• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecə yarı yemək yeyənlərin yaddaşı pozulur
50 yaşdan yuxarı insanlar üçün sağlam sümük və oynaqlara ən faydalı qidalar
Təl-Əviv təcili hərəkətə keçdi: “İsrail-İran müharibəsi başlayacaq”
Bir raket də atmadan anlaşdıq: İran hər şey etdi...
Bədəndəki gizli prosesləri tapmaq üçün 4 analiz
İkitərəfli “hücum”dan sonra ilk səfər: Tramp Çində hansı mesajı verdi?
Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi
Miqreni yaradan gizli səbəblər
Paşinyandan Köçəryanla bağlı diqqətçəkən açıqlama
Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
Uroloq böyrək problemlərinin 5 əsas əlamətini açıqladı
Ceki Çan Azərbaycana gəlir
Hindistanda güclü fırtına: 89 insan öldü
Qarın piylərini bir neçə həftəyə əridən meyvə
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Pedofiliyanın gizli əlamətləri - Uşaqları necə qoruyaq?

Xəbərlər

31-10-2021, 15:39

Pedofiliyanın gizli əlamətləri - Uşaqları necə qoruyaq?


Azərbaycanda 11 yaşlı qızın təcəvüzə məruz qalması, uşaq dünyaya gətirməsi cəmiyyətdə şok effekt verib. Ölkə bu iyrənc hadisənin təsiri altındadır.
İnsanlar hadisəni törədən şəxsə ən ağır cəzalar verilməsini tələb edirlər.
Amma əsas məsələ uşaqları bu faciələrdən necə qorumaq sualıdır. Bunun üçün nə etmək lazımdı? Nələrə diqqət edilməlidi?
İnsanların ən çox çəkindiyi, qorxduğu, uşaq manyakı kimi tanıdığı pedofillər kimlərdir? Onların uşaqlara qarşı bu münasibətinin əsas səbəbi nədir? Pedofilləri necə tanımalı, uşaqları onlardan necə qorumalı?

Daha çox uşaq bağçası, məktəblər, uşaq və yeniyetmələr çox olan yerlərin həndəvərində hərlənən pedofillərdən uşaqları qorumaq üçün valideynlər, bu barədə düzgün məlumata malik olmalı və uşaqlarla da bu barədə etik çərçivədə, qorxutmadan, psixoloji diskomfort yaratmadan söhbət etməlidirlər.
Medicina.az uşaqları seksual təcavüzdən qorumaq üçün dünyanın tanınmış psixoloqlarının tövsiyələrini bir araya cəmləyib.
1. Pedofillər kimdir?
Pedofillər cinsi yetişkənlik dövrünə qədəm qoymayan və hər hansı seksual məlumatı olmayan, seksual hərəkətlərin yol verilməsi qanun və cəmiyyətdə qadağan olunan yaş həddində - 0 – 13 yaş arası uşaqlara cinsi istək duyan və fürsət düşən kimi bu tələbatı müxtəlif yollarla ödəməyə çalışan adamlardır. Uşaqlara cinsi istək və təcavüz o qədər ağır və tabu olan mövzudur ki, bu barədə elmi araşdırmalar da azdır. Amma kanadalı psixiatr Malo qeyd edib ki, Yer üzündəki bütün kişilərin 1%-i açıq və ya gizli pedofildir. Pedofillər 2 qrupa bölünür: psixiatriyada bunlara procontact – yəni canlı uşaqlarla kontakta girən və noncontact – canlı uşağa yaxın getməyənlər adı verilib. Əslində, valideyn gözü ilə baxdıqda, uşaqlarla kontakta girən tiplər daha qorxuludur. Belə insanları ilk baxışdan ayırd etmək praktiki olaraq mümkün deyil. Amma bu günə qədər qeydə alınmış faktların statistikası göstərir ki, 10 hadisədən 3-4-ü uşağın ailəsinə yaxın insanlar, qohumlar və ailəni tanıyan insanlar tərəfindən törədilir.
2.Yolda, məktəb ətrafında, yaxınlar arasında pedofili necə tanımalı?
Britaniyalı mütəxəssislər bildirir ki, əgər gənc və ya orta yaşlı kişidə aşağıdakı əlamət və davranışlar varsa, ondan ehtiyat etmək lazımdır:
- Uşağa səbəbsiz yerə hədiyyələr, pul verir, onun ürəyindən keçənləri öyrənir və sonra onları alır
-Uşaq vanna və tualetdə olarkən, tez-tez ora girir
- Yaxınlarından israrla uşağı onun yanında qoyub getmələrini istəyir, bildirir ki, guya, uşağa baxacaq
- Guya, təsadüfən uşağın intim orqanlarına toxunur, sığallayır
- Əgər müəllimdirsə, uşaqlar arasından birini qurban kimi seçir, onunla xüsusi davranır, onu tərifləyir
- Uşaqlara intim suallar verir: kimi sevirsən, intim orqanının adı nədir, kimisə öpmüsənmi?
- Uşaqla fiziki təmasda çox olur: öpmək, qucaqlamaq, dizi üstündə oturtmaq, yatırmaq, qıdıqlamaq, sığallamaq, bədənini cimdikləmək - əslində, bu hərəkətlər sevgi göstəricisi də ola bilər. Amma alimlər yad bir kişinin, oğlanın yerli-yersiz və çox sayda bu hərəkətləri etdiyini seksual təcavüz formalarına daxil edir.
- Uşaqla qapalı otağa çəkilir, guya, söhbət edir, oynayır, kimsə qapını döymədən içəri girəndə özünü itirir, acıqlanır.
- Uşaqlarla, yeniyetmələrlə söhbətdə yetkin insanlara məxsus seksual sözlərdən, leksikondan istifadə edir. Uşaqla kontakta girib, fiziki həzzi canlı yaşamaq istəyən pedofillər uşağı və ailəsini aylarla, bəzən illərlə özünə alışdırır, onları öyrənir, qurbanı az qala doğulandan tanıyır. Sonra nə baş verir? Bütün bu oyunlar 2 senari ilə davam edir, ya birbaşa hücumla.
- Təcavüz, intim əlaqə baş verir və ya uşağı özündən asılı vəziyyətə salaraq özünə bağlayır. Uşaq sanki könüllü olaraq onun xidmətində durur, ya pedofili sevir, ya utanır, ya da qorxur. Ona görə təcavüzə məruz qalması barədə susur.
3. Uşağın pedofil qurbanına çevrildiyini necə anlamalı?
Bəzən valideynlərə elə gəlir ki, övladlarını hamıdan yaxşı tanıyırlar, hər dərdini gözlərindən anlayırlar. Amma təəssüf ki, təcrübədə bunun əksini görürlər. Valideyn övladı ilə nə baş verdiyini anlamaq üçün onun seksual inkişaf mərhələləri barədə məlumatlı olmalı, hansı yaşda necə davrandığını bilməlidir.
- 0-5 yaş arası uşaqlar üçün öz cinsiyyət orqanlarının ya adını, ya uşaq dili ilə izahını açıq deməsi, orqanlarını kiməsə, ya bir-birinə göstərməsi, maraqlanması, öz orqanına gizlicə baxması, öyrənməsi, soruşması, ata-anasından uşağın hardan gəlməsi barədə suallar verməsi normaldır.
- Nə normal deyil: O yaşda uşağın böyüklərə xas cinsi əlaqə davranışını oyuncağı və ya canlı insan üzərində imitasiya etməsi, sözlərində cinsi əlaqə barədə terminlər işlətməsi.
Əgər bu hallar varsa, deməli kimsə sizin övladınıza bu barədə gizli "dərs” keçir.
- 6-12 yaşlı uşaqlar üçün – hamiləlik, menstruasiya, böyüklərin bir-biri ilə davranışı, evlənmək, uşaq doğumu barədə öyrənməyə meyilli olması, həkim-həkim oyunu ilə digər yaşıdları üzərində hansısa anatomik bilgi alması üçün bədənə toxunma, belə kitablar, videolar axtarması, gizlicə masturbasiya etməsi normaldır. Çünki bu yaş arası cinsiyyət orqanları pik inkişaf dövrünə qədəm qoyur, hormonlar qurulur.
- Nə normal deyil: Uşağın çox, açıq-aşkar, çəkinmədən masturbasiya etməsi, seks barədə məlumatlı olduğunu büruzə verib, bununla öyünməsi, cinsi akt barədə açıq-aşkar deməsi, hər şeyi adı ilə çağırması, özündən böyük oğlan və kişilərlə maraqlanması və s.
4. Uşaqda stres, qorxu dərəcəsinin dəyişməsi və artmasına da diqqət yetirin.
- Sakit, normal uşaq qəfildən qorxur, ağlayır, gecələr kabus görür, sayıqlayırsa... Xüsusən, sayıqlayarkən dediyi sözlərə diqqət yetirin.
- Yatarkən yanında saxladığı oyuncaq, xüsusən, gəlinciklə intim davranışı varsa, diqqət yetirin.
-Uşaq təkliyə qapılır, əvvəl ünsiyyət qurduğu yaşıdları, rəfiqəsi, dostlarından uzaq gəzir.
-Dərsdən evə qayıdanda əyin-başına fikir verin: əgər torpağa batmış, sanki divara söykənmiş kimi izlər, çirk varsa, paltarı əynində normal durmursa.
-Uşaq çimizdirilməkdən imtina edir, hamama özü gedir. Bu zaman uşağın mütləq bədənini müayinə edin: sinəsində, ayaqlarında, intim nahiyələrdə izlər, göyərmələr, sıyrıqlar ola bilər. "Bu izlər haradandır?” sualını verəndə, uşaq fikri yayındırır, ağlayır, qaçır, normal izah vermirsə
-Uşaqda sizin almadığınız yeni əşyalar, oyuncaqlar, geyim, xırda əşyalar, hətta xırda pullar peyda olursa
-Uşağın yeni tanışları meydana çıxır, amma onlar barədə danışmır, adını gizlədir, sizi tanış etmirsə
-Uşağın nitqində yeni sözlər meydana çıxır.
-Uşağın əhvalı dəyişir, xüsusi yerlərdən keçəndə qorxur, o həndəvərdən keçmək istəmir, insan çox olan yerlərə qaçır, məktəb-ev yolunu dəyişmək istəyir, geriyə boylanaraq, yolu həyəcanla gedir.
-Eləcə də uşağın alt paltarlarında hər hansı iz, su izi, maye izi görmək olar.
23 % hallarda uşaqlar üzərində seksual təcavüzü elə uşaqlar icra edir: yeniyetmələr kiçik yaşlı uşaqlar, gənclər isə yeniyetmələr üzərində. Hazırda pedofilizmlə bağlı statistika qorxulu həddədir, belə insanların sayı hər keçən gün artır. Amerikalılar hesab edir ki, onların ərazisində hər 2 kv.m əraziyə bir pedofil düşür. Dünya statistikasına görə, 18 yaşına kimi hər 4-5 qızdan biri pedofillə rastlaşır. Oğlanlara gəldikdə isə, onlardan hər 7-10-dan biri ömründə bir dəfə də olsa, bu və ya digər şəkildə pedofillə üzləşib.
Qeyd edək ki, qaranlıq tinlərdə, küçələrdə tək gedən qızları çağırıb, cinsiyyət orqanını göstərib, seksual zorakılıq xarakterli sözlər işlədən şəxslər də ruhi xəstə yox, pedofildir. Onlar artıq pedofilliyin daha ağır dərəcəsində hesab olunur.
Aygün Musayeva
Baku Post

Oxunub: 747
Paylaş:
Digər xəbərlər

Maraqlı

23-09-2021, 17:35

Hava dəyişəndə uşaqları necə qoruyaq? –VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Araşdırma

28-07-2021, 21:44

Mobil telefon asılılığı uşaqları aqressivləşdirir

Araşdırma

9-02-2021, 12:25

Uşaqları parazitlərdən necə qorumaq olar?

Araşdırma

30-04-2020, 21:19

Uşaqları koronavirusdan necə qoruyaq? - Pediatr açıqladı

Səhiyyə

25-02-2019, 12:08

Uşaqları soyuqdəymədən necə qoruyaq? - PEDİATRDAN 12 MƏSLƏHƏT

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecə yarı yemək yeyənlərin yaddaşı pozulur
50 yaşdan yuxarı insanlar üçün sağlam sümük və oynaqlara ən faydalı qidalar
Təl-Əviv təcili hərəkətə keçdi: “İsrail-İran müharibəsi başlayacaq”
Bir raket də atmadan anlaşdıq: İran hər şey etdi...
Bədəndəki gizli prosesləri tapmaq üçün 4 analiz
İkitərəfli “hücum”dan sonra ilk səfər: Tramp Çində hansı mesajı verdi?
Son xəbərlər
  • Dünən, 22:13
    Gecə yarı yemək yeyənlərin yaddaşı pozulur
  • Dünən, 21:06
    50 yaşdan yuxarı insanlar üçün sağlam sümük və oynaqlara ən faydalı qidalar
  • Dünən, 20:42
    Təl-Əviv təcili hərəkətə keçdi: “İsrail-İran müharibəsi başlayacaq”
  • Dünən, 19:59
    Bir raket də atmadan anlaşdıq: İran hər şey etdi...
  • Dünən, 18:20
    Bədəndəki gizli prosesləri tapmaq üçün 4 analiz
  • Dünən, 17:27
    İkitərəfli “hücum”dan sonra ilk səfər: Tramp Çində hansı mesajı verdi?
  • Dünən, 16:54
    Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi
  • Dünən, 15:27
    Miqreni yaradan gizli səbəblər
  • Dünən, 14:44
    Paşinyandan Köçəryanla bağlı diqqətçəkən açıqlama
  • Dünən, 13:09
    Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
  • Dünən, 12:32
    Uroloq böyrək problemlərinin 5 əsas əlamətini açıqladı
  • Dünən, 11:11
    Ceki Çan Azərbaycana gəlir
  • Dünən, 10:39
    Hindistanda güclü fırtına: 89 insan öldü
  • Dünən, 09:08
    Qarın piylərini bir neçə həftəyə əridən meyvə
  • 13-05-2026, 22:27
    Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
  • 13-05-2026, 21:55
    Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
  • 13-05-2026, 20:29
    Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
  • 13-05-2026, 19:48
    Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
  • 13-05-2026, 18:23
    Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
  • 13-05-2026, 17:06
    Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
  • 13-05-2026, 16:41
    Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
  • 13-05-2026, 15:39
    Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
  • 13-05-2026, 14:45
    ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
  • 13-05-2026, 13:33
    Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
  • 13-05-2026, 12:16
    Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
  • 13-05-2026, 11:37
    ABŞ-ın İranla müharibəyə xərclədiyi pulun məbləği şok etdi
  • 13-05-2026, 10:42
    Arsenyan İrəvanda - Rusiya erməni səfiri qovub?
  • 13-05-2026, 09:00
    Diş ətiniz qanayırsa, bu vitamin çatışmır
  • 12-05-2026, 22:31
    Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
  • 12-05-2026, 21:23
    Ayaqlarda şişkinlik və ağrı üçün təbii müalicə vasitələri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə