Sentyabr ayının 15-də məktəblərin açılıb-açılması məsələsi hələ dəqiq deyil.
“Planlaşdırılan kimi sentyabrın 15-dən məktəblərdə dərslərə başlanması nəzərdə tutulur. Amma təbii ki, sentyabrın əvvəlində epidemioloji vəziyyətdən asılı olaraq yenə bu məsələyə baxıla bilər”.
Ölkə.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.
Ş.Mövsümov həmçinin şagirdlərin və onların valideynlərinin peyvəndlənməsi ilə bağlı tələb qoyulmadığını diqqətə çatdırıb.