Azərbaycan əsgərləri Zəngəzur istiqamətində 8 kilometr irəliləyib.
AZSABAH.COM erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Sünik rayonunun (tarixi adı - Zəngəzur) Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan deyib.
O, sözlərinə belə davam edib: "Laçın rayonu azad edildikdən sonra 8 kilometr arxaya çəkildik. Azərbaycanla yeni sərhəd cızılır. Daha heyvandarlıqla məşğul ola bilməyəycəyik".