• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
“Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı: saxlanılan var
Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Sülhməramlı”ların xain fəaliyyəti İFŞA EDİLDİ

Xəbərlər

22-10-2021, 14:17

“Sülhməramlı”ların xain fəaliyyəti İFŞA EDİLDİ


Azərbaycanın Qarabağ ərazisinə İranın qanunsuz yük daşımasına etirazından və sanksiyalarından sonra başlamış gərginlikdə rəsmi Bakı qətiyyətli mövqe ortaya qoydu. Bu da onunla nəticələndi ki, Tehran geri addım atdı. Bir neçə gün əvvəl isə Rusiya Müdafiə Nazirliyinin “İl-76” yük təyyarəsi Qarabağa çatdırılmaq üçün “ehtiyacı olan köçkünlər və Qarabağın çoxuşaqlı ailələri” üçün “xeyriyyə təşkilatları” tərəfindən toplanan 10 ton humanitar yükü İrəvana gətirib. Buradan isə yük Xankəndinə aparılacaq.

KAİM.az-ın məlumatına görə, bəzi ekspertlər iddia edir ki, Rusiyadan İrəvana gətirilən 10 ton yük üçün xüsusi təyyarəyə ehtiyac yoxdur, bunu bir KamAZ-a da sığışdırmaq olar. O səbəbdən “humanitar yük” adı altında “DQR müdafiə ordusu” adlanan silahlı dəstələrə qeyri-qanuni sursat və hərbi texnikanın ehtiyat hissələrinin tədarükünü mümkün hesab edirlər. Azərbaycanın Rusiyanın Qarabağa “humanitar konvoyunda” əslində nələrin olduğunu öyrənməyə haqq var. Pilotsuz uçuş aparatları bunu real vaxtda etməyə imkan verir və “sülhməramlıların” özlərindən və ya yerli ermənilərdən məlumatlar sıza bilər.

Bəs Azərbaycan Rusiyadan gətirilmiş yükləri necə yoxlamalıdır? Rusiya Müdafiə Nazirliyi Qarabağa qanunsuz silah-sursat və ya digər hərbi texnikaların tədarükünü həyata keçirə bilərmi? Azərbaycanın Laçın dəhlizində birgə yoxlamalar həyata keçirilməsinə Rusiyanın süni əngəlləri istənilən qanunsuz yüklərin Qarabağa keçirilməsinə şərait yaratmaq üçündürmü? Azərbaycanın şübhə doğuran yükləri yoxlamaq üçün hansı təsir mexanizmləri var?

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Azərbaycanın hər zaman prinsiplərinin olduğunu qeyd etdi:

“Azərbaycan dövləti hər zaman müstəqil siyasət aparıb. Vətən müharibəsi ilə bütün dünyaya göstərildi ki, Azərbaycan xalqı, dövləti və onun rəhbəri milli maraqlarından, müstəqilliyindən və ərazi bütövlüyündən bir addım belə geri çəkilən deyil. Bunun üçün xalqımız canını verib, qanını töküb. Xalqımız himnimizdə deyildiyi kimi, can verməyə, qan tökməyə hazırdır. Minlərlə can qurban olub ki, Azərbaycan gülüstan olsun. Hələ müharibədən öncə Rusiyanın Ermənistana dəstək olmasını ən yüksək səviyyədə cənab prezident bildirib. Marşrutu da dedi ki, hansı respublikalar üzərindən keçərək İran istiqamətindən Ermənistana yüklər daşınıb. İran tərəfdən yüklərin daşınması, şübhəli marşrutların hərəkəti barədə də cənab Prezident fikirlərini dəfələrlə deyib. Rusiyanın vasitəçiliyini Azərbaycan və Ermənistan tərəfi qəbul edib. Bölgəyə rus sülhməramlıları yerləşdirilib. Vətəndaşlarımızın bir qismi onların fəaliyyətindən narazıdır. Zaman-zaman Azərbaycanın rəsmi qurumları bu və ya digər formada öz etirazını bildirib. Biz hesab edirik ki, Kreml əvvəlki illərdən fərqli siyasət yürüdəcək. Dünya şərtləri, geosiyasi vəziyyət, zaman bunu diktə edir. Bütün qonşularımızla normal münasibətlər aparırıq. Kim ki, dövlət maraqlarımıza, qonşuluğa qarşılıqlı hörmət edir, biz də o dövlətlərə hörmət edirik. Rusiya niyə Qarabağa yükləri Azərbaycanın qədim şəhəri olan İrəvana gedib oradan aparır? İrəvandan Xankəndinə yaxındır, yoxsa Gəncədən? Yevlaxda da hava limanı var. Tərtər, Ağdərə üzərindən də aparılması mümkündür. Ağdamı da qeyd etmək olar.

Hələ də Qarabağda separatçı rejimin qalması vətəndaşlarımızda haqlı olaraq narazılıq yaradır. 10 noyabrdakı üçtərəfli razılaşmaya əməl edilmədiyi haqlı olaraq önə çəkilir. Onsuz da əvvəl-axır qanunsuz dəstələr Qarabağı tərk edəcək. Sadəcə, Rusiya bunu tezləşdirə bilər ki, bunu etmir. İran necə ki, Azərbaycanın milli, dövlət maraqlarına hörmət etməyə məcbur oldu, eləcə də digər dövlətlər bunu etməlidir. Rusiyanın ərazi bütövlüyünə, müstəqilliyinə necə hörmətlə yanaşırıqsa, eyni addımı qarşı tərəfdən gözləyirik. Güclü Azərbaycanın dünyada Türkiyə və Pakistan kimi güclü tərəfdaşları var. Dünyanın bir çox ölkələri milli maraqlarımıza hörmət edir. Etibarlı tərəfdaş, sadiq dostuq. Üzərimizə götürdüyümüz öhdəlikləri ləyaqətlə yerinə yetiririk. Analoji addımı qarşı tərəflər də atmalıdır”.

QAT sədri Akif Nağının da bu məsələdə mövqeyi sərtdir:

“Ötən əsrin 90-cı illərinin ”humanitar yardım”la bağlı acı təcrübəsi yaddan çıxmayıb. O vaxt Ermənistan üzərindən Qarabağdakı erməni silahlılarına humanitar yardım adı altında silah, sursat və sair təxribat xarakterli yüklər daşınırdı. İndi Rusiya həmin praktikanı davam etdirir. Heç bir şübhə ola bilməz ki, Moskva bu yolla orada hərbi mövcudluğunu gücləndirir, özünə sadiq qanunsuz silahlı dəstələr yaradır. Rusiya və bəzi digər ölkələr Qarabağda münaqişənin tam söndürülməsində maraqlı deyil, vaxtaşırı gərginliyin yaranması üçün zəmin hazırlayırlar. Bunu özümüz üçün birmənalı şəkildə bilməli, gərəkli tədbirlərimizi görməliyik. Həm də bu məsələdə qətiyyən gecikmək olmaz. Rusiya regionda “humanitar fəaliyyət”lə məşğul olmaqla sülhməramlı qismində onlar üçün ayrılmış səlahiyyətləri kobudcasına aşır. Üçtərəfli razılaşmalarda Rusiya sülhməramlılarının bu funksiyası nəzərdə tutulmayıb. Azərbaycan bunu rusların nəzərinə çatdırmalı, təkidlə bu fəaliyyətin dayandırılmasını tələb etməlidir. İrana qarşı sərt mövqe nümayiş etdirildi, dərhal nəticəsi də oldu. İran hökuməti onlara məxsus yük maşınlarının Azərbaycanın Qarabağ və digər ərazilərinə Ermənistan üzərindən girişini qadağan etdi. Hesab edirəm ki, Rusiyanın daha yumşaq mövqe tutması üçün də Azərbaycanın ixtiyarında kifayət qədər təsir imkanları var. Bu imkanlar ləngimədən işə salınmalıdır. Birinci addım olaraq, Azərbaycan Laçın dəhlizinin uyğun yerində özünün nəzarət-yoxlama məntəqəsini yaratmalıdır. Rusiyanın istənilən reaksiyasına məhəl qoymamaq da olar. Qoy özlərinə həşir gəlsinlər, heç nə edə bilməyəcəklər. “Ne tak straşen çert, kak eqo molööt”. İkincisi, Azərbaycan Xankəndi ilə istənilən hava əlaqəsini qadağan etməlidir. Xankəndinə hər hansı uçuş yalnız Bakı və ya digər hava limanlarımızdan, məsələn, istifadəyə verilməkdə olan Füzuli hava limanından həyata keçirilməlidir. Azərbaycan bütün dünyaya meydan oxuyaraq sərt addımını atdı, 30 illik problemi 44 günə həll etdi. Heç kəs də heç nə edə bilmədi. Cəsarət və qətiyyət qələbənin yarısıdır. Bu addımlar davam etdirilməlidir”.
Advertisement

Yeri gəlmişkən, Rusiya hərbi kontingentinin Laçın rayonunun Zabux kəndi yaxınlığındakı 1 nömrəli müşahidə və nəzarət-buraxılış postundan son video görüntülər yayılıb. Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb.

“Sülhməramlılar son bir həftə ərzində 200-dən çox nəqliyyat vasitəsinin və 1000 nəfərin Laçın dəhlizindən Dağlıq Qarabağa və geriyə təhlükəsiz hərəkətini təmin ediblər. Mümkün təxribatların qarşısını almaq üçün hərbçilər bütün avtomobilləri yoxlayır” – Rusiya kontingentinin sözçüsü Yevgeni Mişin belə deyib.

Onun sözlərinə görə, bütün postlar müasir xarici video-müşahidə kameraları, müasir projektorlar və fasiləsiz enerji təchizatı ilə təmin olunub.

Göründüyü kimi, hələ də Laçın dəhlizinə Azərbaycanın müvafiq dövlət qurumlarının birbaşa nəzarəti təşkil olunmayıb…

Oxunub: 559
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-09-2021, 19:54

SON DƏQİQƏ: Azərbaycanın etirazından sonra Rusiya GERİ ADDIM ATDI

Xəbərlər

1-05-2021, 04:11

SON DƏQİQƏ: Xocalıda GÜCLÜ PARTLAYIŞ – Rus sülhməramlılar HƏRƏKƏTƏ KEÇDİ

Xəbərlər

19-04-2021, 10:30

Rusiyadan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: 18 apreldə...

Xəbərlər

9-04-2021, 02:34

Sülhməramlılar erməniləri Şuşaya qədər müşayiət etdi — SƏBƏB

Xəbərlər

25-02-2021, 20:30

SON DƏQİQƏ: Moskvadan İrəvana təcili zəng edildi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
“Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
Son xəbərlər
  • Dünən, 22:30
    12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
  • Dünən, 21:41
    Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
  • Dünən, 20:43
    Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
  • Dünən, 19:31
    Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
  • Dünən, 18:48
    Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
  • Dünən, 16:24
    “Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
  • Dünən, 15:39
    Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
  • Dünən, 14:12
    Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi
  • Dünən, 13:16
    Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı: saxlanılan var
  • Dünən, 12:34
    Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
  • Dünən, 11:45
    Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
  • Dünən, 10:25
    Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
  • Dünən, 09:05
    15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
  • 4-02-2026, 22:38
    Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
  • 4-02-2026, 21:14
    Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
  • 4-02-2026, 20:16
    ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
  • 4-02-2026, 19:41
    Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
  • 4-02-2026, 18:22
    Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
  • 4-02-2026, 17:09
    Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
  • 4-02-2026, 16:28
    Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
  • 4-02-2026, 15:08
    Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
  • 4-02-2026, 14:45
    Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
  • 4-02-2026, 13:24
    ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
  • 4-02-2026, 12:26
    Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
  • 4-02-2026, 11:26
    Xameneinin müşaviri Azərbaycanı hədələdi
  • 4-02-2026, 10:44
    ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
  • 4-02-2026, 09:00
    Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
  • 3-02-2026, 22:35
    Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
  • 3-02-2026, 21:02
    "COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
  • 3-02-2026, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə