• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var
Körpənin qızdırmasını necə tez salmaq olar? - Hər ana bunu bilməlidir
İsrail İranda Ruhanini hakimiyyətə gətirmək istəyir
TƏCİLİ! Sergey Markov Rusiyada xarici agent elan edildi
Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
Rusiya Ermənistana qaz nəqlini DAYANDIRDI
Qarayazıda qiyam, Polşada təhsil, Ankarada məmur – BİR PARTİZANIN HƏYAT HEKAYƏSİ
Xərçəngin ilk siqnalları: diqqətli olun
Azərbaycanla ərazi mübadiləsi ola bilər – Paşinyan
Qəzzada müharibə nə vaxt bitəcək? – Netanyahu VAXT DEDİ
Gündə nə qədər qarpız yemək olar?– Xəstələrə xəbərdarlıq
Bakıda əsas problem aradan qalxır – Rekord say qeydə alındı
30 minlik ordu Ukraynaya daxil ola bilər – Yeni plan
İmmuniteti payıza necə hazırlamaq olar?
Gələcəkdə insanlar 5 bədən üzvünü itirəcəklər
Az su içmək hansı xəstəliklərə səbəb olur? - Susuzluğun zərərli təsirləri
Pezeşkianın İrəvanda namaz qıldığı məscid kimə məxsusdur? – AÇIQLAMA
Tramp Putin və Zelenski görüşünün təşkilindən imtina etdi — "The Guardian"
Qopmuş başı yerinə tikdilər - Tibb tarixində sensasiya
İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Böyük Zəfərin zərif təcəssümü

Xəbərlər

26-08-2021, 14:09

Böyük Zəfərin zərif təcəssümü


Mətanət Ağamirli,

Əməkdar jurnalist

Bu gün ölkəmizdə hər şey, Azərbaycanın hər bucağı Zəfər libası ilə, Qalibiyyət rəmzləri ilə gözəlləşib. Amma bu gözəlliyin yaranması 30 illik bir savaşın, mücadilənin nəticəsidir. 8 Noyabr Şuşanın azadlığı ilə mübarizəmizin zirvəsinə yüksəlsək də bu olimpə addım-addım, qarış-qarış gəldik. Müzəffər Ali Baş Komandan İlham Əliyev öz sözünü və əməlini illər boyu həyata keçirməklə millətinin Qələbə xoşbəxtliyinə yetməsinə vəsilə oldu.

Böyük Zəfərə gələn yolda hər gün, hər saat minlərlə insan mücadilə verdi. Bəzən yorulduq, bəzən usandıq, ümidsizləndiyimiz anlar da oldu. Amma bu xoşbəxt günə, saata gedən yolda Müzəffər bir kişi ilə yanaşı addımlayan, heç vaxt yorulub usanmayan, ümidini bir saniyə belə itirməyən daha bir şəxs, müzəffər duruşlu bir qadın da vardı. O Ali Baş Komandanın ən yaxın silahdaşı, ömür-gün yoldaşı, ilhamı və inamı Mehriban Əliyeva idi.

İndi “Şuşa bizimdir”, “Qarabağ Azərbaycandır” deyib, köks dolu qürurla nəfəs alanda düşünürəm ki, Böyük Zəfərin müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdirsə, onun Zərif Təcəssümü Mehriban Əliyevadır. Atalar elə-belə deməyib ki, qadın kişinin arxası, evinin qurucusu, nəslin tərbiyəçisidir. İndi bu aspektdən baxanda həqiqətin nə qədər dərin və incə olduğunu fərqinə varırsan. Mehriban Əliyevanın illərdir üzərinə düşən missiyanın nə qədər ZƏRİF, İNCƏ olması ilə bərabər, necə məsuliyyətli və ağır olduğunu da hiss etməmək mümkün deyil.

Mehriban Əliyeva özü müraciətlərinin birində qeyd edib ki, İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim: “Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir”.

Bu dəyərlərə söykənən insanın ailəsi, həyatı və xalqı da xoşbəxt olmağa layiq idi, oldu da. Çünki halallıq, mehribanlıq olan yerdə din də var, bərəkət də var!

“Mən ənənəvi dəyərlərin qorunduğu Azərbaycanın ziyalı bir ailəsində dünyaya göz açıb, boya-başa çatmışam” deyən, Mehriban Əliyeva ailə dəyərlərini həmişə hər şeydən üstün tutub. Anasızlığın acısını yaşayan incə qəlbi hər kəsin ağrısına şərik olmaqda daim həssas olub. Onun milli dəyərlərə sadiqliyi öz nəslinin köklü dəyərləri ilə bağlıydısa, ictimai-siyasi həyatda tutduğu yolda isə qarşısında böyük bir örnək, MÜƏLLİM vardı. O, ümummilli lider Heydər Əliyev idi. Mehriban Əliyeva qeyd edir ki, həyatının böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamaqdan xoşbəxtdir: “Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin, iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir”.

Böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün qoyduğu irs və vəsiyyətlər oğul İlham Əliyev üçün nə qədər əzizdirsə, dəyərlərə sadiq, ailə kimi bir nemətə tutunan gəlin Mehriban Əliyeva üçün də bir o qədər müqəddəsdir. Ona görə də belə bir BÖYÜK ŞƏXSİYYƏTİN arzu və vəsiyyətlərini həyata keçirmək üçün ailə olmaq, ələ-ələ, çiyin-çiyinə durmaq Mehriban Əliyeva üçün bir mayak idi. O, özü ailə haqda "ailə mənim üçün, düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir" deyir:

“Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət edir. Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim - müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslanır. Onun başlıca missiyası - hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır. O, bu son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən, inamından və sevgisindən. İnanıram ki, xoşbəxt şəxsi ailə həyatı, sevgi və qarşılıqlı hörmət ab-havası da burada əvəzolunmaz rol oynayır”.

8 Noyabr tarixində bu sevgi, bu mehribanlıq və bu məsləkdaşlıq xarüqələr yaratdı. Öz məntiqi sonucuna vardı. Azərbaycan 30 ildən çox əsarətdə olan torpaqlarını, Ağdamını, Füzulisini, Cəbrayılını, Zəngilanını, Qubadlısını, Laçınını, Kəlbəcərini və nəhayət Qarabağın incisi, Azərbaycanın ürəyini Şuşasını azad etdi. Ürəklərə su səpildi, qürurumuz yerinə oturdu və o Böyük Zəfər birliyin, sevgilərin tərənnümünə çevrildi. Eyni zamanda 250 illik Qələbə möhtacı olan bir xalqı yenidən zirvələrə daşıdı.

44 günlük müharibədə və sonra onun yaralarının aradan qaldırıldığı digər vaxtlarda da biz Müzəffər Ali Baş Komandanın yanında, onun şəxsi mühafizəçisi kimi ən çətin yerlərdən turmuş, duyğulu, kövrək anlarına qədər xanım Mehriban Əliyevanı gördük. Böyük Zəfərin zərif təcəssümü olan Mehriban Əliyeva bir an belə öz ailəsibi, dövlət başçısı İlham Əliyevi yalnız buraxmadı. Onunla bərabər xalqının ən kövrək, acılı anlarında da, eyni zamanda qürurlu olan ŞƏHİD mərasimlərində, onların ailələrinə, övladlarına diqqətini də əsirgəmədi. Müzəffər KİŞİ qalibiyyət, zəfər əsərlərinə imza atdıqca, Mehriban Əliyeva müzəffər Qadın kimi xalqın içində bir ailə kimi yaraların sarınması ilə məşğul oldu.

Heydər Əliyev Fondunun Mehriban Əliyevanın təşəbbüsü ilə Şuşada düzənlədiyi “Xarıbülbül festivalı” isə 30 illik ağrı-acıdan sonra ZƏFƏR TÖRƏNİ idi. Bunu haqq eləyən Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və bu Böyük Zəfərin zərif təcəssümü Mehriban Əliyeva idi.

Qarşıda isə bizi mədəniyyət beşiyi, doğma diyarımız Qarabağda quruculuq, abadlıq işləri gözləyir. Azərbaycan sərhədlərini tam təmin etməyə gedən yolda Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəhməti nə qədər vacib və əhəmiyyətlidirsə, sərhədləri tam təmin edilmiş bir ölkənin, evin içərisini qurmaq, yaratmaq, gözəlləşdirmək missiyası isə öz xalqı ilə birlikdə o zərif, amma bir o qədər də möhkəm iradəli Mehriban Əliyevanın da üzərinə düşür. Amalınız mübarək olsun, əziz Mehriban xanım! Bu amalın, bu müqəddəs məqsədin həyata keçirilməsində Sizə möhkəm səhhət, uzun ömür, tükənməz güc-enerji arzulayırıq!

Oxunub: 618
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-12-2020, 17:52

Prezidentin Zəngəzur açıqlaması Ermənistanda müzakirələrə SƏBƏB OLDU

Xəbərlər

22-10-2020, 19:08

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib - SİYAHI

Xəbərlər

22-10-2020, 19:04

Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Manşet

4-10-2020, 23:12

Cəbrayılın işğaldan azad edilməsi

Manşet / Bioqrafiya

22-06-2018, 12:03

DAVATDAROVA Mina Müzəffər qızı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var
Körpənin qızdırmasını necə tez salmaq olar? - Hər ana bunu bilməlidir
İsrail İranda Ruhanini hakimiyyətə gətirmək istəyir
TƏCİLİ! Sergey Markov Rusiyada xarici agent elan edildi
Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
Rusiya Ermənistana qaz nəqlini DAYANDIRDI
Son xəbərlər
  • Dünən, 22:34
    Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var
  • Dünən, 21:29
    Körpənin qızdırmasını necə tez salmaq olar? - Hər ana bunu bilməlidir
  • Dünən, 20:29
    İsrail İranda Ruhanini hakimiyyətə gətirmək istəyir
  • Dünən, 19:07
    TƏCİLİ! Sergey Markov Rusiyada xarici agent elan edildi
  • Dünən, 18:01
    Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
  • Dünən, 17:22
    Rusiya Ermənistana qaz nəqlini DAYANDIRDI
  • Dünən, 16:34
    Qarayazıda qiyam, Polşada təhsil, Ankarada məmur – BİR PARTİZANIN HƏYAT HEKAYƏSİ
  • Dünən, 15:06
    Xərçəngin ilk siqnalları: diqqətli olun
  • Dünən, 14:37
    Azərbaycanla ərazi mübadiləsi ola bilər – Paşinyan
  • Dünən, 13:30
    Qəzzada müharibə nə vaxt bitəcək? – Netanyahu VAXT DEDİ
  • Dünən, 12:05
    Gündə nə qədər qarpız yemək olar?– Xəstələrə xəbərdarlıq
  • Dünən, 11:35
    Bakıda əsas problem aradan qalxır – Rekord say qeydə alındı
  • Dünən, 10:19
    30 minlik ordu Ukraynaya daxil ola bilər – Yeni plan
  • Dünən, 09:12
    İmmuniteti payıza necə hazırlamaq olar?
  • 21-08-2025, 22:23
    Gələcəkdə insanlar 5 bədən üzvünü itirəcəklər
  • 21-08-2025, 21:30
    Az su içmək hansı xəstəliklərə səbəb olur? - Susuzluğun zərərli təsirləri
  • 21-08-2025, 20:23
    Pezeşkianın İrəvanda namaz qıldığı məscid kimə məxsusdur? – AÇIQLAMA
  • 21-08-2025, 19:09
    Tramp Putin və Zelenski görüşünün təşkilindən imtina etdi — "The Guardian"
  • 21-08-2025, 18:53
    Qopmuş başı yerinə tikdilər - Tibb tarixində sensasiya
  • 21-08-2025, 17:39
    İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?
  • 21-08-2025, 16:44
    Hindistandan ABŞ-a TƏRS SİLLƏ: Dehli Rusiya ilə bağlı QƏRAR VERDİ
  • 21-08-2025, 15:36
    Şəkər xəstələrinə bu meyvələr olmaz - Tövsiyələr
  • 21-08-2025, 14:09
    Suriyadan Türkiyəyə qadağa: Rəsmən dayandırdılar
  • 21-08-2025, 13:12
    Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
  • 21-08-2025, 12:22
    Nəfəs darlığı nədən yaranır? - Hansı həkimə getməli?
  • 21-08-2025, 11:33
    Putin və Zelenski hansı ölkədə görüşə bilər?
  • 21-08-2025, 10:08
    Bu şəxslər imtahansız universitetə qəbul olacaqlar - DİM AÇIQLADI
  • 21-08-2025, 09:02
    Böyrək daşını salmağın ən asan yolu
  • 20-08-2025, 22:25
    Bu bürclər yaxşı xəbər eşidəcək, sevincdən ağlayacaqlar
  • 20-08-2025, 21:10
    Gecə yatmazdan əvvəl alma sirkəsi içməyin faydası
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə