• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Beyni 5 dəqiqəyə necə yenidən başlada bilərsiniz?
Pemfiqus xəstəliyi nədir, hansı əlamətlərlə özünü göstərir?
Süni intellektlə bunu edənlər həbs olunacaq
İran savaşı 7 ölkəni gücləndirir, biri Azərbaycandır!
Qəhvənin qan təzyiqinə təsiri məlum oldu
Fars körfəzini qana bulayacağıq - Qalibaf
Müharibə qızışır: ABŞ Yaxın Şərqə əlavə qoşun göndərdi
Bilək Ağrısının Səbəbləri Hansılardır? Evdə Müalicə Üsulları
Türkiyəyə raket hücumu: S-400-dən niyə istifadə edilmir?
Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!
Osteoporoz ən çox hansı sümüklərə zərər verir? Mütəxəssis açıqladı
Zelenski hədəf göstərdi – Dünya müharibəsi elan olunur?
Cavanlaşmaq üçün üzü duzla yumağın FAYDALARI
Alimlər ideal yuxu müddətini dəqiq hesabladılar
Rokanın faydaları və zərərləri
Neft kəskin bahalaşdı: maaş və pensiyalar artacaq? – AÇIQLAMA
Hər gün 100 qr kəsmik yesək, nə baş verər? - Faydaları
Hörmüz boğazı ABŞ və İsrailə bağlı bütün gəmilər üçün bağlandı
İran hipersəs raketlə 3 ölkəyə zərbə endirdi
Uşaqlarda limfa düyünlərinin böyüməsi – limfadenopatiyalar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Müharibə vaxtı onlar Ermənistana benzin verirmiş - İlham Əliyev ELAN ETDİ

Xəbərlər

12-04-2021, 21:03

Müharibə vaxtı onlar Ermənistana benzin verirmiş - İlham Əliyev ELAN ETDİ


“Müstəqillik əldə olunandan sonra nələr baş verdi? Müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımını rəsmən tanıyıbdır. Xocalı soyqırımından üç ay keçəndən sonra Şuşa və Laçın işğal altına düşdü”.

AZSABAH.COM-un xəbərinə görə, bunu Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşündə deyib.

“Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi, hansı ki, söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər tula kimi orada-burada sülənir. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər. Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. O vaxt Daxili Qoşunların komandanı, bu gün xaricdə gizlənən bir tula, oraya desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırlar. Bunlar Xalq Cəbhəsi-Müsavat xəyanətkarlarının əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir?! 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Ondan sonra təşvişə düşdülər, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Ona görə, mən deyəndə ki, bunlar xəyanətkardırlar, satqındırlar, düşməndirlər, bax, buna əsaslanaraq deyirəm. Tarixi faktlara əsaslanaraq deyirəm. Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil”, - Prezident bildirib.

Oxunub: 902
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-12-2020, 17:11

Prezident İlham Əliyev Ermənistana XƏBƏRDARLIQ ETDİ

Xəbərlər

5-11-2020, 19:27

Dövlət başçısı Kəlbəcər, Laçın və Ağdamın boşaldılmasından DANIŞDI

Manşet

4-10-2020, 23:12

Cəbrayılın işğaldan azad edilməsi

Xəbərlər

21-02-2020, 00:27

"Xocalı soyqırımını ruslar törədib..." - Paşinyandan ŞOK AÇIQLAMA / FOTO

Manşet / Gündəm / Xəbərlər

4-09-2018, 11:41

Prezident: Bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Beyni 5 dəqiqəyə necə yenidən başlada bilərsiniz?
Pemfiqus xəstəliyi nədir, hansı əlamətlərlə özünü göstərir?
Süni intellektlə bunu edənlər həbs olunacaq
İran savaşı 7 ölkəni gücləndirir, biri Azərbaycandır!
Qəhvənin qan təzyiqinə təsiri məlum oldu
Fars körfəzini qana bulayacağıq - Qalibaf
Son xəbərlər
  • Dünən, 22:00
    Beyni 5 dəqiqəyə necə yenidən başlada bilərsiniz?
  • Dünən, 21:27
    Pemfiqus xəstəliyi nədir, hansı əlamətlərlə özünü göstərir?
  • Dünən, 20:29
    Süni intellektlə bunu edənlər həbs olunacaq
  • Dünən, 19:44
    İran savaşı 7 ölkəni gücləndirir, biri Azərbaycandır!
  • Dünən, 18:15
    Qəhvənin qan təzyiqinə təsiri məlum oldu
  • Dünən, 17:23
    Fars körfəzini qana bulayacağıq - Qalibaf
  • Dünən, 16:04
    Müharibə qızışır: ABŞ Yaxın Şərqə əlavə qoşun göndərdi
  • Dünən, 15:11
    Bilək Ağrısının Səbəbləri Hansılardır? Evdə Müalicə Üsulları
  • Dünən, 14:41
    Türkiyəyə raket hücumu: S-400-dən niyə istifadə edilmir?
  • Dünən, 13:11
    Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!
  • Dünən, 12:23
    Osteoporoz ən çox hansı sümüklərə zərər verir? Mütəxəssis açıqladı
  • Dünən, 10:50
    Zelenski hədəf göstərdi – Dünya müharibəsi elan olunur?
  • Dünən, 09:06
    Cavanlaşmaq üçün üzü duzla yumağın FAYDALARI
  • 11-03-2026, 22:56
    Alimlər ideal yuxu müddətini dəqiq hesabladılar
  • 11-03-2026, 21:29
    Rokanın faydaları və zərərləri
  • 11-03-2026, 19:26
    Neft kəskin bahalaşdı: maaş və pensiyalar artacaq? – AÇIQLAMA
  • 11-03-2026, 18:20
    Hər gün 100 qr kəsmik yesək, nə baş verər? - Faydaları
  • 11-03-2026, 17:14
    Hörmüz boğazı ABŞ və İsrailə bağlı bütün gəmilər üçün bağlandı
  • 11-03-2026, 16:46
    İran hipersəs raketlə 3 ölkəyə zərbə endirdi
  • 11-03-2026, 15:05
    Uşaqlarda limfa düyünlərinin böyüməsi – limfadenopatiyalar
  • 11-03-2026, 14:34
    Pakistandan Yaxın Şərqdəki müharibəyə görə KRİTİK QƏRARLAR
  • 11-03-2026, 14:33
    Dünya müharibəsinə qarşı ABŞ-dan inanılmaz taktika – Dörd bölgədə işə düşdü
  • 11-03-2026, 13:39
    İran bunu etsə, 20 dəfə daha güclü zərbə endirəcəyik!
  • 11-03-2026, 12:40
    Qəfil ayağa qalxanda gözlərin qaralmasının səbəbini
  • 11-03-2026, 11:22
    İran və Azərbaycan arasında nələr gözlənilir? – Naxçıvana hücumdan sonra…
  • 11-03-2026, 10:32
    Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?
  • 11-03-2026, 09:07
    Bunu hər gün için - Dərini canlandırır, qidalandırır - Resept
  • 10-03-2026, 22:45
    Niyə idman köynəyi ilə təyyarəyə minmək OLMAZ?
  • 10-03-2026, 22:18
    İsrailin milli təhlükəsizlik naziri öldürüldü? – ŞOK İDDİA
  • 10-03-2026, 21:18
    Bağırsaq ağrısı səbəbləri və müalicəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə