“Rusiya tərəfi Əfqanıstanda ümummilli dialoqun tərəfdarıdır və taliblərin ölkənin siyasi qüvvələri ilə dialoqa hazır olmaları barədə bəyanatını alqışlayır”.
Kp.ru xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
O qeyd edib ki, Rusiya Federasiyası Əfqanıstan ərazisində milli dialoqun davam etdirilməsi üçün ən böyük perspektivə malik olan Moskva formatında işini bərpa etməyə hazırdır.
Rusiyalı nazir Talibanın Əfqanıstanın bütün ərazisinə hələ nəzarət etməməsinə diqqət çəkib:
“Taliblər hələ ki, Əfqanıstanın bütün ərazilərinə nəzarət etmir. Pəncşir dərəsindəki vəziyyətlə bağlı xəbərlər gəlir. Ancaq bu, mövqeyimizi daha da tutarlı edir. Bütün Əfqanıstanı vətəndaş müharibəsi bürüyəndə biz tərəfləri dialoqa çağırdıq. Taliblər Kabildə hakimiyyəti ələ keçirdikdən sonra da, biz eyni dialoqun tərəfdarıyıq – nümayəndəli demokratiya. Məhz bu, ölkə vətəndaşlarının maraqlarını təmsil edəcək”.