• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Orqanizminizdə iltihab varsa qəhvə için
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
Putindən inanılmaz: Sona yaxınlaşırıq!
Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
Ən təhlükəli qida allergenləri - SİYAHI
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakıda erməni diversantlara kəsilən cəza HAMINI TƏƏCCÜBLƏNDİRDİ

Xəbərlər

3-07-2021, 01:10

Bakıda erməni diversantlara kəsilən cəza HAMINI TƏƏCCÜBLƏNDİRDİ


Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünə hökm oxundu.

Xatırladaq ki, Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə mühakimə olunurdular.
Prokuror bugünkü məhkəmə iclasında çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib.
Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən digər maddələrin ittihamdan xaric edilməsini istəyib.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi başa çatar-çatmaz erməni diversantlara humanist cəzalar təyin olunması sosial şəbəkələrdə müzakirəyə çıxarıldı.
Təbiidir, cəmiyyət üçün həssas məsələdir və odur ki, dərhal da buna soyuq təhlillər verilməsi zərurəti vardır. Təbii, məhkəmə hüquqi aspektləri əsas tutaraq hökm verib.


Ancaq heç şübhısiz ki, indiki həssas durumda məsələyə həm də siyasi və regional aspektlərdən yanaşma da doğru sayılır.

Öncə ona diqqət edək ki, Azərbaycan tərəfi bu məhkəmə prosesində bütün istəklərinə nail olub.
Əvvəla, məhkəmə prosesində Ermənistanın hərbi-siyasi rəhbərliyinin – cinayətkar rejim və dairələrin ölkəmizə qarşı davamlı olaraq aparmış olduqları terrorçuluq, təxribat hərəkətləri məhkəmədə təkzibedilməz sübutlarla təsdiq edildi. Məhkəmə zamanı şahid və təqsirlədirilənləri ifadəsi bunları bir daha sübuta yetirdi. Məhkəmə hökmü o deməkdir ki, Ermənistan beynəlxalq arenada artıq rəsmi sənədlə, sübutlarla terrorçu dövlət kimi xarakterizə ediləcək.
Yəni tarixən bizə məlum olan faktlar məhkəmədə bir daha öz təsdiqini tapdı və de-yure dünyaya bəyan ediləcək şəkildə arxiv formalaşdırıldı. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində də Ermənistanın hərbi-siyası rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı, bəzilərini həyata keçirməyə cəhd etdiyi, qismən və müəyyən dərəcədə reallaşdıra bildiyi terror mahiyyətli cinayət əməlləri tam sübut edildi.
Ən vacib məqam ondan ibarətdir ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətdiyi və sübut olunan, erməni diversantların dilindən səslənən ifadələrlə təsbit edilən cinayət əməllərinə görə ayrıca bir cinayət işi başlanacaq. Belə ki, bunu üçün prokurorun vəsatəti əsasında məhkəmə xüsusi qərardad çıxarıb və prokurorluğa göndərilib.
Paralel olaraq məhkəmədə mühakimə olunan, hökm oxunan şəxslərə rəhbərlik etmiş Ermənistan Respublikasının vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxsləri barəsində beynəlxalq axtarış da artıq elan edilib.
Həmçinin, məhkəmə prosesinin gedişində də aşkara çıxdı ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər. Bunu diversantlar ifadələrində təkrar-təkrar, xüsusi vurğu ilə deyir və çalışırdılar ki, protokola düşməsinə nail olsunlar. Onlar məhkəmə iclaslarında verdikləri sərbəst ifadələrində deyirdilər ki, onlar Qarabağda xidmətə zorla, ölümlə, həbslə təhdid edilərək göndəriliblər. Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Hətta diversantlar imdad diləyərək bildirirdilər ki, Azərbaycan xalqına və Ordusuna qarşı hər-hansı cinayət törətmək niyyətləri, istəkləri olmayıb, buna zorən, ağır təhdidlərlə məcbur ediliblər.
Mühakimə olunan ermənilərlə bağlı bir məqam da diqqəti cəlb etdi. Onların anket məlumatları dəqiqləşdirilərkən üzə çıxırdı ki, demək olar ki, hamısı işsiz, ağır sosial şəraitdə yaşayan ermənilərdir. Bəziləri hamballıq, ağır işlərdə çalışmaq üçün dəfələrlə xarici ölkələrə gediblər, minimum ehtiyaclarını ödəmək üçün ən çətin işləri görüblər.
Bunu qeyd etməyimiz əbəs deyil. Çünki ermənilərin bu açıqlamaları bir daha təsdiqləyir ki, Ermənistanda sosial vəziyyət bizə bəlli olduğundan da pisdir, insanların əksəri yavan çörək üçün sözün əsl mənasında mücadilə edirlər. Bu, hələ müharibəyə qədər olan dövrdür. Müharibədə darmadağın olmuş Ermənistandakı indiki durumu təsəvvür etmək belə mümkün deyil...
Bu məhkəmə prosesi həm də erməni xalqına bir dərs oldu: Ermənistan rəhbərliyinin məkrli, bütün bəşəri dəyərlərə zidd əməlləri nəticəsində əksəri gənc olan şəxslər qurbanlıq kimi istifadə olunublar, sonda da məhkəmə qarşısında cavab verdilər!

Bu diversantlar faktiki olaraq bədbəxt, yazıq edilmiş erməni xalqının nümayəndələridir, onlar hətta bunu göz yaşları içində özləri etiraf edirdi.
Azərbaycan dövləti hər zaman bəyan edib ki, bizim məqsədimiz erməni xalqı ilə düşmənçilik aparmaq deyil. Ermənistanın hərbi-siyasi canilərinin cəzalandırılmasına və əməllərinin ifşasına nail olmaqdır. Həmçinin, qalib Azərbaycan öz məğrurluğunu, eyni zamanda humanizmini əsirgəməyib.
Həm diversantların məhkəmə prosesində Azərbaycan öz məqsədlərinə tam çatması, eyni zamanda daim humanizmə üstünlük verməsi, eyni zamanda bundan sonrakı mərhələdə - post-müharibə dövründə bölgədə sülh tərəfdarı olması səbəbindən öz prinsiplərinə sadiq qalıb.

Bu, bölgədə davamlı və dayanıqlı sülh istəyən Azərbaycanın daha bir jesti və həm Ermənistana, həm də dünyaya sülh mesajıdır!
Ümid edək ki, Ermənistan xalqı bundan özü üçün nəticələr çıxarmağa çalışacaq, ölkə rəhbərliyi isə uzun illər apardığı məkrli siyasətdən əl çəkməyə, regionda sabitliyin bərqərar olmasına doğru addımlar atacaq. Azərbaycan bu yöndə daha bir töhfəsini verdi...

Oxunub: 2 356
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-05-2021, 11:10

10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun məhkəmədən FOTOSU

Xəbərlər

5-11-2019, 20:29

Bu görüntülər Azərbaycan həbsxanasında çəkilib - VİDEODAKI Erməni kəşfiyyatçısıdır

Manşet / Gündəm / Xəbərlər

21-07-2018, 10:59

AZTV sədrini öldürmək istəyənlərə hökm oxundu

Manşet / Gündəm / Xəbərlər

27-04-2018, 08:10

Voleybolçunu öldürən şəxsə prokuror 20 il cəza istəyib - FOTO

Manşet / Gündəm / Xəbərlər

20-04-2018, 12:02

Onuncu sinif şagirdinə hökm oxundu

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Orqanizminizdə iltihab varsa qəhvə için
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Son xəbərlər
  • Bu gün, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • Dünən, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • Dünən, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • Dünən, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • Dünən, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • Dünən, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • Dünən, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
  • Dünən, 13:15
    BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
  • Dünən, 12:46
    Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
  • Dünən, 11:32
    Putindən inanılmaz: Sona yaxınlaşırıq!
  • Dünən, 10:24
    Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
  • Dünən, 09:00
    Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
  • 31-08-2026, 21:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • 31-08-2026, 20:26
    Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
  • 31-08-2026, 18:31
    Ən təhlükəli qida allergenləri - SİYAHI
  • 31-08-2026, 17:49
    Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
  • 31-08-2026, 16:34
    Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
  • 31-08-2026, 15:21
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • 31-08-2026, 14:05
    İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
  • 31-08-2026, 13:44
    Sentyabrda hava necə olacaq? - Proqnoz
  • 31-08-2026, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • 31-08-2026, 11:38
    “Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
  • 31-08-2026, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • 31-08-2026, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • 30-08-2026, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • 30-08-2026, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • 30-08-2026, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • 30-08-2026, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • 30-08-2026, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • 30-08-2026, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə