• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
Ağciyər rezeksiyası nədir?
İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
İsrail bu şəhərdə əməliyyatları genişləndirir
Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kəlbəcərdə həlak olan əsgərimizə görə Rusiya günahkardır - AÇIQLAMA

Xəbərlər

9-12-2021, 20:54

Kəlbəcərdə həlak olan əsgərimizə görə Rusiya günahkardır - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmadan sonra ilk dəfədir ki, ermənilər sərhəddə vəziyyəti gərginləşdirməyə çalışır. Belə ki, dünən gündüz saatlarında da Kəlbəcər istiqamətində ordumuzun bölmələri intensiv atəşə tutulmuşdu.

Sərhəddə yaranmış vəziyyətlə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov təəssüflə bildirib ki, ermənilər öz hərəkətlərindən əl çəkmir.

"Budəfəki təxribatda da şəhid vermişik. Azərbaycan əsgəri erməni separatçılarının və eyni zamanda onlara dəstək olanların ucbatından həyatını itirdi. Lakin bu təxribatlar gözləniləndir. Bu, Ermənistan tərəfindən törədilən nə birinci, nə onuncu, nə də sonuncu təxribatdır. Ona görə də biz ciddi və təsirli addımlar atmalıyıq ki, ermənilərə ciddi dərs olsun. Hər həftə, hər ay fasilələrlə belə silahlı toqquşmalar davam edir. Onlara qarşı münasibətimizi dəyişməli və sərtləşdirməliyik. Biz onlara sülh, əmin-amanlıq təklif edirik. Amma ermənilər bunu başa düşmək istəmir. 6 gündən sonra Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş gözlənilir. Yəqin ki, müzakirə üçün zəmin hazırlanır. Onlar mövzunu bu hadisələrə çəkmək və öz bildiyini etmək istəyir. Baş verənlərə görə ilk növbədə Rusiyanı və beynəlxalq qurumları günahlandırmaq lazımdır. Çünki Rusiya sülhməramlıları və Rusiya bu məsələnin sona çatmasında maraqlı deyil. Əgər maraqlı olsaydı, bunu çoxdan həll edərdi. Rusiya bunu etmir və baş verən hadisələr günümüzün acı reallığıdır".

Hərbi ekspert Abuzər Əbilov bildirib ki, biz döyüşü qazanmışıq, lakin müharibə hələ də davam edir:

"Hesab edirəm ki, bu müharibə hələ bir müddət də davam edəcək. Bu təxribatlar o vaxta qədər davam edəcək ki, Azərbaycan ordusu Ermənistana məxsus silahlı qüvvələri ərazimizdən çıxaracaq və Rusiya sülhməramlı qüvvələri öz funksiyalarını yerinə yetirəcək. Beynəlxalq hüquqa əsasən ərazimizdə olan qeyri-qanuni silahlı qüvvələr tərksilah olunmalı və əgər onlar silahlı müqavimət göstərərsə, yerindəcə məhv edilməlidir. Biz bunları Bosniya müharibəsində beynəlxalq sülh yaratma təcrübəsində gördük. Təəssüf ki, Azərbaycanda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin missiyasında buna rast gəlmirik. Çünki yaxın günlərdə Azərbaycan əsgərinə təxribat törətmiş terrorçu zərərsizləşdirilsə də, Ermənistan tərəfinə verildi. Bütün bunlar Ermənistan cəmiyyətində, erməni terrorçularında və revanşist qüvvələrə daha çox inam verir və onlar belə təxribatlarını davam etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyanın apardığı siyasətdə ikili məqamllar var. Çünki razılaşmalar əldə oluanandan sonra onun müddəalarına əməl edilmir. Yaddan çıxarmaq lazım deyil ki, Ermənistanda bugünkü hakimiyyət orduya nəzarət etmir. Orada müxtəlif siyasi partiyalara qulluq edən onlarla həmfikir olan komandirlər var. Elə Müdafiə Nazirliyinin özündə də boşluq var. Ermənistanın daxilində və xaricində olan qüvvələr bu boşluqdan məharətlə istifadə edir. Bunun nəticəsidir ki, yaxın günlərdə Kəlbəcər, Laçında silahlı toqquşmalar yenidən vüsət alıb və dünən bir əsgərimiz şəhid olub".

Ekspert bildirib ki, revanşizm arzusunda olan ermənilər üçün ciddi mesaj verməliyik:

"Bütün təxribatların və silahlı toqquşmaların arxasında ərazidə müharibənin yenidən alovlanma və Ermənistan silahlı qüvvələrinin irəlilmə arzusu var. Bu toqquşmalar daxildə və xaricdə olan revanşist qüvvələrin işidir. Onlar Ermənistan ordusunun nəyəsə qadir olduğunu göstərmək və Qarabağda itirdikləri mövqeləri yenidən əldə etmək istəyirlər. Həmin qüvvələr “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istəyir. Onlar təkcə Azərbaycanın deyil, digər qonşu ölkələrin də ərazisini qəsb etmək arzusundadır. Buna görə də yaxın günlərdə daha ciddi və ağır cavab verilməlidir. Biz gözləyə bilmərik ki, hər dəfə hansısa danışıqlardan sonra Ermənistan siyasi rəhbərliyinin siyasi iradəsinin zəifliyinə görə əsgərlərimiz şəhid olsun. Bunun qarşısını almaq üçün yaxın günlərdə ərazidə anti-terror əməliyyatı başladılmalı və bu əməliyyat revanşizm arzusunda olan ermənilər üçün ciddi mesaj olmalıdır”.

Oxunub: 959
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-11-2021, 11:42

Döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbçisi şəhid oldu, 10 nəfər yaralandı — SİYAHI

Xəbərlər

28-07-2021, 08:41

SON DƏQİQƏ: Ermənistan hücuma KEÇDİ: İki əsgərimiz YARALANDI…- RƏSMİ

Xəbərlər

26-07-2021, 12:27

SON DƏQİQƏ: Ermənistan tərəfi sərhəddə HÜCUMA KEÇDİ - "Cavab verilir..." - RƏSMİ AÇIQLAMA

Xəbərlər

28-12-2020, 12:57

SON DƏQİQƏ: Ermənilər qəfil hücuma keçdi, şəhid və YARALI VAR

Xəbərlər

27-03-2019, 00:12

SON DƏQİQƏ: Azərbaycan ordusu daha bir ŞƏHİD VERDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Son xəbərlər
  • Bu gün, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Bu gün, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Bu gün, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Bu gün, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Bu gün, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Bu gün, 09:08
    Bu qidalar stresi azaldır
  • Dünən, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • Dünən, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • Dünən, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • Dünən, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • Dünən, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • Dünən, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • Dünən, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • Dünən, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • Dünən, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • Dünən, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • Dünən, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • Dünən, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
  • Dünən, 10:43
    İsrail bu şəhərdə əməliyyatları genişləndirir
  • Dünən, 09:07
    Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
  • 26-07-2026, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • 26-07-2026, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
  • 26-07-2026, 20:16
    Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
  • 26-07-2026, 19:47
    Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
  • 26-07-2026, 18:21
    Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
  • 26-07-2026, 17:24
    İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
  • 26-07-2026, 16:10
    Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
  • 26-07-2026, 15:31
    Qəfil çəki artımı xəstəlik əlaməti ola bilər
  • 26-07-2026, 14:03
    İrəvan və Tehran razılaşdı: Araz üzərində ikinci körpü
  • 26-07-2026, 13:41
    İranın yeni planı: Bu boğazı da bağlayacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə