• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İmmunitetin zəifləməsini göstərən – 6 əlamət
Azərbaycanda süni intellekt əsaslı “robot repetitor” hazırlanır
Gündə 5 qram: Duzu nə ilə əvəz etmək olar?
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Bir gündə üç uşaq ambulansda doğuldu - FOTO
Bu tərəvəz xərçəngdən qoruyur - Professor
Seul müdafiə xərclərini artırır: "Ağıllı ordu" yaradacaq
Tehrandan açıqlama: Bakı və İrəvan üçün ən səmərəli yol budur
Qəbizlik üçün bir stəkan kifayətdir - Prof. Dr. İbrahim Saraçoğludan
Ərdoğandan xəbərdarlıq: Qılınc qınından çıxsa...
Bakıda ödənişli xidmətlərin dəyəri artıb - Suraxanıda artım 36%-dən çox olub
Bu supermeyvə ürək və beyin sağlamlığını gücləndirə bilər
ABŞ və Rusiya bunu müzakirə edib: Enerji razılaşmaları...
Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
Dəriniz səpirsə, belə edin
Bermud üçbucağının sirri tapıldı: Elmi faktlar
Pakistanda silahlı hücum: 3 ölü, 17 yaralı
Əhaliyə xəbərdarlıq edildi: Avqustun 26-29-da...
Hər gün ağrıkəsici içsək nə olar? - Xəbərdarlıq
Putin Əliyevin dostu ilə danışmağa gedir – Supergüclərin Zəngəzur savaşı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Şuşa uğrunda DÖYÜŞLƏR BELƏ GEDİB

Xəbərlər

16-07-2021, 08:09

Şuşa uğrunda DÖYÜŞLƏR BELƏ GEDİB


"Modern War Institute”un saytında amerikalı mütəxəssislər Con Spenser və Harşana Qurhunun müəllifləri olduğu "Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ Müharibəsinin qaçırılan dərsləri” adlı məqalə dərc olunub.

Həmin məqaləni təqdim edirik:

"2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olub. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüşün gələcəyi üçün bir sıra iddialar ortaya qoydu: hərbi kampaniyalarda müharibənin şəhər xarakteri barədə açıq xatırlatmalar təklif etməsi bu müzakirələrdən tamamilə kənarda qalan bir məqamdır.

1988-1994 və 2014-cü illərdə Azərbaycan və Ermənistan arasında müasir dövrdə bölgədə bir neçə böyük döyüş əməliyyatları baş verib.

2020-ci ilin sentyabrında Azərbaycanın torpaqların azad edilməsi üçün həyata keçirdiyi əks-həmlə əməliyyatını dünya diqqətlə izlədi.

Müharibə ilə bağlı hesabat və təhlillərin əksəriyyəti Azərbaycan Ordusunun texnoloji üstünlüyü üzərində qurulub.

Müharibənin ən vacib döyüşü Şuşa şəhərində baş verdi. Şuşa azad olunduqdan sonra Ermənistan təslim oldu və işğal etdikləri ərazilərdən imtina edərək, məğlub tərəf kimi müqavilə bağladı.

Zirvədəki şəhər

Şuşa şəhəri və ətrafdakı on kənddən ibarət olan böyük Şuşa bölgəsi Dağlıq Qarabağın mərkəzində yerləşir.

Tez-tez "Azərbaycanın mədəniyyətinin beşiyi” kimi xarakterizə olunan Şuşada Azərbaycan ziyalıları, şairləri və yazıçıları məskunlaşıblar. Şuşada məscid və məqbərələr kimi bir çox mühüm mədəni abidələr yerləşir. Bir qala şəhəri olan Şuşada, həmçinin, bir sıra xristian dini abidələri (Qazançı kilsəsi, Kanaç Zam kilsəsi və b.) var.

Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal olundu. O zaman ərazidə 23 mindən çox azərbaycanlı olduğu təxmin edilir.

Döyüş zamanı və sonra şəhərin çox hissəsi dağıdıldı və Azərbaycan əhalisinin çoxu öldürüldü, qovuldu və ya didərgin düşdü. 2020-ci ildə müharibənin başlanğıcında şəhər əhalisinin təxminən 5 min etnik ermənidən ibarət olduğu bildirilir.

Şuşa bölgədəki digər şəhər və rayonların zirvəsində dayanır. Gözəl görünüşü və dağlıq ərazisi işğal olunmuş bütün rayonun nəzarət altında saxlanılması üçün strateji üstünlük verir.

Şəhər, həmçinin, nəhəng təbii qaladır. Üç tərəfdən, şəhərin kənarlarından hündür qayalar ucalır və şəhərin qərb kənarı boyu şimaldan cənuba yalnız böyük bir yol keçir.

2020-ci il müharibəsi zamanı həm Azərbaycan, həm də Ermənistan üçün, mübaliğəsiz, mədəni əhəmiyyətini və əsas coğrafi üstünlüyünü nəzərə alaraq, Şuşaya nəzarət etmək hər iki tərəfin ən əsas məqsədi idi.

2020-ci ildə şəhərin azad edilməsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri tanklardan istifadə edərək, təmas xəttində döyüşlərə başladı. Xüsusən qabaqcıl PUA-lar və uzaqmənzilli döyüş vasitələrindən istifadə zamanı Azərbaycanın hərbi üstünlüyü açıq şəkildə nümayiş etdirildi.

2020-ci il oktyabrında Dağlıq Qarabağın cənubundakı, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan təmas xəttini keçərək, quru qoşunlarını qərbə doğru irəlilətməyə başladı.

Oktyabr ayının ortalarında Azərbaycan ermənilərin nəzarətində olan Hadrutu azad etdi.

Oktyabrın 22-dək Azərbaycan Laçına 6 mil məsafəyə yaxınlaşdı.

Oktyabrın 28-30-da Şuşanı təcrid etmək və şəhərin müdafiəsini pozmaq üçün mövqe tutan 400 nəfərlik Azərbaycan xüsusi təyinatlı qüvvələri meşələr və yarğanlar arasında güclü müdafiə olunan Laçın dəhlizindən və ətraf kəndlərdən keçdilər. Məlumata görə, onlar şəhərə bir çox istiqamətdən daxil olublar və fərqli hədəflərə yaxınlaşmaq üçün 100 nəfərlik qruplara bölünüblər.

Ermənilər Azərbaycan qüvvələrinin əsas yollardan hücum edəcəklərini gözləyirdilər. Lakin əsgərlərin çoxu atəş dəstəyi olmadan ermənilərin qorumadığı dik qayalıqlara dırmaşdılar.

Qaranlıq, davam edən Laçın hücumları və müdafiəçilərin uğursuz xəyalları Azərbaycan xüsusi təyinatlı qüvvələrinin görünməz meşələr və dağlıq ərazilərlə Şuşa müdafiəsini qırmaq üçün qərarlı hərəkət etmələrini təmin etdi.

Noyabrın 4-də Azərbaycan piyada qoşunlarının Şuşanın cənubundakı Daşaltı kəndi yaxınlığında olan yol uğrunda döyüşdükləri barədə xəbərlər gəldi. Həmin günə qədər Azərbaycan silahlı qüvvələri Şuşanın cənubundakı dağ silsiləsini və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrini də azad etmişdilər.

Noyabrın 5-də axşam saatlarında Azərbaycan xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyənləri təcrid etdilər. Bu, şəhərin ən azı üç əsas istiqamətdən açıq şəkildə mühasirəyə alındığı üçün Şuşaya az miqdarda yardım gələcəyi demək idi.

Noyabrın 6-da Azərbaycan qoşunları şəhərin kənarına çatdı. Səhər tezdən Şuşanın müdafiəsinin təşkilinə cavabdeh olan hərbi komandir təyin edilmiş Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Arqişti Kyaramyanın şəhəri tərk etməsi barədə xəbərlər yayıldı.

Kyaramyanın gedişi barədə xəbərlər yayılandan az sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Şəhərə daxil olduqdan sonra, ermənilərin gücləndirilməsinin və ya təchiz edilməsinin qarşısını almaq üçün şəhərin ətrafında əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Digər əsgərlər də uğurla Şuşanın cənubundakı kənd olan Daşaltını tutdular və dərhal Şuşaya gedən əsas yola çıxışı təmin etdilər.

Azərbaycan qüvvələri şəhərə girməyə başladıqda, müdafiə olunan erməniləri yaxın məsafədən ağır küçə döyüşlərinə cəlb etdilər. Şəhərdəki erməni qüvvələrinin zirehli texnika və ağır toplarla birlikdə iki mindən çox əsgərdən ibarət olduğu bildirilirdi.

Noyabrın 7-də ərazini dumanlı hava bürüdü. Bu, Azərbaycan qüvvələrinin müharibə boyu onlara bu cür üstünlük qazandıran havadan müşahidə və zərbə qurğularının istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

Əlverişsiz hava şəraiti, "BayraktarTB2” pilotsuz uçan aparatlarının istifadəsinə mane oldu və Ermənistan silahlı qüvvələrinin zirehli maşınlarından – "T-72” tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından şəhər içərisindəki əks hücumlarda maksimum istifadəsini təmin etdi.

Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və üç erməni əks hücumunu dəf etdikdən sonra hücumda geri çəkildilər, Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək, erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüş sonda binadan binaya yaxın döyüşə çevrildi.

Noyabrın 8-i səhər ermənilər bütün gecə boyunca Şuşanı əhatə edən cəbhə xətti boyu intensiv döyüşlərin getdiyini bildirdi.

9 Noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarəti elan etdi, bu xəbər əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq noyabrın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın azad etdiyi Dağlıq Qarabağın bütün bölgələrini - Şuşa da daxil olmaqla təslim olduğunu bildirən sənəd imzaladı.

Şuşanın azad edilməsi Azərbaycan üçün böyük bir strateji qələbə idi və nəticədə, müharibənin nəticəsini həll etdi.

Qarabağ müharibəsini qazanan yalnız PUA-lar deyildi. Şəhər müharibəsi həm də yalnız piyada döyüşü deyil. Müharibənin həlledici əməliyyatı, Şuşanın fiziki olaraq ələ keçirilməsi, həm formalaşma, həm də həlledici əməliyyatlarda xüsusi əməliyyat qüvvələrini, atəşləri, zirehləri, mühəndisləri və piyadaları gücləndirən birləşmiş silah qabiliyyətlərini tələb etdi.

Sadə dillə desək, quru qüvvələrindən ərazini ələ keçirmək və saxlamaq üçün bir çox başqa bacarıq tələb edirdi.

2020-ci ildə Şuşanı azad edən Azərbaycan qüvvələri onu qətiyyətli erməni əks-hücumlarından qoruya bilməsəydilər, əldə etdikləri üstünlükləri itirmiş olardılar.

Şuşa uğrunda gedən döyüş də göstərir ki, qələbə üçün geniş təsəvvür və müharibə oyunlarını da əhatə edən müdafiə planlarına sahib olmaq lazımdır”.

Mənbə: Qafqazinfo.az

Oxunub: 520
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-04-2021, 20:48

Paşinyandan gözlənilməz ŞUŞA ETİRAFI

Xəbərlər

25-10-2020, 00:30

"Putin Azərbaycanın qələbəsini öncədən bilirdi. Müharibə bitir..." - SENSASİON AÇIQLAMA

---

26-09-2018, 22:45

TƏCİLİ!!! Paşinyan BMT tribunasından Azərbaycana MÜHARİBƏ ELAN ETDİ - Dünya şokda!!!

Manşet / Gündəm / Xəbərlər

12-05-2018, 10:14

Atəşkəsin 24 ili

Manşet / Gündəm / Xəbərlər

9-05-2018, 14:34

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 26 il ötür.

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İmmunitetin zəifləməsini göstərən – 6 əlamət
Azərbaycanda süni intellekt əsaslı “robot repetitor” hazırlanır
Gündə 5 qram: Duzu nə ilə əvəz etmək olar?
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Bir gündə üç uşaq ambulansda doğuldu - FOTO
Bu tərəvəz xərçəngdən qoruyur - Professor
Son xəbərlər
  • Bu gün, 09:03
    İmmunitetin zəifləməsini göstərən – 6 əlamət
  • Dünən, 22:50
    Azərbaycanda süni intellekt əsaslı “robot repetitor” hazırlanır
  • Dünən, 21:21
    Gündə 5 qram: Duzu nə ilə əvəz etmək olar?
  • Dünən, 20:14
    İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
  • Dünən, 19:48
    Bir gündə üç uşaq ambulansda doğuldu - FOTO
  • Dünən, 18:37
    Bu tərəvəz xərçəngdən qoruyur - Professor
  • Dünən, 17:30
    Seul müdafiə xərclərini artırır: "Ağıllı ordu" yaradacaq
  • Dünən, 16:03
    Tehrandan açıqlama: Bakı və İrəvan üçün ən səmərəli yol budur
  • Dünən, 15:15
    Qəbizlik üçün bir stəkan kifayətdir - Prof. Dr. İbrahim Saraçoğludan
  • Dünən, 14:24
    Ərdoğandan xəbərdarlıq: Qılınc qınından çıxsa...
  • Dünən, 13:55
    Bakıda ödənişli xidmətlərin dəyəri artıb - Suraxanıda artım 36%-dən çox olub
  • Dünən, 12:38
    Bu supermeyvə ürək və beyin sağlamlığını gücləndirə bilər
  • Dünən, 11:28
    ABŞ və Rusiya bunu müzakirə edib: Enerji razılaşmaları...
  • Dünən, 10:44
    Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
  • Dünən, 09:14
    Dəriniz səpirsə, belə edin
  • 25-08-2025, 22:18
    Bermud üçbucağının sirri tapıldı: Elmi faktlar
  • 25-08-2025, 20:33
    Pakistanda silahlı hücum: 3 ölü, 17 yaralı
  • 25-08-2025, 19:00
    Əhaliyə xəbərdarlıq edildi: Avqustun 26-29-da...
  • 25-08-2025, 18:21
    Hər gün ağrıkəsici içsək nə olar? - Xəbərdarlıq
  • 25-08-2025, 17:54
    Putin Əliyevin dostu ilə danışmağa gedir – Supergüclərin Zəngəzur savaşı
  • 25-08-2025, 16:36
    Pezeşkiandan Putinə: “Paşinyan mənə dedi ki, Azərbaycan…”
  • 25-08-2025, 15:01
    Ayaqda qəfil yaranan ağrı ciddi sağlamlıq probleminin əlaməti ola bilər
  • 25-08-2025, 14:25
    Paşinyan ermənilərə: Artıq bundan əl çəkin
  • 25-08-2025, 13:30
    Bu ölkədən təhdid: Hədəfimiz Türkiyədir
  • 25-08-2025, 12:15
    Arıqlamaq əvəzinə kökəlirsiniz - Bu 5 SƏHVLƏ
  • 25-08-2025, 11:21
    "Sədərək"də sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
  • 25-08-2025, 10:17
    Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok
  • 25-08-2025, 09:08
    Yay istisi böyrəkləri "vurur" - Daş əmələ gəlməsinə diqqət yetirin
  • 24-08-2025, 21:06
    İt dirsəyi üçün praktik və təbii həllər
  • 24-08-2025, 20:29
    Sərhəddə təxribat xəbəri ajiotaj yaratdı: İki ölkənin ordusu hərəkətə keçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə