• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
“Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı: saxlanılan var
Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İran alternativlərini İTİRDİ: Əldə olunan razılıqlar AÇIQLANDI – TƏFƏRRÜAT

Xəbərlər

22-10-2021, 08:09

İran alternativlərini İTİRDİ: Əldə olunan razılıqlar AÇIQLANDI – TƏFƏRRÜAT


Ölkə başçısı İlham Əliyev Zəngilana səfər edərkən ictimaiyyət nümayəndələri ilə görüşdə söylədi ki, Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər var, son proseslər də bunu göstərir.

Söhbət hansı irəliləyişdən gedir? Pərdəarxasında nələr baş verir? Daha hansı oyunçular bu dəhlizin açılmasında maraqlıdır?

KAİM.az-ın məlumatına görə, Publika.az-ın suallarını politoloq İlqar Vəlizadə cavablandırıb.

– İlqar bəy, Prezident Zəngilan səfəri zamanı söylədi ki, Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər var. Ölkə başçısı hansı irəliləyişləri nəzərdə tuturdu?

– Doğrudur, ilk baxışda Zəngəzur dəhlizi ilə bağlı üzdə hər hansı bir dəyişikliyin, irəliləyişin baş verməsi müşahidə olunmur, nəzərə çarpmır. Amma son günlər baş verən hadisələri təhlil edəndə bu istiqamətdə irəliləyişlərin olmasını müşahidə edə bilərik. Bu həftə içərisində Rusiyadan böyük bir nümayəndə heyəti Ermənistana getdi. İlk növbədə Rusiya baş nazirinin müavini Overçukun başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfəri diqqət çəkdi. Bunun ardınca irihəcmli biznes-forum baş tutdu. Bu hadisələrdən daha əvvəl isə Rusiya Dəmir Yolları Ermənistana yeni yük qatarları göndərdi. Bu, yeni və bəlli bir proqram çərçivəsində həyata keçirilir. Həmin proqram da 2024-cü ilə qədər bir dövrü əhatə edəcək. Rusiyalı biznesmenlər bildiriblər ki, Ermənistana irimiqyaslı xərclər qoyacaqlar, investisiya yatıracaqlar.

– Bütün bunlar nədən xəbər verir?

– Bu, həmin Ermənistandır ki, 15 il öncə də vəziyyət eyni idi, indi də eynidir. Hətta son dövrlər Ermənistanda vəziyyət daha da mürəkkəbləşib. Soruşa bilərsiniz ki, Ermənistana investisiya yatırımı marağı haradan qaynaqlanır?! Özü də rusiyalı investorlar ürəklə bu sərmayə yatırımlarından danışırlar. Bütün bunlar ondan xəbər verir ki, həmin investisiyalar üçün indi siyasi baxımdan daha təhlükəsiz şərait yaranıb. İndiyə qədər Rusiya ilə Ermənistan arasında belə bir rabitə yox idi. Dəmir yolu rabitəsi mövcud deyildi. Digər rabitələr də bərbad vəziyyətdədir. Yalnız Yuxarı Lars istiqamətində avtomobil yolunun ümidinə qalmışdılar. Həmin yol da hər iki tərəfi qane etmirdi. İndi Zəngəzur dəhlizinin açılması imkan verir ki, Rusiyanın şirkətləri, malları Ermənistana problemsiz daxil olsun. Çünki münaqişə artıq arxada qalıb. Bu da yükdaşımaların həcminin artmasına səbəb ola bilər. Qırxdan çox vaqonun Ermənistana, daha doğrusu Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu Dairəsinə verilməsi o deməkdir ki, həcm artacaq. Həmin qurum da Rusiya Dəmir Yollarına tabedir.

– Bəs niyə Bakı bu barədə açıq ismarışlar verir, İrəvan isə yox?

– Doğrudur, Ermənistan siyasi rəhbərliyi Zəngəzur dəhlizilə bağlı bunları dilə gətirmir. Dolayı yolla bu gedişatların nəyə gətirib çıxaracağını düşünmək mümkündür. Digər tərəfdən, Zəngəzur dəhlizi imkan verəcək ki, rusiyalı investorlar daha təhlükəsiz şəkildə Ermənistana gedə, orada öz işlərini qura bilsinlər. Ermənistan mallarının da əsas bazarı Rusiyadır. Dəhliz imkan verəcək ki, Ermənistan da öz məhsullarını rahat şəkildə Rusiya bazarlarına çatdırsın. Burada əsas qarant isə Azərbaycandır. Hazırda Azərbaycan Rusiyanın, Moskva da Bakının qarşısında qarant olaraq çıxış edir. Çox güman ki, cənab Prezident Zəngilanda Zəngəzur dəhlizi ilə bağlı pərdəarxasında baş verən prosesləri nəzərə alaraq belə deyib. Düşünürəm ki, erməni tərəfi bir müddət bu irəliləyişləri gizlədəcək. Amma bu, çox uzunmüddətli deyil. Dünən də üçtərəfli komissiyanın görüşü baş tutub. Həmin görüşlərdə bu məsələlər müzakirə olunur. Yükdaşımaların hansı şərtlərlə aparılması, təhlükəsizlik məsələləri, zəmanətin kim tərəfindən verilməsi, yükdaşımaların xarakteri, həcmi ilə bağlı çox güman kimi danışıqlar gedir. Güman ki, erməni tərəfi də öz təkliflərini təqdim edir. Onlar İcevan-Qazax yolu ilə bağlı təkliflər irəli sürürlər. Biz buna da etiraz etmirik, fikirləşirik ki, həmin yolla da müəyyən yüklər daşına bilər. Həmin yüklərin nəinki Ermənistana, hətta Türkiyəyə də daşınması mümkündür. Ermənistanla Türkiyə arasında da Gümrü-Qars dəmir yolu xətti mövcuddur. Həmin yol vasitəsilə bir sıra yüklər daşına bilər. Bütün bunlar ondan xəbər verir ki, proseslər gedir. Sadəcə olaraq biz bunları açıq şəkildə ifadə edirik. Misal üçün, deyirik ki, bizdə Horadiz-Ağbənd yolu inşa olunur. Eyni zamanda Ordubad istiqamətində yollar tikilir. Amma Ermənistan tərəfi bunu demir.

– Səbəbi nədir? Paşinyan hökuməti nədən qorxur?

– Görünür, qorxurlar ki, ictimai reaksiyalar ola bilər. Eyni zamanda siyasi təzyiqlərin artmasından qorxurlar. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı heç nə demirlər. Yenə deyirəm, bu gün bu haqda fikir bildirmirlər. Amma sabah məcbur olub hamısını açıqlayacaqlar.

– Ötən həftə Azərbaycan tərəfi erməni diversantların bəzilərini Ermənistana qaytardı. Sizcə, onlar hansı şərtlər qarşılığında qaytarıldı?

– Bu, üçtərəfli komissiyanın iclasından öncə atılan addımdır. Onu göstərir ki, Azərbaycan öz xoşməramlılığını bir daha nümayiş etdirir. Eyni zamanda Bakı bu addımla öz siyasi iradəsini ortaya qoyur. Bundan əvvəl Ermənistan tərəfi Azərbaycana irad tuturdu ki, biz qarşı tərəfə necə etibar edək, etimad göstərək ki, onlar bizim “hərbçilərimizi” hələ də əllərində saxlayırlar, geri qaytarmırlar. Bu kimi fikirlər səsləndirirdilər. Belə olan halda etibarlılıq “itirdi” və digər layihələri həyata keçirmək çətinləşirdi. Onların arqumentləri bu idi. Biz bununla göstəririk ki, Ermənistana qarşı xoşməramlı addımlar ata bilərik. Bunun üçün Ermənistan tərəfi də əks addımlar atmağa hazır olmalıdır. Biz üçtərəfli komissiyanın iclasından öncə öz addımımızı atdıq. İndi qarşı tərəfdən analoji addım gözləyirik. Çox güman ki, Ermənistanın arqumentləri daha da zəifləyəcək. Bundan sonra üçtərəfli komissiyanın iclaslarında Azərbaycanla dialoq daha səmərəli ola bilər.

– Xankəndinə icazəsiz və qanunsuz yüklər daşıyan, Azərbaycan tərəfindən saxlanılan iranlı sürücülər də artıq geri qaytarıldı. Gələcəkdə İran da Zəngəzur dəhlizinə qoşulacaqmı?

– İranın başqa çarəsi yoxdur. İrandakı hansısa siyasətçinin nəsə deməsi mövcud reallığı dəyişdirə bilməz. Reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizindən başqa İran üçün alternativ yol yoxdur. Ermənistandan keçən yollar İran üçün Azərbaycandan keçən yolların alternativi ola bilməz. Çünki Ermənistandan keçən yol kənar yerlərdən keçir və mürəkkəb relyefləri əhatə edir. Təsəvvür edin, Lars yolu ilə TIR-lar keçir. Onlar saatlarla dar yollardan keçməlidirlər. Yük həcmi də az olacaq. Biri var TIR-larla, biri də var dəmir yolu ilə daha sərfəli şərtlərlə, daha irihəcmli yüklər daşıyasan. Düşünürəm ki, bunu İran nümayəndələri də bilir. Üstəlik, bu məsələdə Tehran Moskvadan da razılıq ala bilmədi. Rusiya tərəfi dolayı yolla bunlara dedi ki, artıq şərtlər dəyişib, biz özümüz də Azərbaycan tərəfi ilə məsləhətlər apardıqdan sonra maraqlarımızı təmin edə bilirik, bizi öz oyunlarınıza qatmayın, gedib Azərbaycanla məsləhətləşin. Çünki Azərbaycan ərazisidir və onun ərazisi ilə bağlı şərtləri Rusiya yox, Azərbaycan tərəfi müəyyənləşdirir. Rusiya İrana görə Azərbaycanla münasibətlərini pisləşdirmək istəmədi.

– Yəni cənub qonşumuzla münasibətlərimiz bundan sonra daha da yaxşılaşacaq?

– Yəqin ki, yaxın gələcəkdə Tehran-Bakı münasibətləri öz qaydasına düşəcək. Tarix də göstərir ki, Azərbaycan-İran münasibətlərinin alternativi yoxdur. Bu həm Azərbaycan, həm də İran üçün belədir. Çünki İranın Qafqazla ümumi sərhədinin 90 faizini Azərbaycan-İran sərhədi təşkil edir. Ermənistanla İranın sərhədi çox azdır. Şimal-Cənub dəhlizinin qurulması da İranla Azərbaycan münasibətlərinin normallaşmasından keçir. Bizim başqa cənub qonşumuz yoxdur. İran da, Azərbaycan da reallığı qəbul etməyə məcburdur. Gələcəkdə Qatarla, Pakistanla yükdaşımalar da İran ərazisindən keçəcək. İran bizim üçün alternativi olmayan ölkədir. Prezidentimiz də deyib ki, İranla münasibətlərin normal qaydada inkişafında maraqlıyıq. İran da analoji addımlar atacaq və vəziyyət yaxşıya doğru inkişaf edəcək.

Oxunub: 555
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-08-2021, 17:12

"Zəngəzur" dəhlizi ilə bağlı - Rəsmi AÇIQLAMA

Xəbərlər

2-08-2021, 21:17

AZAL-ın təyyarələri Zəngəzur dəhlizi ilə uçur? – Rəsmi AÇIQLAMA

Xəbərlər

20-05-2021, 21:00

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMA

Xəbərlər

19-04-2021, 19:53

"Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək" - İlham Əliyev vaxtı AÇIQLADI

Xəbərlər

14-04-2021, 22:54

Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
“Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
Son xəbərlər
  • Dünən, 22:30
    12 bürcdən yalnız 3-ü ideal həyat yoldaşı olur - Evlilikdə onlara etibar edə bilərsiniz
  • Dünən, 21:41
    Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
  • Dünən, 20:43
    Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
  • Dünən, 19:31
    Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
  • Dünən, 18:48
    Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
  • Dünən, 16:24
    “Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
  • Dünən, 15:39
    Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
  • Dünən, 14:12
    Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi
  • Dünən, 13:16
    Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı: saxlanılan var
  • Dünən, 12:34
    Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
  • Dünən, 11:45
    Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
  • Dünən, 10:25
    Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
  • Dünən, 09:05
    15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
  • 4-02-2026, 22:38
    Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
  • 4-02-2026, 21:14
    Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
  • 4-02-2026, 20:16
    ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
  • 4-02-2026, 19:41
    Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
  • 4-02-2026, 18:22
    Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
  • 4-02-2026, 17:09
    Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
  • 4-02-2026, 16:28
    Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
  • 4-02-2026, 15:08
    Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
  • 4-02-2026, 14:45
    Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
  • 4-02-2026, 13:24
    ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
  • 4-02-2026, 12:26
    Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
  • 4-02-2026, 11:26
    Xameneinin müşaviri Azərbaycanı hədələdi
  • 4-02-2026, 10:44
    ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
  • 4-02-2026, 09:00
    Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
  • 3-02-2026, 22:35
    Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
  • 3-02-2026, 21:02
    "COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
  • 3-02-2026, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə