• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
Diş çürüməsindən qoruyan qida
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Prezidentin çıxışında niyə Xankəndini göstərdilər? - MÜHÜM DETAL

Xəbərlər

12-11-2021, 09:17

Prezidentin çıxışında niyə Xankəndini göstərdilər? - MÜHÜM DETAL


Dövlət başçısının xüsusilə Qarabağdakı çıxışlarını Xankəndi erməniləri də diqqətlə izləyirlər – bu dəfə həmin mesajların ünvanı daha da konkretləşdirildi

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada etdiyi çıxışında maraqlı bir detal diqqət çəkib. Dövlət başçısı çıxış edərkən bir neçə dəfə Xankəndinin görüntüləri də efirə gedib. Dövlət başçısının çıxış etdiyi Cıdır düzündən Xankəndinin aydın görüntülərini almaq mümkündür. Amma ilk dəfədir Prezidentin çıxışı zamanı Xankəndinin görüntüləri efirə verilib ki, bu da təsadüfi ola bilməz.

Dövlət başçısı çıxışında Azərbaycanın ədalətli müharibə apardığını və döyüş meydanında düşməni məğlub etdiyini deyib. O qeyd edib ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmadığı üçün Azərbaycan ərazilərini hərbi yolla azad edib. “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”, – deyə Prezident Əliyev bildirib. Çıxışında Ali Baş Komandan qeyd edib ki, Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyllərə əl atsa, yenə də Azərbaycanın dəmir yumruğunu görəcəklər.

Məlumdur ki, əsas revanşist qüvvələr Ermənistanda cəmləşsə də, Xankəndidə də bu cür əhval-ruhiyyəli silahlı qüvvələr var. Bu silahlılar hələ də qanunsuz olaraq Azərbaycan ərazilərində qalırlar və ara-sıra təxribatlar törətmək cəhdləri edirlər. Bu təxribatlar isə əsasən Şuşa istiqamətində baş verir ki, sonuncu insident də buna sübutdur. Əlbəttə ki, dövlət başçısının çıxışında mesajların bir ünvanı da Xankəndi və ətraf bölgələrdəki Araik Arutyunyan kimi siyasi təxribatçılara, diversant qruplaşmalara yönəlib. Məlumdur ki, İ.Əliyevin xüsusilə Qarabağdakı çıxışlarını Xankəndi erməniləri də diqqətlə izləyirlər. Bu dəfə Xankəndini göstərməklə həmin mesajların ünvanı daha da konkretləşdirildi. Qarabağa qayıtmış ermənilər bu çıxışından öz paylarını aldılar, qalır doğru-dürüst nəticə çıxarmaq… Bəs Prezidentin çıxış etdiyi zaman kadrlarda Xankəndinin tez-tez görünməsini bir işarə kimi qiymətləndirmək olarmı? Burada eyham varmı?

KONKRET.az-ın məlumatına görə, Deputat Bəxtiyar Sadıqov musavat.com-a bildirib ki, Prezident çıxış etdiyi vaxt Xankəndinin tez-tez efirdə göstərilməsi bir eyham ola bilər.

Onun sözlərinə görə, Ali Baş Komandan sözünü açıq şəkildə söyləyib və dediyi fikrin də sahibidir. B.Sadıqov qeyd etdi ki, Xankəndi Azərbaycanın suveren ərazisidir və indi onlara düşünmək üçün vaxtı verilib: “Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz, digər millətlərlə eyni hüquqlardan istifadə etmək haqqınız var. Amma status olmayacaq, cəhənnəmdədir və kim onu gətirmək istəyirsə dalınca gedə bilər. Eyni zamanda üçtərəfli bəyanatda göstərilib, erməni silahlı dəstələri ərazilərdən çıxmalıdır. Ancaq indiyə qədər çıxmayıblar və bəzən bəzi qruplar təxribatlara yol verir. Buna baxmayaraq, Ordumuz tərəfindən onların qarşısı alınır, qətiyyətlə susdurulur, bizdən üzr istəyirlər və sülhməramlıların xahişini nəzərə alıb cəzalandırmırıq, geri qayıtmalarına şərait yaradırıq”.

B.Sadıqov hesab edir ki, Prezidentin sözü və əməli eynidir, addımları ilə mövqeyini möhkəmləndirir: “Dövlət başçısı deyib ki, nəyi, nə vaxt etməyi yaxşı bilirəm”. Deputatın fikrincə, Ermənistandan Xankəndiyə gələn rəsmilər bilməlidirlər ki, bu cür hərəkətlərinə son qoymağın da bir zamanı var: “Azərbaycan boş dayanmayıb, iş aparır. Cənab İlham Əliyev hörmətli Ərdoğanla birlikdə Zəngəzur dəhlizinin təməlini qoyubsa, deməli, məqsədə çatılacaq və digər məsələlər də həllini tapacaq. Azərbaycan öz ərazilərinə sahibdir və qalib ölkədir. Artıq azad edilən bölgələrdə quruculuq işləri gedir, status mövzusu yoxdur, ermənilərin arabir şıltaqlıqları isə keçmişdə qalır. Əgər davam etsələr, gələcəkdə 44 günlük müharibədə olanları onlara yaşada bilərik”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov hesab edir ki, üçtərəfli bəyanatın bütün bəndləri icra olunmalıdır və Azərbaycanın daha 30 il gözləmək vaxtı yoxdur. Onun sözlərinə görə, biz 44 günlük savaşda 3 min şəhid verməmişik ki, indi ermənilər ərazilərimizdə vaxtaşırı təxribatlara əl atsınlar. Politoloqun fikrincə, sülhməramlılardan qalxan kimi istifadə edən ermənilərin pozucu hərəkətlərini davam etdirməsinə imkan verilməyəcək və Azərbaycan terrorçu qrupların təmizlənməsi üçün antiterror əməliyyatlarını başlamaq hüququnu özündə saxlayır.

X.Bəşirov Prezidentin Şuşada çıxışı zamanı efirdə tez-tez Xankəndinin göstərilməsini təsadüf saymır: “Böyük ehtimal ki, bir eyham var. Yəni arifə bir işarə də kifayət edir. Əslində bu qələbə Azərbaycan dövlətinin və xalqınındır. Sadəcə, bəzi problemlər var və biri də Xankəndi məsələsidir. Əgər ərazi bütövlüyümüz bərpa olunubsa, deməli, Xankəndi də bizim ərazimizdir. Ona görə bu qələbədən Xankəndiyə də pay düşür. Amma qanunsuz silahlı birləşmələr bölgədən çıxmayıb, üçtərəfli bəyanatın 4-cü bəndi pozulub. Hesab edirəm ki, biz Xankəndiyə gedib-gəldikdən sonra bu məsələ həll olunacaq”.

Ekspertin sözlərinə görə, Xankəndidə yaşayan Azərbaycan vətəndaşı olan ermənilər oradakı cinayətkar rejimdən qurtulmağa yaxındırlar: “Onların təxribatları Xankəndidə yaşayan dinc erməni sakinlərə nə qazandırır? Mülki əhali bunu istəyirmi? Məncə, yox. Sadəcə, həmişə bu hiyləgər siyasəti yürüdüblər, indi Zəfərin bir ilini qeyd edirik və bu təxribatları davam edirlər, psixoloji təzyiq etməyə çalışırlar. Bütün bunlar əbəsdir, 44 günlük sülhə məcburetmə əməliyyatı ilə gücümüzü sübut etdik, bu prosesin həllində də bizə heç bir qüvvə mane ola bilməz. Sadəcə, zaman lazımdır. Onlar ilk gündən üçtərəfli bəyanatı pozmağa çalışırlar və istəyirlər ki, bizi hövsələdən çıxarsınlar, adekvat cavab verək, vəziyyət gərginləşsin, ondan sonra götürdükləri öhdəlikləri yerinə yetirməsinlər. Lakin Azərbaycan sülhün, bölgədə sabitliyin tərəfdarıdır, Ermənistandan fərqli olaraq…”

Oxunub: 742
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-04-2021, 01:49

Prezident müharibə vaxtı Azərbaycana sanksiyalar tətbiq etmək istəyən ölkələri AÇIQLADI

Xəbərlər

10-12-2020, 17:52

Prezidentin Zəngəzur açıqlaması Ermənistanda müzakirələrə SƏBƏB OLDU

Xəbərlər

9-09-2019, 16:30

Prezidentin bacısı oğlunun bu görüntüləri REKORD QIRIR - FOTO

---

26-09-2018, 22:45

TƏCİLİ!!! Paşinyan BMT tribunasından Azərbaycana MÜHARİBƏ ELAN ETDİ - Dünya şokda!!!

Manşet / Gündəm / Xəbərlər

29-05-2018, 08:00

İlham Əliyev AXC-nin 100 illiyində

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
Diş çürüməsindən qoruyan qida
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Son xəbərlər
  • Bu gün, 15:21
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • Bu gün, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • Bu gün, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • Bu gün, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • Dünən, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • Dünən, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • Dünən, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • Dünən, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • Dünən, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • Dünən, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Dünən, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • Dünən, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • Dünən, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Dünən, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • Dünən, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • Dünən, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • 29-08-2026, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • 29-08-2026, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • 29-08-2026, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • 29-08-2026, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • 29-08-2026, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • 29-08-2026, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • 29-08-2026, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə