• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu qidalar böyrək daşı yaradır
Müharibə genişlənir: ABŞ-ın hücum planı, İranın cavab taktikası - DETALLAR
Pezeşkiandan qonşu ölkələrin liderlərinə müraciət
Qəfil nəfəs tıxanması tromb əlaməti ola bilər
Türkiyəyə atılan raketlə bağlı detallar – İranın məqsədi nə olub?
Silahlı qruplar Tehrana girəcək - İranda “şəhər döyüşü” planı
Endokrinoloq yüksək qan şəkərinin gizli səbəblərini açıqladı
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başladı
İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi
Oruc tutarkən baş ağrıları niyə yaranır? - Nə etməli?
Yerin yoxa çıxan sirli dövrü: O bir milyard ildə nə baş verib?
Xurmanı limonla birlikdə yeməyin faydaları - Hər gün yesəniz...
Sabah hava necə olacaq? - PROQNOZ
İranla bağlı inanılmaz PLAN: Tramp kürd liderlərlə nə danışıb? – Barakdan sensasiya
Oruc tutanların diqqətinə! – Bu qidalardan uzaq durun!
Fransa da müharibəyə qoşuldu: İran PUA-larını vurdu
Kobaxidzedən Paşinyana: Bakı ilə əlaqələr...
Ağciyər xərçənginin müalicəsində yeni ümid: Alimlər xəstəliyin "zəif nöqtəsini" tapdılar
Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər
İsrail-İran müharibəsi: neftin qiyməti və dolların məzənnəsi dəyişir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

21 şəhərdə yanğın kabusu: Bu qədər təsadüf ola bilməz – Yanğınlar kimin işidir? - FOTO / ANBAAN VIDEO

Xəbərlər

30-07-2021, 20:16

21 şəhərdə yanğın kabusu: Bu qədər təsadüf ola bilməz – Yanğınlar kimin işidir? - FOTO / ANBAAN VIDEO


Ötən gün Manavqatda dörd nöqtədə başlayan yanğın ürəkləri yandırdı. Mərmərə alovlara büründü. Türkiyənin müxtəlif bölgələrində son üç gündə 13 əyalətdə 41 meşə yanğını təxribat şübhəsinə yol açıb.

Muğlanın Mərmərə mahalının Armutalan məhəlləsi Siteler mövqeyində meşə sahəsində dünən saat 13.11 -də yanğın baş verib. Alov küləyin təsiriylə 5 dəqiqə ərzində kilometrlərlə əraziyə yayılıb. Yanğına 14 su çiləyicisi, 6 su tankeri, 4 ilk müdaxilə vasitəsi, 6 vertolyot, 1 təyyarə, 6 xidmət maşını, 5 dozer, 5 qoşqu, 11 texniki heyət, 5 meşə mühafizə məmuru və 135 yanğınsöndürən işçi müdaxilə edib.

İçmələr məhəlləsindəki yanğından qaçmağa çalışarkən motosikletində qəza keçirən Şahin Akdəmir (25 yaş) alovlar içində can verib. Yanğın Siteler, Armutalan və Türban bölgələrindəki evlərə və otellərə də çatıb. Oyun oynayarkən yanğına səbəb olduğu iddia edilən 8 və 10 yaşlarında 2 uşaq Polis İdarəsinə aparılıb.

"Hazırda yaşayış yerlərində heç bir təhlükə yoxdur. Yanğın Bozburun yarımadasına doğru davam edir. Yanğının 3 fərqli nöqtədə başladığını hesab edirik. Eyni vaxtda bir neçə nöqtədə yanğın baş verdiyi üçün təxribat ehtimalı olduqca güclüdür", - CNN Türk-ə danışan Mərmərə Bələdiyyə başçısı Mehmet Oktay deyib.

MUĞLA-nın Bodrum mahalının sərhədlərinə yaxın olan Meşelik Məhəlləsi Kuyucak mövqeyində şam ağacları ilə örtülmüş meşə sahəsində dünən 14.30 radələrində yanğın başlayıb. Yanğın tez bir zamanda geniş bir əraziyə yayılıb. 5 ulduzlu 2 otelin bağçalarına qədər davam edən alovlara 8 su çiləyicisi, 6 yanğınsöndürən maşın və 40 meşə işçisi müdaxilə edib. Otellərə yayılan yanğından sonra alovlar avtomobil yolunu bürüyüb. Sahildə çıxılmaz vəziyyətdə qalan turistləri xilas etmək üçün bölgədəki tur gəmiləri və balıqçılar əraziyə gəlib. Bəzi gəmi sahibləri könüllü olaraq otellərdə qalan turistlərin təxliyəsinə dəstək veriblər.

Manavqatla yanaşı, dünən Kəpəz rayonunda ticarət mərkəzi, istixana və evlərin yaxınlığındakı kolluq sahəsində də yanğın baş verib. Yaşayış məntəqələrinin və istixana sahələrinin ortasındakı çəmənlikdə və kolluqlarda başlayan yanğın sürətlə böyüyüb. Antalya Böyükşəhər Bələdiyyəsi xilasetmə qruplarının sürətli müdaxiləsi nəticəsində yanğın daha da böyümədən söndürülüb. Bir şübhəli tutulub. Gündoğmuş rayonunda meşə yanğını nəzarət altına alınıb.

Ötən axşam Kozan meşə sahəsində başlayan yanğın dünən də davam edib. Bölgədəki bir çox yaşayış məntəqəsi alova bürünüb. Aladağ rayonunda əvvəlki axşam meşə sahəsində yanğın baş verib. Yanğın səbəbindən bəzi evlər ehtiyat tədbirləri üçün təxliyə edilib. Yanğın Karaisalı və İmamoğlu rayonlarının sərhədlərinə yayılıb.

Osmaniyədə 3 fərqli bölgədə meydana gələn yanğınlardan 2-si nəzarət altına alınıb. Yaşayış məntəqələrinə yayılan, evləri və bağları yandıran və tövlələrdə heyvanları tələf edən yanğından sonra saxlanılan 5 nəfərdən 2-si sərbəst buraxılıb. Məlum olub ki, 3 şübhəli daha əvvəl əkin üçün sahələri təmizləməkdə ittiham olunub.

Bir gün əvvəl Aydıncıkda başlayan yanğın şimal küləyinin təsiri ilə sürətlə artıb. Ehtiyat tədbiri olaraq 5 kənddə 202 ev təhlükəsizlik tədbirləri üçün boşaldılıb. Silifkənin Boğsak, İşıklı və Hırmanlı rayonlarında davam edən yanğın Yeşilovacık mahalına da yayılıb. Yanğınları söndürmək üçün bütün gecə fəaliyyət göstərilib.

Yəhyalı səmtindəki Aladağlar Milli Parkında bir gün əvvəl başlayan yanğın qismən nəzarət altına alınıb. Yanğın bölgəsində güclü külək işi çətinləşdirir.

Mərmərədə 3 ulduzlu 2 otel və 4 villa ehtiyat tədbirləri üçün təxliyə edilib. Ətrafdakı otellərdə qalan bəzi tətilçilər çamadanlarını götürüb könüllü olaraq gediblər.

Meşə yanğınlarından təsirlənən bölgə insanları üçün Manavqat və Mərmərədə bir çox dərnək, təşkilat və bələdiyyə kimi sosial yardım qrupları göndərilməklə bərabər KADIKÖY Bələdiyyəsi heyvanları da unutmayıb. Bələdiyyə baytarlıq idarəsinin qruplarını tibbi müdaxilə və qulluq üçün yanan bölgələrə göndərib.

İctimai Əlaqələr başqanı Fəxrəddin Altun son günlərdə ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları haqqında bunları deyib: "Prezidentimiz milli sərvətimiz olan meşələrimizdəki yanğınları söndürmək və zərərçəkən vətəndaşlarımızın yaralarını sarmaq üçün dövlətimizin bütün vasitələrini səfərbər etdi. Bütün qurumlarımız vətəndaşlarımızla birlikdə sahədə çalışmağa davam edir. Yanğınların səbəbləri ilə bağlı hərtərəfli araşdırmalara başlanılıb. Günahkarlar təbiətimizə və meşəmizə qarşı bu hücuma görə ən qısa zamanda cavab verəcəklər”.

Ədliyyə naziri Əbdulhəmid Gül Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınların Baş Prokurorluq tərəfindən araşdırıldığını bildirib. Bütün imkanlar diqqətlə araşdırılır və bütün əlaqədar qurumlar tərəfindən zəruri addımlar atılır. "Yanğınların mənbəyi və səbəbi Baş Prokurorluq tərəfindən ciddi şəkildə araşdırılır. Bütün ehtimallar diqqətlə araşdırılır və bütün əlaqədar qurumlar tərəfindən zəruri addımlar atılır”, - Gül Twitter-də yazıb.

Kənd Təsərrüfatı və Meşəçilik Naziri Bəkir Pakdəmirli, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf və Şəhərsalma naziri Murat Qurum Antalyanın Manavqat rayonunda yerləşən Meşə Yanğınsöndürmə Mərkəzində jurnalistlərə məlumat veriblər.

"3 təyyarə, 38 vertolyot, 472 çiləyici və 4 minlik heyətlə yanğınlarla mübarizə aparırıq. İlkin məlumatlarımıza görə, 150 baş iribuynuzlu, 1000 baş xırdabuynuzlu, 6 min hektar əkinçilik sahələrində və 500 dekar banan istixanalarında ziyan var”, - Pakdəmirli deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan nazirlərlə davamlı olaraq telefonla danışaraq məlumat alıb. Dövlətin yanğınları söndürmək üçün bütün vasitələrlə səfərbər olduğunu ifadə edən Ərdoğan vətəndaşların yanında olduqlarını ifadə edib.

CHP başqanı Kamal Kılıçdaroğlu Mərmərədəki yanğınla əlaqədar olaraq "Bu təxribatdırmı? Dövlət bunu mütləq müəyyən edəcək. Meşələrimiz, həyatını itirən vətəndaşlarımız, işçilərimiz və meşələrdə yaşayan canlıların bir-bir hesabı soruşulacaq. Bu işdə hamımız birik: Biz bir ürəyik. Bunu hamı bilsin”.

Alpər


21 şəhərdə yanğın kabusu: Bu qədər təsadüf ola bilməz – Yanğınlar kimin işidir? - FOTO / ANBAAN VIDEO
21 şəhərdə yanğın kabusu: Bu qədər təsadüf ola bilməz – Yanğınlar kimin işidir? - FOTO / ANBAAN VIDEO
21 şəhərdə yanğın kabusu: Bu qədər təsadüf ola bilməz – Yanğınlar kimin işidir? - FOTO / ANBAAN VIDEO

Oxunub: 1 258
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-02-2020, 18:45

SON DƏQİQƏ: Bakıda bina yanır - ANBAAN VİDEO

Gündəm

18-02-2020, 12:49

SƏDƏRƏK TİCARƏT MƏRKƏZİNDƏ YANĞIN

Xəbərlər

20-03-2019, 11:14

Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN: 12 nəfər...

Xəbərlər

26-10-2018, 01:06

SON DƏQİQƏ!!! İSTANBUL AYAGA QALXDI - Yanğınlar sürətlə yayılır: partlayışlar... - Video

Manşet / Gündəm / Xəbərlər

8-04-2018, 11:18

Uşaq bağçasında yanğın

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu qidalar böyrək daşı yaradır
Müharibə genişlənir: ABŞ-ın hücum planı, İranın cavab taktikası - DETALLAR
Pezeşkiandan qonşu ölkələrin liderlərinə müraciət
Qəfil nəfəs tıxanması tromb əlaməti ola bilər
Türkiyəyə atılan raketlə bağlı detallar – İranın məqsədi nə olub?
Silahlı qruplar Tehrana girəcək - İranda “şəhər döyüşü” planı
Son xəbərlər
  • Bu gün, 18:57
    Bu qidalar böyrək daşı yaradır
  • Bu gün, 17:01
    Müharibə genişlənir: ABŞ-ın hücum planı, İranın cavab taktikası - DETALLAR
  • Bu gün, 16:42
    Pezeşkiandan qonşu ölkələrin liderlərinə müraciət
  • Bu gün, 15:51
    Qəfil nəfəs tıxanması tromb əlaməti ola bilər
  • Bu gün, 14:06
    Türkiyəyə atılan raketlə bağlı detallar – İranın məqsədi nə olub?
  • Bu gün, 13:22
    Silahlı qruplar Tehrana girəcək - İranda “şəhər döyüşü” planı
  • Bu gün, 12:19
    Endokrinoloq yüksək qan şəkərinin gizli səbəblərini açıqladı
  • Bu gün, 11:23
    ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başladı
  • Bu gün, 10:45
    İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi
  • Bu gün, 09:10
    Oruc tutarkən baş ağrıları niyə yaranır? - Nə etməli?
  • Dünən, 22:34
    Yerin yoxa çıxan sirli dövrü: O bir milyard ildə nə baş verib?
  • Dünən, 21:01
    Xurmanı limonla birlikdə yeməyin faydaları - Hər gün yesəniz...
  • Dünən, 20:18
    Sabah hava necə olacaq? - PROQNOZ
  • Dünən, 19:56
    İranla bağlı inanılmaz PLAN: Tramp kürd liderlərlə nə danışıb? – Barakdan sensasiya
  • Dünən, 18:11
    Oruc tutanların diqqətinə! – Bu qidalardan uzaq durun!
  • Dünən, 17:09
    Fransa da müharibəyə qoşuldu: İran PUA-larını vurdu
  • Dünən, 16:30
    Kobaxidzedən Paşinyana: Bakı ilə əlaqələr...
  • Dünən, 15:17
    Ağciyər xərçənginin müalicəsində yeni ümid: Alimlər xəstəliyin "zəif nöqtəsini" tapdılar
  • Dünən, 14:05
    Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər
  • Dünən, 13:43
    İsrail-İran müharibəsi: neftin qiyməti və dolların məzənnəsi dəyişir?
  • Dünən, 12:26
    Damarları açır və öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzə ikili
  • Dünən, 11:33
    Ukraynadan hücum: Rusiyanın 5 gəmisi vuruldu
  • Dünən, 10:15
    İranda dəqiq zərbələr: növbə məscidlərindir?
  • Dünən, 09:04
    Həkim: cəmi 21 günə sağlamlığı yaxşılaşdıran üç sadə vərdiş
  • 3-03-2026, 22:44
    Sakitliyi ilə hər kəsi valeh edən 3 BÜRC
  • 3-03-2026, 21:47
    Quru öskürək nədən yaranır və evdə necə müalicə oluna bilər?
  • 3-03-2026, 20:34
    SEPAH ABŞ ordusunun itkilərini açıqladı: “Linkoln” geri çəkildi...
  • 3-03-2026, 19:29
    Yaxın Şərqin iqtisadi mərkəzlərinə zərbə endiriləcək - İran
  • 3-03-2026, 18:04
    Villebrand xəstəliyinin əlamətləri və müalicə yolları
  • 3-03-2026, 17:00
    İrana qarşı əməliyyat bir həftədən çox davam edəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə