• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ankara razılaşdı, Kremldə narahatlıq başladı – Türk ordusu bu tapşırığı gözləyir
Azərbaycan 3 ölkəni “məğlub etdi” – Regionda gözlənilməz gəlişmə
İmmunitetin zəifləməsini göstərən – 6 əlamət
Azərbaycanda süni intellekt əsaslı “robot repetitor” hazırlanır
Gündə 5 qram: Duzu nə ilə əvəz etmək olar?
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Bir gündə üç uşaq ambulansda doğuldu - FOTO
Bu tərəvəz xərçəngdən qoruyur - Professor
Seul müdafiə xərclərini artırır: "Ağıllı ordu" yaradacaq
Tehrandan açıqlama: Bakı və İrəvan üçün ən səmərəli yol budur
Qəbizlik üçün bir stəkan kifayətdir - Prof. Dr. İbrahim Saraçoğludan
Ərdoğandan xəbərdarlıq: Qılınc qınından çıxsa...
Bakıda ödənişli xidmətlərin dəyəri artıb - Suraxanıda artım 36%-dən çox olub
Bu supermeyvə ürək və beyin sağlamlığını gücləndirə bilər
ABŞ və Rusiya bunu müzakirə edib: Enerji razılaşmaları...
Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
Dəriniz səpirsə, belə edin
Bermud üçbucağının sirri tapıldı: Elmi faktlar
Pakistanda silahlı hücum: 3 ölü, 17 yaralı
Əhaliyə xəbərdarlıq edildi: Avqustun 26-29-da...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Vilayət Eyvazov böyük savaşa START VERDİ – Nazirə qarşı DƏHŞƏTLİ QARA PİAR APARILACAQ

Xəbərlər

13-07-2021, 15:22

Vilayət Eyvazov böyük savaşa START VERDİ – Nazirə qarşı DƏHŞƏTLİ QARA PİAR APARILACAQ


Sosial şəbəkələrdə son günlər DİN-in apardığı narkotikə qarşı mübarizənin güclənməsindən doğan dəstək kampaniyası diqqət çəkir və maraqlı bir sual yaradır:

Niyə bu kampaniya aparılır və yaxud aparılmalıdır? Buna nə ehtiyac var?

Azərbaycana qarşı narkosavaş

KAİM.az xəbər verir ki, narkotik ticarətinin son aylar xüsusilə pik həddə çatdığını bir müddətdir bütün siyasi xadimlər, millət vəkilləri və ictimaiyyət nümayəndələri ciddi narahatlıqla ifadə edirdilər. Sosial şəbəkələrdə, feyk profillər vasitəsilə aparılan satışların ölkəmizin gələcəyi üçün necə bir təhlükə yaratdığını təsəvvür etmək çətin deyil. Buna qarşı DİN-in apardığı mübarizə də bəzi hallarda ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı. Arqumentlərdən biri isə o idi ki, bu cür böyük və total narko-hücumun qarşısında DİN-in müqaviməti yetərli deyil.

Yetərli olmamasının bir səbəbi isə hücum edənlərin “qaçan İP”-dən və çox ucuz, əlçatan qiymətdən istifadə etməsidir. Belə ki, feyk profillərin açılması, satış reklamı və bağlanması arasında o qədər qısa fərq olur ki, DİN peşəkarlarının o ünvanları müəyyənləşdirmə və əməliyyat qurma fürsəti əldən çıxır. Buna görə də bir çox millət vəkili və ictimaiyyət nümayəndəsi sosial şəbəkələrdə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə aparılmasını və bu sahədə müəyyən tənzimləmələr həyata keçirilməsini alternativ kimi irəli sürürdülər.

Son aylar narkotik hücumunun səbəbləri sırasında isə Azərbaycanın tarixi zəfəri, Azərbaycan gəncliyinin və dövlətinin qüdrəti göstərilirdi. Azərbaycan yeganə dövlətdir ki, son onillər ərzində torpaq münaqişəsini öz ərazi bütövlüyü çərçivəsində həll etməyə nail olub. Üstəlik, nəzarətsiz, narkotik tranziti üçün münbit şərait yaradan işğaldakı torpaqlar artıq nəzarətə götürülüb. Bu ərazilərdəki narkotik plantasiyaları DİN-in keçirdiyi əməliyyatlarla məhv edilir, sərhədlərin bərpası və Dövlət Sərhəd Xidmətinin sərhədlərimizi tam nəzarətə götürməsi ilə narkoticarətə ağır zərbə endirilir.

Narkotacirlər artıq silaha əl atır

Bu proseslərin nəticəsidir ki, narkotacirlərin artıq aqressivləşdiyini müşahidə edirik. Azərbaycanın xüsusilə İranla sərhədində vaxtaşırı olaraq narkotik alverçilərinin yaxalanması ilə bağlı xəbərlər yayılır. Adətən narkotik alverçiləri sərhədçilərimizə tuş gəldikləri halda daşıdığı yükü atıb qaçmağa üstünlük verirdilər. Ancaq son vaxtlar narkotacirlərin və yaxud narkokuryerlərin silahlı müqaviməti müşahidə edilir. Hətta sərhəd pozucuları olan narkokuryerlər avtomat silahlardan belə istifadə edirlər. Bunun nəticəsində bir müddət öncə DSX-nın iki əsgəri şəhid oldu, yaralananlar da var.

Bu, Azərbaycanın narkotikə qarşı mübarizəsinə artıq silahlı müqavimət deməkdir. Narkotacirlər gəlirlərinin kəsildiyini görərək, qarşıdurmalara və savaşa getməkdən belə çəkinmirlər.

Paralel olaraq ölkə daxilində ən müxtəlif variantlardan istifadə edərək, gənclərin zəhərlənməsinə çalışırlar ki, bu artıq dövlətçiliyimizə qarşı planın tərkib hissəsi təsiri bağışlayır.

Vilayət Eyvazov açıq savaş elan etdi

Son 10 gündə DİN-in həyata keçirdiyi misilsiz əməliyyatlarla çoxsaylı narkotik alverçisi ələ keçirilib. DİN-in bu istiqamətdə apardığı olduqca uğurlu əməliyyat isə prosesin arxasında birbaşa general-polkovnik Vilayət Eyvazovun dayandığını təsdiqləyir. Bəzi mənbələrin verdiyi məlumata görə, V.Eyvazov narkotikə qarşı ən amansız mübarizə aparılması göstərişini verib və əməliyyatları da birbaşa nəzarətdə saxlayır.

Nazirə qarşı kampaniya başlayacaq

Sosial şəbəkələrdə DİN-in bu əməliyyatına qarşı narkotacirlərin göstərəcəyi müqavimətin fərqli formalarda olacağı haqda artıq siqnallar görünməkdədir. Belə ki, DİN-in ictimaiyyət arasındakı hazırkı nüfuzunu ləkələmək, bu strukturdakı müəyyən nöqsanları şişirtmək və bundan nazir əleyhinə istifadə etmək, eyni zamanda, DİN rəhbərliyinə qarşı qara piar əməliyyatının aparılacağı istisna edilmir. Bütün bu kampaniyalarda hədəf isə DİN-in narkotirarətə qarşı mübarizəsini ikinci plana keçirməkdir.

İctimai dəstəyə necə nail olmalı?

Adicə bir fakt: əgər 10 gün bundan öncə sosial şəbəkələrdə narkotik satışı az qala “hər addımda” qarşına çıxırdısa, indi sanki qurbağa gölünə daş atılıb. Bu isə onu deməyə əsas verir ki, DİN-in çox uğurlu əməliyyatları narkotik alverçilərini həyəcanlandırıb və onları “gözləmə mövqeyinə” çəkilməyə vadar edib. Bunun çox davam edəcəyini düşünmək isə mümkün deyil.

Böyük ehtimalla, narkotacirlərin və onların himayədarlarının bir müddətdən sonra antitəbliğat kampaniyası başlayacaq.

Və beləliklə, başda verdiyimiz sualın cavabı: İctimai və siyasi xadimlər, millət vəkillərinin artıq indidən DİN-ə dəstək olmağa çalışmasının səbəbi budur və alqışlanasıdır.

Eyni zamanda, medianın da bu istiqamətdə DİN-in yanında olması, mümkün informasiya təxribatlarına hazırlaşması vacibdir.


P.S: Ailehekimiklinikasi.az olaraq Daxili İşlər naziri Vilayət Eyvazovun başçılığı ilə narkotacirlərə qarşı aparılan mübarizədə dəstəyimizi tam ifadə edirik.

Oxunub: 1 287
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-04-2021, 07:50

Türk serialında Azərbaycana qarşı hörmətsizlik - FOTOFAKT

Maraqlı

3-06-2020, 18:41

Sosial şəbəkələrdə yayılan bu şəkil gündəm oldu - FOTO

Xəbərlər

20-08-2019, 18:35

Vilayət Eyvazov yeni polis rəisi TƏYİN ETDİ

Xəbərlər

6-08-2019, 17:20

"Savaşa başlamağımız üçün ciddi səbəblərimiz olub..." - Millət vəkilindən AÇIQLAMA

Manşet / Gündəm / Xəbərlər

10-07-2018, 09:57

Prezident hansı məmurların işdən çıxarılacağını açıqladı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ankara razılaşdı, Kremldə narahatlıq başladı – Türk ordusu bu tapşırığı gözləyir
Azərbaycan 3 ölkəni “məğlub etdi” – Regionda gözlənilməz gəlişmə
İmmunitetin zəifləməsini göstərən – 6 əlamət
Azərbaycanda süni intellekt əsaslı “robot repetitor” hazırlanır
Gündə 5 qram: Duzu nə ilə əvəz etmək olar?
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Son xəbərlər
  • Bu gün, 11:24
    Ankara razılaşdı, Kremldə narahatlıq başladı – Türk ordusu bu tapşırığı gözləyir
  • Bu gün, 10:11
    Azərbaycan 3 ölkəni “məğlub etdi” – Regionda gözlənilməz gəlişmə
  • Bu gün, 09:03
    İmmunitetin zəifləməsini göstərən – 6 əlamət
  • Dünən, 22:50
    Azərbaycanda süni intellekt əsaslı “robot repetitor” hazırlanır
  • Dünən, 21:21
    Gündə 5 qram: Duzu nə ilə əvəz etmək olar?
  • Dünən, 20:14
    İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
  • Dünən, 19:48
    Bir gündə üç uşaq ambulansda doğuldu - FOTO
  • Dünən, 18:37
    Bu tərəvəz xərçəngdən qoruyur - Professor
  • Dünən, 17:30
    Seul müdafiə xərclərini artırır: "Ağıllı ordu" yaradacaq
  • Dünən, 16:03
    Tehrandan açıqlama: Bakı və İrəvan üçün ən səmərəli yol budur
  • Dünən, 15:15
    Qəbizlik üçün bir stəkan kifayətdir - Prof. Dr. İbrahim Saraçoğludan
  • Dünən, 14:24
    Ərdoğandan xəbərdarlıq: Qılınc qınından çıxsa...
  • Dünən, 13:55
    Bakıda ödənişli xidmətlərin dəyəri artıb - Suraxanıda artım 36%-dən çox olub
  • Dünən, 12:38
    Bu supermeyvə ürək və beyin sağlamlığını gücləndirə bilər
  • Dünən, 11:28
    ABŞ və Rusiya bunu müzakirə edib: Enerji razılaşmaları...
  • Dünən, 10:44
    Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
  • Dünən, 09:14
    Dəriniz səpirsə, belə edin
  • 25-08-2025, 22:18
    Bermud üçbucağının sirri tapıldı: Elmi faktlar
  • 25-08-2025, 20:33
    Pakistanda silahlı hücum: 3 ölü, 17 yaralı
  • 25-08-2025, 19:00
    Əhaliyə xəbərdarlıq edildi: Avqustun 26-29-da...
  • 25-08-2025, 18:21
    Hər gün ağrıkəsici içsək nə olar? - Xəbərdarlıq
  • 25-08-2025, 17:54
    Putin Əliyevin dostu ilə danışmağa gedir – Supergüclərin Zəngəzur savaşı
  • 25-08-2025, 16:36
    Pezeşkiandan Putinə: “Paşinyan mənə dedi ki, Azərbaycan…”
  • 25-08-2025, 15:01
    Ayaqda qəfil yaranan ağrı ciddi sağlamlıq probleminin əlaməti ola bilər
  • 25-08-2025, 14:25
    Paşinyan ermənilərə: Artıq bundan əl çəkin
  • 25-08-2025, 13:30
    Bu ölkədən təhdid: Hədəfimiz Türkiyədir
  • 25-08-2025, 12:15
    Arıqlamaq əvəzinə kökəlirsiniz - Bu 5 SƏHVLƏ
  • 25-08-2025, 11:21
    "Sədərək"də sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
  • 25-08-2025, 10:17
    Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok
  • 25-08-2025, 09:08
    Yay istisi böyrəkləri "vurur" - Daş əmələ gəlməsinə diqqət yetirin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə