Bu gün İranın Hörmüzgan vilayətində 5,2 bal gücündə zəlzələ olub.
Publika.az Axar.az xəbər verir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri yerli vaxtla saat 11:06-da Qızıl Qala rayonunun ətrafında olub. Yeraltı təkanlar yerin 15 kilometr dərinliyində meydana gəlib.
Qeyd edək ki, dağıntı və tələfat barədə məlumat verilməyib.