehran razılaşdı: Araz üzərində ikinci körpü
İranın yeni planı: Bu boğazı da bağlayacaq
Xərcsiz müalicələr. Siz də faydalanın!
Tramp əmr verdi: İrana hücumlar dayandırılır
Makron və Paşinyan sülh prosesindən danışdı
İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qiymət artımı ilə bağlı bu tədbirlər görüləcək - Nazir AÇIQLADI

Xəbərlər

5-01-2022, 17:25

Qiymət artımı ilə bağlı bu tədbirlər görüləcək - Nazir AÇIQLADI


"Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam də­yər zəncirini formalaşdırmaq, 100%-lik lokalizasiyaya nail olmaqdır".

“Ölkə.Az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcud­dur:

"Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırıl­ması bu cür sahibkarlıq subyektlə­rinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesi­nin sürətli inkişafıdır. Regionların spesifikası nəzərə alınmaqla, məh­sul istehsalı və emalı üzrə ixtisas­laşmanın dərinləşdirilməsi hədəf­lənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələ­rinin yenidən qurulması, sağlam­laşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərin­dən geniş istifadə ediləcəkdir”.

M.Cabbarov vurğulayıb ki, Azərbaycan dünya iqtisadiyya­tının bir parçasıdır və təbii olaraq, dünya bazarlarında müşahidə olunan proseslərin təsirlərini hiss edir: “Son illərdə dünyada istisna­sız olaraq bütün ərzaq məhsulları­nın qiymətlərində kəskin artımlar qeydə alınır. Bunun üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşki­latının qlobal əmtəə, o cümlədən ərzaq qiymətlərinin qalxması ilə bağlı yaydığı məlumatlara diqqət yetirmək kifayətdir. Müşahidə olu­nan qiymət artımları son 30 ilin ən yüksək göstəricisidir. Qiymətlərin artımına səbəb olacaq bir çox pro­seslər mövcuddur və bu proseslə­rin dinamikası, təəssüf ki, getdikcə daha da artır. Ölkəmizin daxili bazarında qiy­mət artımlarının əsas səbəblərindən biri məhz idxal olunan məhsulların idxal bazarlarında qiymətinin art­masıdır. Əsas idxal bazarları olan bir sıra ölkələrin öz daxili bazarın­da qiymət sabitliyini təmin etmək, eyni zamanda, ərzaq ehtiyatlarını yaratmaq istiqamətində reallaş­dırdıqları intervensiyalar da bu prosesə əlavə yük yaradır. Son bir ildə baş verən bu artımlar daxili bazarda idxal olunan bütün məh­sulların satış qiymətlərində özü­nü göstərir. Eyni zamanda, idxal olunan xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başla­yıb. Təəssüf ki, bizim də bu sahədə idxaldan asılı komponentlərimiz mövcuddur. Bir çox məhsulların daxili dəyər zənciri hələlik tam şəkildə formalaşmayıb. Məhsu­lun maya dəyərini formalaşdıran bir sıra xərclərin - daşınma, enerji, xammal və s. artması da nəzərə alınmalıdır”.

O xatırladıb ki, 2021-ci ilin 9 ayı üzrə idxal qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 21,5 % artıb: “Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə, tütün məmulatları və onun əvəzediciləri üzrə idxal qiymətləri indeksi isə 25,1 % yük­səlib. Qiymətləndirmələrə əsasən, cari ilin yanvar-oktyabr aylarında infl­­yasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% təşkil edib ki, bu da əsasən ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin 6,7% təşkil etməsi hesabına for­malaşıb. Beləliklə, daxili bazarda isteh­lak qiymətləri indeksinə obyektiv təzyiq mövcuddur. Bu, sərbəst qiymətlərlə formalaşan bir bazar­dır və bu prosesə dövlətin inzibati müdaxilə imkanları məhduddur. Dövlət tənzimlənən qiymətlərin də­yişməsi zamanı rəqabət mühitinin pozulması hallarını aşkar edir və qarşısını ala bilir".

M.Cabbarovun sözlərinə görə, bu məqsədlə İqti­sadiyyat Nazirliyi yanında Antiin­hisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda müxtəlif məhsulların qiymətinin mütəmadi monitorinqi aparılır və bazar araşdırmaları həyata keçirilir: "Əmtəə qiymətlərinin yüksəlmə­si təkcə bizim ölkədə deyil, digər dövlətlərdə də gedir. Xüsusilə də daxili bazarımız üçün əhəmiyyət­li rol oynayan Azərbaycanın əsas ticarət tərəfdaşlarında bu proses sürətlənməkdədir. Qiymətlən­dirmələrə görə, yaxın dövrlərdə Rusiya, Türkiyə, Qazaxıstan, Gür­cüstan, Ukrayna və İran kimi əsas tərəfdaşlarımızda Azərbaycan ilə müqayisədə daha yüksək infl­­yasiya proqnozlaşdırılır. Ərzaq təhlükəsizliyi bundan sonra da dünya üçün qlobal priori­tet olacaq. Əlbətə, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi bir nömrəli vəzifədir”.

Nazir bildirib ki, Azərbaycan hökuməti qiymət artım­larının təsirlərini minimuma endir­mək üçün bütün müvafiq addımları atır və 2022-ci ilin dövlət büdcəsi əhalinin gəlirlərinin artırıl­ması komponentini nəzərə almaqla formalaşdırılıb: "Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq. Müsbət məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların 2022-ci il üzrə əmtəə və ərzaq qiymətlə­ri indeksinə dair proqnozlarında 2021-ci illə müqayisədə nisbətən azalma, əsas ticarət tərəfdaşı olan ölkələrdə istehlak qiymətləri ind­eksinin 2021-ci illə müqayisədə qismən aşağı proqnozları mövcud­dur”.

Oxunub: 926
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-10-2021, 11:11

İşğaldan azad edilmiş ərazilərə vergi güzəştləri məsələsinə baxılır - RƏSMİ

Xəbərlər

16-03-2021, 18:19

Qiymət artımı ilə bağlı Baş nazirdən AÇIQLAMA

Xəbərlər

6-01-2021, 15:01

Qiymət artımı görsəniz, bu nömrələrə ZƏNG VURUN!

---

15-10-2018, 02:08

Gecənin ŞAD XƏBƏRİ - Axır ki, bu da oldu... - SON DƏQİQƏ!!!

---

15-10-2018, 00:46

Son anda!!! ƏHALİYƏ ŞAD XƏBƏR - Axır ki, gözünüz aydın!!!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Ağciyər rezeksiyası nədir?
İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
İsrail bu şəhərdə əməliyyatları genişləndirir
Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
Son xəbərlər
  • Bu gün, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • Bu gün, 18:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • Bu gün, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • Bu gün, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
  • Bu gün, 10:43
    İsrail bu şəhərdə əməliyyatları genişləndirir
  • Bu gün, 09:07
    Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
  • Dünən, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • Dünən, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
  • Dünən, 20:16
    Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
  • Dünən, 19:47
    Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
  • Dünən, 18:21
    Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
  • Dünən, 17:24
    İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
  • Dünən, 16:10
    Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
  • Dünən, 15:31
    Qəfil çəki artımı xəstəlik əlaməti ola bilər
  • Dünən, 14:03
    İrəvan və Tehran razılaşdı: Araz üzərində ikinci körpü
  • Dünən, 13:41
    İranın yeni planı: Bu boğazı da bağlayacaq
  • Dünən, 12:13
    Xərcsiz müalicələr. Siz də faydalanın!
  • Dünən, 11:50
    Tramp əmr verdi: İrana hücumlar dayandırılır
  • Dünən, 10:31
    Makron və Paşinyan sülh prosesindən danışdı
  • Dünən, 09:06
    İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
  • 25-07-2026, 22:07
    Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
  • 25-07-2026, 21:30
    Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
  • 25-07-2026, 20:46
    Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
  • 25-07-2026, 19:19
    Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
  • 25-07-2026, 18:17
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • 25-07-2026, 15:23
    Xəstə bağırsaqların 6 əlaməti
  • 25-07-2026, 14:45
    Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
  • 25-07-2026, 13:13
    İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
  • 25-07-2026, 12:44
    Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
  • 25-07-2026, 11:23
    7 ölkə İranla savaşa girir? - Ekspert
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə