"Hər bir təyyarənin faydası var. Ancaq hər bir köməyi qəbul etmirik. Çünki 5 tondan aşağı su atan təyyarələr hava sahəsində izdiham yarada bilər. Buna nəzarət etmək çətindir".
Ölkə.Az-ın xəbərinə görə, bunu Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli bəzi yardım təkliflərinin rədd edilməsinin səbəbini açıqlayarkən deyib.
Xüsusilə Aralıq dənizi bölgəsində həyata keçirilən tədbirlərə qatılan beynəlxalq hava dəstək qruplarının istifadə etdiyi təyyarənin 5 tondan çox su ata biləcəyi əvvəlcədən açıqlanmışdı.
Yerli mətbuat Nazir Pakdemirlinin açıqlamasını sosial mediada yayılan şayiələrə və təxribat xarakterli informasiyalara cavab kimi qiymətləndirib.