“Ermənilər bu gün ABŞ və Rusiyadan Qaragöllə bağlı zərbə aldılar”.
Bu barədə KONKRET.az-a açıqlamasında Bakı politoloqlar Klubunun rəhbəri, siyasi şərhçi Zaur Məmmədov fikir səsləndirib. O bildirib ki, ABŞ Dövlət Departamenti erməni saytının “niyə Departament əraziləri mübahisəli ərazilər adlandırıb ” sualına cavab verib: “Dövlət Departamenti qeyd edib ki, həmin ərazilərdə sərhədlərin müəyyənləşməsinə ehtiyac var və onlar dialoqu alqışlayırlar.
Rusiya XİN rəhbəri Lavrov da Azərbaycanın tərəfini tutaraq həmin ərazilərdə delimitasiyanın və demarkasiyanın vacibliyini qeyd edib, Ermənistanı məsələni şişirtməkdə günahlandırıb”.