"Belə ki, “Gentamicin” antibiotik içməyə təyin edilib. Halbuki bu qrup antibiotiklər içməyə təyin edilə bilməz. Digər gördüyünüz balaca paketlər: "Luminal" qıcolma əleyhinə vasitədir, onu da körpəyə yatması üçün yazıblar, "Mezim forte" isə həzm dərmanıdır, böyüklər üçündür; probiotiklər, qulaq damcısi, göz damcısı, qaraciyər dərmanı və s... Ağıla gələn, gəlməyən nə varsa, yazıb".
Pediatr deyib ki, əslində uşaqda olan ağrı heç bir müalicə ehtiyacı olmayan, 3 ayından sonra öz-özünə zamanla keçəcək bir problemlərdir.
G.Rəsulova ehtiyac olmadığı halda 2 aylıq körpəni bu qədər zərərli dərmanla yükləməyə qəti etirazını bildirib.