Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın anası Nora Sarkisyan 93 yaşında ölüb.
Metbuat.az xəbər verir ki, bu barədə Sarkisyanın ofisindən məlumat verilib.
Dəfn mərasimi Xankəndidə keçiriləcək.
Qeyd edək ki, Sarkisyanın arvadı Rita Sarkisyan ötən ilin noyabrında koronavirusdan ölmüşdü.